Icma.az
close
up
RU
Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: "Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq".

Tədbirdə iştirak edən Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev isə qeyd edib ki, bu hadisə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək və yerli istehsalçıların yeni bazarlara çıxışına şərait yaradacaq: "Bu gün ilk dəfə olaraq Orta Dəhliz vasitəsilə Azərbaycan mənşəli yüklərin ixracını blok konteynerlər şəklində həyata keçiririk. Bu layihə həm yerli iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də xarici investorların ölkəmizə olan marağını artıracaq. Azərbaycanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası artıq sürətlə irəliləyir".

Qeyd edək ki, ixrac yüklərinin müntəzəm olaraq Çinə göndərilməsi ADY ilə yanaşı, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də yükdaşıma və yükaşırma həcm və gəlirlərinin artımı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq dövlət - özəl tərəfdaşlığının bariz nümunəsi olaraq Orta Dəhlizin Azərbaycan seqmenti üzrə əsas operatorlarının səmərəli və koordinasiyalı şəkildə birgə çalışmalarının göstəricisidir.

Belə ki, sözügedən ixrac məhsulları daha öncə Gürcüstanın Qara dəniz limanları vasitəsilə dünya bazarına çıxırdısa, hazırda bu əməliyyatlara paralel olaraq ADY, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycanın öz liman və imkanlarından istifadə edərək yeni logistik həllərin yaradılması ilə bu prosesi birbaşa həyata keçirəcəklər.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see293

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see193

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see142

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see135

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see131

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see130

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see127

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see125

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see125

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see124

Vuçiç: 300 nəfəri diri diri yandırmaq istədilər

15 Avqust 2025 10:59see124

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see123

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see123

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see123

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see122

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see121

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see121

30 ildir dondurulmuş

15 Avqust 2025 15:21see121

Bu küçədə aləm bir birinə dəyir: Nişan quraşdırmaq yaddan çıxıb VİDEO

15 Avqust 2025 22:16see117

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri