Icma.az
close
up
RU
UNESCO da “Bakıdan Belemə...” iqlim konfransı

UNESCO da “Bakıdan Belemə...” iqlim konfransı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və UNESCO-nun birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında “Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və davamlı cəmiyyətlərin qurulması” adlı konfrans keçirilib.

Konfransda COP29-un baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un əsas nailiyyətləri və Azərbaycan diplomatiyasının iqlimdə rolu haqqında danışıb. O, iqlim dəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsas rolunu vurğulayıb. Y.Rəfiyev çıxışında Azərbaycanın UNESCO ilə uzunmüddətli və məhsuldar əməkdaşlığına toxunaraq bildirib ki, COP29 çərçivəsində birgə təşəbbüslər – iqlim təhsili, mədəniyyətin iqlim fəaliyyətində rolu və digər sahələrdə bu əlaqələr daha da möhkəmlənib.

Y.Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı Bakı Maliyyə Məqsədi – əvvəlki maliyyə vədlərindən üç dəfə böyük olan və BMT-nin iqlim danışıqları tarixində ən böyük öhdəlik; Bakıdan Belemə Yol Xəritəsi (1.3T) – bu məqsədin həyata keçirilməsi üçün maliyyənin izlənməsi və tətbiqinə dair çərçivə sənədi; Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbon bazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi; İtki və Zərər Fondu – iqlim fəlakətləri nəticəsində zərər çəkmiş ölkələrə yardım mexanizminin tam fəaliyyətə başlaması kimi bir sıra mühüm irəliləyişlərlə yadda qalıb.

UNESCO-nun elm sektoru üzrə direktor müavini Lidia Brito çıxışında bildirib ki, konfrans vaxtında təşkil edilib. O, bu konfransın COP29 və COP30 arasında körpü rolu oynadığını vurğulayaraq onun iqlim dəyişikliyinə daha çox məruz qalan SIDS ölkələrinə olan diqqəti bir daha nümayiş etdirdiyini deyib.

UNESCO-nun digər nümayəndələri çıxış edərək iqlim dəyişikliyinin su ehtiyatları, ekosistemlər və buzlaqlar kimi həssas təbii sistemlərə təsirlərinin getdikcə daha ciddi və dağıdıcı olduğunu xatırladıblar.

Qeyd edilib ki, tədbirin məqsədi COP29-un elmi irsini qoruyaraq COP30 (Belem, Braziliya) konfransına keçidi təmin etmək, eyni zamanda, UNESCO-nun su, biosfer, və krayosfer (buzlaqlar) sahəsindəki bilik və metodologiyalarını tətbiq etməklə davamlı cəmiyyətlərin formalaşdırılmasını dəstəkləməkdir.

“Bakıdan Belemə” yalnız coğrafi deyil, həm də strateji və mənəvi bir keçid dövrüdür. UNESCO-nun və Azərbaycanın rəhbərliyi ilə iqlim dəyişikliyinə qarşı elmi əsaslı və davamlı cavablar formalaşdırılır. Bu təşəbbüslər sayəsində dünya yalnız siyasətlərdə deyil, praktikada da real dəyişikliklərə şahid olacaq.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri