Bakıdakı işıqforlarla bağlı müraciət
Icma.az, Bizim media saytına istinadən bildirir.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib.
Mərkəzdən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, Bakı şəhərində yerləşən svetoforlar NİİM tərəfindən idarə olunur.
Paytaxt üzrə yol hərəkətinin vəziyyəti müşahidə kameraları vasitəsilə daim nəzarətdə saxlanılır. Svetoforların iş rejimində problem yarandıqda qeydə alınır, yol polisinə məlumat verilir və nasazlığın aradan qaldırılması məqsədilə texniki əməkdaşlar əraziyə yönləndirilir.
"Lakin kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlarda nasazlıq yarandıqda, onu dərhal aşkar etmək mümkün olmur.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində fəaliyyət göstərən +994 (012) 590 86 02 telefon nömrəsinə məlumat versinlər", NİİM-dən bildirilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Noyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















