Icma.az
close
up
RU
Bakıda yolsuzluq problemi FOTOLAR

Bakıda yolsuzluq problemi FOTOLAR

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtda  gündəlik istifadə olunan piyada yollarının  dağınıq olması artıq problemə çevrilir.  Piyadalar üçün nəzərdə tutulan yollar mərkəzi küçələrdə – Rəşid Behbudov və Füzuli küçələrində belə bərbad duruma düşüb.

Həmin küçələrdən çəkdiyimiz fotolara baxanda mənzərə aydın görünür. Daşlar yerindən çıxıb, alt qatı dağılıb, bərbad vəziyyətdə olan yollar piyadalara xidmət etmək əvəzinə, onlara problem yaradır. Bir vaxtlar pandus əvəzinə sadəcə bir neçə daşı yan-yana düzüb, sementlə üstünü maili hala salmışdılar. İndi həmin panduslar tamamilə dağılıb, altındakı daşlar üzə çıxıb. Bu vəziyyətdə nə əlil arabası, nə də uşaq arabasıyla hərəkət etmək mümkündür. Ən pisi isə odur ki, kanalizasiya lyukları ciddi dərəcədə çöküb və bəzən qaranlıqda insanlar bilmədən həmin çuxurlara düşürlər.

Füzuli küçəsində vəziyyət daha da acınacaqlıdır. Dayanacaq ərazisində yol daşları tamamilə çıxıb. Yağış yağanda həmin yerlər gölməçəyə çevrilir. Sərnişinlər avtobusu gözləmək üçün məcbur olub avtomobil yoluna keçir. Bu isə həm təhlükə yaradır, həm də yollarda əlavə sıxlığa səbəb olur.

Məsələni şərh edən memar Cahid Həsənov Musavat.com-a açıqlamasında bildirdi ki, paytaxtın səkiləri ümumiyyətlə, memarlıq və şəhərsalma qaydalarına uyğun hazırlanmayıb:

“Piyada yollarının döşəməsində istifadə olunan materiallar tez sıradan çıxır. Bəzən keyfiyyətsiz olduğuna görə, bəzən də obyekt və mağaza sahibləri öz maraqlarına uyğun materiallardan istifadə etdiklərinə görə vəziyyət bu hala düşür. Halbuki hər küçəyə, hər əraziyə uyğun olaraq ayrıca standartlar qəbul edilməlidir. Bu standartlarda daşın ölçüsü, növü, rəngi və davamlılığı göstərilməlidir. Əks halda hər kəs öz bildiyi kimi yol düzür və nəticədə indiki mənzərə yaranır. Məsələn, çox vaxt elə sürüşkən daşlardan istifadə edirlər ki, yağış yağanda piyadalar yıxılıb xəsarət alır”.

Memar piyada yollarında ən çox diqqətdən kənarda qalan məsələnin panduslar olduğunu deyir:

“300-500 metrlik məsafədə yol daşlarının dəyişməsi nəticəsində süni pilləkənlər yaranır. Pilləkənlər düzəldilir, amma panduslar nəzərə alınmır. Halbuki piyada yolunun əsas elementi məhz pandus olmalıdır. Panduslar yalnız kağız üzərində yox, real istifadəyə uyğun olmalıdır. Hündürlüyü, maililik dərəcəsi beynəlxalq standartlara cavab verməli, əlillər, yaşlı insanlar, uşaq arabası sürən valideynlər rahat şəkildə istifadə etməlidirlər. Əgər bu təmin olunmursa, belə yollara piyada yolu demək sadəcə formal ifadədir. Piyada yolunun mahiyyəti əlçatanlıqdır ”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri