Bakıda yeni Sahibsiz Heyvanlara Qayğı Mərkəzi açılır BAŞ NAZİRİN QƏRARI FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda sahibsiz heyvanlarla bağlı ən acınacaqlı vəziyyət itlərlə bağlıdır. Bizim küçələrdə pişiklərdən fərqli olaraq itlərə qayğı çox aşağı səviyyədədir. Səbəb, əlbəttə, itlərin real təhlükə kimi qəbul edilməsidir. Amma heç bir sahibsiz heyvan taleyin ümidinə buraxılmamalıdır.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılır.
Məsələ ilə bağlı qurumdan saytımıza verilən açıqlamada bildirilir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
"Hələ ki, mərkəzin ərazisi seçilməyib. Qərarın icrası istiqamətində işlər görülməkdə davam edir".
Mərkəzin nizamnamə fondu 2 milyon manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır".
Qeyd edək ki, uzun müddətdir bu istiqamətdə yaranan problemlərin qarşısının alınması üçün daha əvvəl Balaxanıda "Toplan" Sahibsiz Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərirdi. Lakin qeyd edilən müəssisə artıq fəaliyyətini dayandırıb. Yeni yaradılacaq mərkzələ bağlı heyvansevərlərin gözləntiləri daha yüksəkdir. Belə müəssisənin bölgələrdə də yaradılması və ölkə vətəndaşlarının heyvanları sahiblənməyə təşviqi müsbət addım olardı.
Səfər
Baxış sayı:77
Bu xəbər 30 Aprel 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















