Bakıda yeni inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Bakıda 247 saylı məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "FIFA Arena" layihəsi çərçivəsində baş tutan tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Şevçenko, FIFA rəsmiləri və tanınmış futbol adamları iştirak ediblər.
Tədbir zamanı görülən işlərlə bağlı məlumat verilib. Meydançanın hazırlanması barədə videosüjet nümayiş etdirilib.
FIFA prezidenti Canni İnfantino da videomüraciət vasitəsilə fikirlərini bölüşüb AFFA rəhbərliyinə təşəkkürünü bildirib. O, belə addımların uşaq futbolunun inkişafından böyük rol oynadığını diqqətə çatdırıb.
Açılışdan sonra uşaqlar öz bacarıqlarını meydançada nümayiş etdiriblər.
FIFA-nın səfiri, Ukrayna futbolunun əfsanəsi Andrey Şevçenko azyaşlı idmançılara avtoqraf verib və onlarla şəkil çəkdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 08 Sentyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















