Icma.az
close
up
RU
Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi bu şəxslərə pulsuz ərəb dili dərsləri keçəcək FOTO

Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi bu şəxslərə pulsuz ərəb dili dərsləri keçəcək FOTO

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il fevralın 4-də Səudiyyə Ərəbistanı Krallığının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının baş direktoru Dr.Abdullah Əl Vaşminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi ziyarət çərçivəsində Bakı Avrasiya Universitetində (BAAU) olub. 

Ölkə.Az xəbər verir ki, BAAU-nun rəhbərliyi ilə nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı universitetdə fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin uğurları və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxışında 2019-cu ildə imzalanmış müqavilə çərçivəsində layihənin birinci mərhələsinin uğurla başa çatdığını və 2022-ci ildən etibarən ikinci mərhələyə start verildiyini bildirib. O, Mərkəzin fəaliyyətinin yalnız BAAU ilə məhdudlaşmadığını, geniş və çoxşaxəli istiqamətləri əhatə etdiyini vurğulayaraq, ərəb dilinin öyrədilməsi və təbliği sahəsində görülən işlər barədə məlumat verib.

Abdullah Əl Vaşmi çıxışı zamanı Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının dünyada ərəb dilinin təbliği və tədqiqində mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanda yaradılan Ərəbşünaslıq Mərkəzinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bunun Akademiyanın dünyada ilk və yeganə filialı olduğunu bildirib. Abdullah Əl Vaşmi həmçinin mərkəzin fəaliyyətinin ərəb dili və mədəniyyətinin Azərbaycan və region ölkələrində yayılmasına əvəzolunmaz töhfə verdiyini diqqətə çatdırıb:

"Mənim üçün çox xoşdur ki, bu gün Bakı Avrasiya Universitetində Ərəbşünaslıq Mərkəzində iştirak edirəm. Mərkəz artıq bir neçə ildir fəaliyyət göstərir və Səudiyyə Ərəbistanında olan qurumlarla birlikdə bu qardaş ölkədə ərəb dilinin yayılmasına öz töhfəsini verir. Mərkəzdə Səudiyyə Ərəbistanından və Azərbaycandan olan işçi qrupları ərəb dilinin düzgün şəkildə cəmiyyətə çatdırılması üçün müəyyən proqramlardan istifadə edirlər.

Həmişə deyirəm ki, ərəb dili 400-500 yaşı olan bir dil deyil. Bu dil min illərin dilidir. Tək ərəblər yox, dünya müsəlmanları da bu dilə maraq göstərirlər", - deyə o əlavə edib. 

Sonra BAAU-nun Ərəbşünaslıq Mərkəzinin rəhbəri Ülviyyə Hüseynova mərkəzin fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. Təqdimat zamanı mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi beynəlxalq konfranslar, seminarlar, tələbə mübadilə proqramları və ərəb dili üzrə təlimlər haqqında məlumat verilib.

Ü.Hüseynova çıxışında Ərəbşünaslıq Mərkəzinin yalnız təhsil sahəsində deyil, həm də ərəb mədəniyyəti və ədəbiyyatının Azərbaycanda təbliği baxımından mühüm platforma rolunu oynadığını vurğulayıb. O, indiyədək keçirilən tədbir və layihələrin ərəb dili ilə maraqlanan gənclər üçün yeni imkanlar yaratdığını qeyd edib.

"Biz qardaş ölkə Səudiyyə Ərəbistanı Krallığından olan dostlarımız və xüsusilə də Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının bizə göstərdiyi böyük dəstək nəticəsində 2019-cu ildə BAU-da Ərəbşünaslıq Mərkəzini təsis edə bildik. Mərkəzin ilk hədəfi Səudiyyə Ərəbistanı və Azərbaycan arasında xüusilə də elm və mədəniyyət sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsidir. Fəaliyyət göstərdiyimiz 6 il ərzində bu nəticələri yavaş-yavaş görməyə başlayırıq". 

Ü.Hüseynova həmçinin əlavə edib ki, hədəflər arasında ərəb dilindən Azərbaycan dilinə və əksinə tərcümələrin inkişaf etdirilməsi də var.

Qeyd edilib ki, mərkəzin fəaliyyət göstərdiyi 6 il ərzində burada təhsil alan tələbələrin sayı 80-dən 130-a çatıb və onların sayının 200-ə çatdırılması əsas məqsədlərdən biridir.
Mərkəz rəhbəri bu tələbələrin BAAU ilə yanaşı BDU, ADA, ADU VƏ AİU-dan olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, mərkəz hər il Azərbaycanda 15-20 tələbənin illik təhsil haqqını ödəyir.

Ü.Hüseynova deyib ki, ərəbşünaslıq mərkəzi qarşıdakı illərdə də bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır:

"Ötən il mərkəzdə turizm üzrə dərslər keçirilib. Növbəti illərdə 4 sahə üzrə - diplomatiya, KİV, turizm və idarəetmə sahəsi üzrə ödənişsiz əsaslarla ərəb dili dərsləri keçiriləcək.
Bu ildən etibarən dövlət müəssisələrində işləyən əməkdaşların və həmçinin Azərbaycanda təhsil alan əcnəbi tələbələrin də mərkəzin dərslərinə cəlb edilməsi nəzərdə tutulur.
Artıq dövlət idarə və müəssisələrinin əməkdaşlarına ödənişsiz əsaslarla ərəb dilinin öyrədilməsi üçün bir neçə nazirlik və qurumlara məktub göndərilib".

Həmçinin qeyd edilib ki, ilk dəfə bu ildən etibarən Azərbaycanda IELTS-ə bənzər Ərəb dili üzrə Test Mərkəzi yaradılacaq. Bu mərkəz ərəb dili biliklərinin beynəlxalq sertifikatlaşdırılmasında mühüm addım olacaq.

Təqdimatdan sonra nümayəndə heyəti və universitet rəhbərliyi tərəfindən Ərəbşünaslıq Mərkəzinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilib. Sərgidə Azərbaycan ziyalıları və abidələrinə aid rəsmlər nümayiş etdirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Ərəbşünaslıq Mərkəzi tərəfindən təşkil olunan ərəb dilində şeir müsabiqəsi ilə davam edib. Məktəbli və tələbələrin iştirakı ilə keçirilən müsabiqədə ərəb dilində şeirlər səsləndirilib. Müsabiqənin qalibləri rektor S.Qasımov və baş direktor Abdullah Əl Vaşmi tərəfindən mükafatlandırılıb.

Tədbirin sonunda BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətinin davam etdirilməsi, yeni əməkdaşlıq istiqamətləri barədə yeni müqavilənin imzalanması ilə bağlı razılıq əldə edilib.

Billurə


 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Fevral 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri