Icma.az
close
up
RU
“Tərtər işi”: İşə xitam verilməsi istənilir KONKRET

“Tərtər işi”: İşə xitam verilməsi istənilir KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin – Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində hökmdən verilən kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti üzrə növbəti məhkəmə prosesi keçirilib.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Əliyev ona qarşı sürülən ittihamla razılaşmayıb.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

Vəkillər bildirib ki, şəxs bir cinayət işi üzrə bir dəfə ittiham olunaraq cəza çəkməlidir: “Təqsirləndirilən şəxslər bu cinayət işi üzrə ittiham olunub. Məhkəmənin hökmü ilə onlar azadlıqdan məhrum etmə cəzasına da məhkum edilib. 44 günlük Vətən müharibəsi başlayan zaman onlar öz arzuları ilə müharibədə iştirak etmək istədiklərini bildiriblər. Cəzaları şərti cəza ilə dəyişdirilib və onlar müharibədə iştirak edib. Amma bu, məhkəmədə nəzərə alınmayıb”.

İş üzrə zərərçəkən şəxslər də ifadələrində bildiriblər ki, əsl cinayətkarlar hazırda müttəhim kürsüsündə olanlar deyil.

Onlar qeyd edib ki, buna görə də dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, aşağı instansiya məhkəməsinin hökmü, Bakı Apellyasiya Məhkəməsinin hökmlə bağlı qərarı ləğv edilərək cinayət işinə xitam verilməli, əsl günahkarların cəzalandırılması üçün cinayət işi ibtidai istintaqa qaytarılmalıdır.

Onlar iddia ediblər ki, cinayət işi düzgün araşdırılmayıb və əsl cinayətkarlar azadlıqdadır: “İş prokurorluqda düzgün araşdırılmayıb. İşin yenidən ədalətli araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş edirik”.

Hakim deyib ki, qanunvericiliyə görə, Ali Məhkəmənin cinayət işini ibtidai istintaqa qaytarmasına səlahiyyəti yoxdur.

Məhkəmənin qərarının növbəti prosesdə elan olunacağı bildirilib.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verərək təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay azaltmışdı.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Aprel 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri