Icma.az
close
up
RU
STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial Tədqiqatlar Mərkəzi (STM) ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüş və imzalanan bəyannamələr, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri ilə bağlı ölkə ictimaiyyətinin fikirlərini öyrənmək məqsədilə sorğu keçirib.

STM-dən APA-ya verilən məlumata görə, sorğunun nəticələri sözügedən hadisələrin ictimai rəydə müsbət və strateji əhəmiyyətli addım kimi qiymətləndirildiyini müəyyən edib.

Sorğu nəticələri ölkə ictimaiyyətinin böyük hissəsinin görüşlə bağlı xəbərdar olduğunu göstərib. Belə ki, nəticələrə əsasən respondentlərin 87,3%-i ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüş barədə məlumatlı olduğunu bildirib. Onların 65,2%-i bu barədə ətraflı məlumata sahib olduğunu bildirərkən, 22,1%-i qismən məlumatlı olduğunu qeyd edib. Məlumatsız olan respondentlər cəmi 12,7% təşkil edib.

Nəticələrə əsasən, respondentlərin böyük əksəriyyəti, yəni 77,2%-i ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşü və Azərbaycanla Ermənistan arasında imzalanan birgə bəyannaməni çox uğurlu diplomatik addım kimi qiymətləndirib. Başqa sözlə, əksəriyyət bu hadisəni ölçü üçün əhəmiyyətli diplomatik nailiyyət kimi qəbul edib. Respondentlərin 18,5%-i bu hadisəni orta səviyyəli nailiyyət kimi dəyərləndirib. Sorğu iştirakçılarının yalnız 3,5%-i görüşün gözləntilərini qarşılamadığını qeyd edib. 0,8% isə bu suala cavab verməkdə çətinlik çəkib. Ümumilikdə sorğu nəticələri keçirilən görüş və imzalanan sənədin ictimai rəy müstəvisində yüksək dəstək qazandığını deməyə əsas verib.

Nəticələr göstərir ki, sözügedən görüş ictimaiyyət tərəfindən pozitiv diplomatik addım kimi qəbul olunub və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı cəmiyyətdə nikbinliyi artırıb. Belə ki, respondentlərin böyük əksəriyyəti, ümumilikdə 89,3%-i ABŞ-nin vasitəçiliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərdə irəliləyişə yol açacağı mövqeyindən çıxış edib. Onların 61,1%-i böyük irəliləyiş olacağı ilə bağlı, 28,2%-i qismən irəliləyiş olacağı ilə bağlı gözləntilərini bölüşüb. Digər tərəfdən, 4,6% respondent heç bir dəyişiklik gözləmədiyini, 3,8% isə bu vasitəçiliyin mənfi təsir göstərəcəyini ifadə edib. Sorğu iştirakçılarının 2,4%-i bu barədə rəy bildirməyib. Beləliklə, böyük əksəriyyət ABŞ-nin vasitəçiliyinə etimad göstərərək, bu vasitəçiliyin Azərbaycan və Ermənistan arasında münasibətlərdə irəliləyişə yol açacağı gözləntisini bölüşüb.

Sorğunun nəticələri görüşün əsas uğurlu sahələri, həm siyasi, həm də iqtisadi istiqamətlərdə prioritetləri barədə ictimai rəyi müəyyən etməyə imkan verib. Keçirilən görüş və imzalanan memorandumların əhəmiyyətli uğurları arasında respondentlər daha çox yeni iqtisadi və nəqliyyat imkanlarının yaranması (90,4%), Prezident İlham Əliyev və Donald Tramp arasında şəxsi münasibətlərin güclənməsi (90,1%), regionda dayanıqlı sülhə nail olunması (89,3%) və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması (89,3%) məsələlərini vurğulayıblar. Eyni zamanda, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı (83,9%), Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması (82,0%), Cənubi Qafqazda yeni siyasi dövrün başlanğıcı (78,0%) gözləntilər sırasında qərarlaşıb.

"Prezident İlham Əliyev müharibədə qalib gəldi, indi isə sülhü qazandı" fikri ilə sorğuda iştirak edənlərin 96,3%-i razı olduğunu, 3,2%-i razı olmadığını qeyd edib. 0,5%-i bu barədə rəy bildirməyib.

Respondentlərin 85,0%-i Vaşinqton zirvəsini Vətən müharibəsindəki qələbənin nəticəsi kimi dəyərləndirib.

Sorğunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 95,2%-i bu görüşün yekunlarını Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən bütövlük hadisəsi kimi şərh edib.

Respondentlərin 80,7%-i ABŞ-nin Cənubi Qafqazda nüfuzunun artdığı mövqeyini bölüşüb.

Ölkə ictimaiyyəti Vaşinqton zirvəsini ən çox Prezident İlham Əliyevin uğuru kimi dəyərləndirib. Bu mövqe sorğu iştirakçılarının 76,4%-i tərəfindən səsləndirilib. Respondentlərin 41,2%-i bu zirvəni eyni zamanda Prezident Donald Trampın uğuru kimi dəyərləndirib. Baş nazir Nikol Paşinyan isə yalnız 5,1% tərəfindən qeyd olunub. Eyni zamanda, sorğu iştirakçılarının 18,0%-i keçirilən görüşü regionda gedən proseslərin ümumi məntiqi nəticəsi kimi dəyərləndirib. 1,3% digər cavabları qeyd edib, 3,2% isə cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələri Prezident İlham Əliyevin sülh diplomatiyasına ictimai dəstəyin yüksək olduğunu və bu siyasətin milli maraqlar baxımından uğurlu, məqsədyönlü kimi qəbul edildiyini göstərib. Belə ki, respondentlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin sülh diplomatiyasını ümumilikdə yüksək (92,8%) qiymətləndirib. Respondentlərin 66,8%-i bu siyasəti çox yüksək, 26,0%-i isə yüksək səviyyədə dəyərləndirib. Orta qiymətləndirənlər 5,4%, aşağı səviyyədə dəyərləndirənlər isə ümumilikdə 1,6% olub.

Respondentlərin əksəriyyəti (57,1%-i) ABŞ-la strateji tərəfdaşlığı Azərbaycanın milli maraqları baxımından istənilən halda vacib hesab edib. Sorğuda iştirak edənlərin 32,2%-i ABŞ-la tərəfdaşlığın vacib olduğunu, lakin eyni zamanda region ölkələri ilə münasibətlərin qorunmasının zəruriliyini vurğulayıb. Onların cəmi 6,2%-i ABŞ-la strateji tərəfdaşlığı ümumiyyətlə vacib hesab etmədiyini bildirib. 4,6%-i bu barədə rəy bildirməyib.
Azərbaycan ictimaiyyəti Cənubi Qafqazda həlledici mövqeyə malik ölkələr kimi ilk sırada Azərbaycanı (74,8%) və Türkiyəni (64,6%) görür. Növbəti sıralarda ABŞ (44,0%), Rusiya (19,6%), Çin (13,4%), İran (5,1%) və Ermənistanın (1,1%) adı qeyd olunub. Respondentlərin 1,9%-i digər ölkələrin adını səsləndirib. Respondentlərin 2,4%-i bu ölkələrin heç birinin həlledici olmadığı mövqeyini bölüşüb, 2,7% bu barədə rəy bildirməyib.

Metodologiya Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Sorğular 2025-ci ilin 9 avqust – 14 avqust tarixlərində, yaşı 18 və yuxarı olan 1100 respondent arasında keçirilib. Sorğular kompüter dəstəkli telefonla müsahibə (CATI) üsulundan istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin tədqiqat məqsədləri üçün istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Avqust 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri