Icma.az
close
up
RU
“Niyə “Qarabağ”, “Sabah” yaxşı oyunçular tapır, “Neftçi” yox?

“Niyə “Qarabağ”, “Sabah” yaxşı oyunçular tapır, “Neftçi” yox?

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Belə bir oyunu gözləyirdim. Hər iki komanda əlindən gələni etdi. Yəni mübarizə getdi”.

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

77 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinalının “Neftçi” ilə “Sabah” arasında keçirilən cavab matçı ilə bağlı danışıb.  O, 1:1 hesabı ilə başa çatan oyun və “Neftçi”nin kubokla vidalaşması ilə bağlı fikirlərini bildirib: “Neftçi” ilk hissədə çox yaxşı oynadı. Mən saydım, Filip Ozobiçin 3 qol vəziyyəti oldu. Bundan istifadə etmək lazım idi. İkinci hissədə isə “Sabah” çox güclü oynadı. Hətta 3-4 qol epizodundan istifadə edə bilmədilər”. 

A.Mircavadov “Neftçi”nin baş məşqçisi Samir Abasovun oyundan sonra dediyi “Bu futbolçuları mən gətirməmişəm, komandanı mən qurmamışam” fikrinə də münasibət bildirib. Mircavadov qeyd edib ki, bir çox legioneri həqiqətən də “Neftçi”yə layiq oyunçu deyil: “Bu, bir adətdir. Yeni baş məşqçi gələndə əvvəlki məşqçinin oyunçularından komandada kimlərsə qalırsa, deyir ki, bunları mən gətirməmişəm, mənə vaxt lazımdır. Əslində mən də düşünürəm ki, Samir Abasova vaxt vermək lazımdır. Samir “Neftçi”də qalıb işləməlidir. Yerli, istəkli, öz üzərində çalışan məşqçidir. Mən də “Neftçi”nin oyunçularından narazıyam. Legionerləri “Neftçi”yə layiq deyillər.

Dünənki oyunda bütün komanda istəkli idi, əllərindən gələn qədər oynadılar. Amma bundan artığını edə bilmirlər. Səviyyələri bura qədərdir. Ona görə həmişə deyirəm ki, legionerləri elə seçmək lazımdır ki, “Neftçi”yə layiq futbolçular olsunlar. Niyə “Qarabağ”, “Sabah” yaxşı oyunçular tapır, “Neftçi” yox?  Fərq bundadır. Bir də əsas məsələ odur ki, bizdə çox məşqçi futbolçunu aça bilmir. Amma məncə, cavan məşqçilərə vaxt vermək lazımdır. Tədricən düzələcək. Heç bir işdə tələsmək lazım deyil”.

“Neftçi”nin keçmiş çalışdırıcısı sabiq komandasının stabil oynamamasından və bunu səbəblərindən də danışıb: “Neftçi” ardıcıl 3-4 oyunda meydana optimal heyətlə çıxa bilmir. Məlumdur ki, yeni gələn baş məşqçi axtarışda olur. Mən deyərdim ki, “Neftçi”də hazırda çıxış edən oyunçuların çoxunun potensialı elə bu qədərdir. Bundan o tərəfi yoxdur. Amma “Neftçi” elə bir klubdur ki, hər il avrokuboklarda oynamalıdır. Bunu sözdə yox, əməldə göstərmək lazımdır. Çempionlar Liqası olmasın, olsun lap Konfrans Liqası. Çünki sən avrokuboklarda çıxış edəndə legioner oyunçular gətirmək imkanın daha çox olur. Ola bilər ki, “Neftçi”nin hansısa oyunçuları bəzən yaxşı çıxış edirlər. Amma sabit oyun yoxdur. Bu da onların səviyyəsi ilə bağlıdır. Yenə deyirəm, baş məşqçi Samir Abasova şans vermək lazımdır. Bu da klub rəhbərliyindən asılıdır. Necə qərar verəcəklər, zaman göstərəcək”.

Ramiq Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qol.az
archiveBu xəbər 24 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri