Icma.az
close
up
RU
Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salındı Yeni Çağ Media

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salındı Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan – Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, yola salınmış “Bakı-Sian” ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: “Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq”.

Tədbirdə iştirak edən Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev isə qeyd edib ki, bu hadisə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək və yerli istehsalçıların yeni bazarlara çıxışına şərait yaradacaq: “Bu gün ilk dəfə olaraq Orta Dəhliz vasitəsilə Azərbaycan mənşəli yüklərin ixracını blok konteynerlər şəklində həyata keçiririk. Bu layihə həm yerli iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də xarici investorların ölkəmizə olan marağını artıracaq. Azərbaycanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası artıq sürətlə irəliləyir”.

Qeyd edək ki, ixrac yüklərinin müntəzəm olaraq Çinə göndərilməsi ADY ilə yanaşı, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də yükdaşıma və yükaşırma həcm və gəlirlərinin artımı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq dövlət – özəl tərəfdaşlığının bariz nümunəsi olaraq Orta Dəhlizin Azərbaycan seqmenti üzrə əsas operatorlarının səmərəli və koordinasiyalı şəkildə birgə çalışmalarının göstəricisidir.

Belə ki, sözügedən ixrac məhsulları daha öncə Gürcüstanın Qara dəniz limanları vasitəsilə dünya bazarına çıxırdısa, hazırda bu əməliyyatlara paralel olaraq ADY, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycanın öz liman və imkanlarından istifadə edərək yeni logistik həllərin yaradılması ilə bu prosesi birbaşa həyata keçirəcəklər.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 24 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see154

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see154

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see153

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see144

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see140

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see139

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see125

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see124

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see123

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see122

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see118

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see118

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see116

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see115

Yatıb ayılmayan qızı belə xilas etdilər

22 Aprel 2025 16:05see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri