Icma.az
close
up
RU
Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Təhlükəsizlik qaydalarına əməl edilməsə, hər addımımızın nəticəsi bədbəxt hadisələrlə nəticələnə bilər


Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılıb. Hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Gəncə şəhər sakini U.Verdiyev qayalıq ərazidə hərəkət edərkən qəfil ayağı sürüşüb. Kəndli aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma başlayıb.


Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, qayalıq və dik relyefli ərazilərdə hərəkət zamanı baş verən bədbəxt hadisələr təəssüf ki, çox vaxt ciddi xəsarət və ölümlə nəticələnir:


“Bu kimi ərazilərdə risklər həm təbii şəraitdə, həm də insanın hazırlıqsız hərəkət etməsindən qaynaqlanır. Təhlükəsizliyi təmin etmək üçün bir neçə istiqamətdə tədbir görmək vacib hesab olunur. Düzgün geyim və avadanlıq seçimi, hərəkət texnikasına əməl etmək, hava şəraitini nəzərə almaq və fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır. Qayalıq ərazilərdə ayaqqabı sadəcə geyim elementi deyil, bu, həyatımızı qoruyan bir vasitədir. Təhlükəsiz sayılan ayaqqabılar dərin və sürüşməyə qarşı protektorlu, sərt altlıqlı ayağı möhkəm saxlayan və dağçılıq tipli olmalıdır. Protektorun dərinliyi torpaq, daş və nəmli səthlərdə möhkəm tutuş yaratmalı, altlıq çox yumşaq və ya hamar olmamalıdır. Çünki belə ayaqqabılar qayalı səthlərdə sürüşmə riskini kəskin artırır. Sadə idman ayaqqabıları, gündəlik şəhər ayaqqabıları və ya düz altlı modellər belə yerlərdə təhlükəlidir. Geyim seçiminə gəldikdə isə, burada qatlı geyim sistemi daha uyğundur. Birinci qat bədəni quru saxlayan, nəfəs alan sintetik materiallardan, ikinci qat izolyasiyanı təmin edən isti materiallardan olmalı, üçüncü qat isə külək və su keçirməyən, eyni zamanda nəfəs alan materiallardan hazırlanmalıdır. Qayalıq ərazilərdə hərəkət zamanı bədən temperaturunun tez dəyişməsi mümkündür. Ona görə də geyim həm isti saxlamalı, həm də tər və nəm hissini minimuma endirməlidir. Qayalıq ərazilərdə hərəkət texnikasının xüsusiliyi barədə önəmi  qeyd etmək istərdim. Çünki bu təhlükəsizliyin əsas hissəsidir. Qayalıq və dik ərazilərdə addımlarımızı kiçik və idarəli atmaq vacibdir. Çox böyük addımlar bədənin tarazlığını poza bilər. Əllər sərbəst olmalıdır və lazım gəldikdə dayaq kimi qayalıqlardan çubuqlardan və dağ bastonlarından istifadə edilməlidir. Xüsusilə eniş zamanı dizləri bir qədər bükülü saxlamaq, bədənin ağırlıq mərkəzini aşağı salmaq tarazlığı artıran amillərdən hesab olunur. Həmişə səyahət zamanı səyahətdən öncə ərazinin vizual qiymətləndirilməsi həyata keçirilməlidir. Yola çıxmazdan əvvəl gedəcəyimiz marşrutu bilməliyik. Boş daşlar, sürüşkən yosunlu sahələr, nəmli qayalar, qum və çınqıl yığınlarından uzaq durmaq lazımdır. Ərazidə qar, buz və ya güclü külək varsa, risk bir neçə dəfə artır. Bu halda ya səyahəti təxirə salmaq, ya da marşrutu dəyişmək lazımdır. Təhlükəsizlik baxımından tək hərəkət etməmək, qızıl qaydadır. Ən azı iki nəfərlə hərəkət etmək hətta təcrübəli dağçılar üçün də həyati əhəmiyyət daşıyır. Çünki qəza halında tək olan şəxsin kömək çağırması çətinləşir. Yanımızda mütləq mobil telefon, əlavə batareya və bəzən radio rabitə cihazları olmalıdır. Səyahət zamanı fərdi mühafizə vasitələri də unudulmamalıdır. Qayalıq ərazilərdə başı zərbədən qorumaq üçün dəbilqə, eniş, yoxuş zamanı isə dizlik və dirsəklik kimi qoruyuculardan istifadə etmək xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Qayalıq ərazilərdə hava çox tez dəyişə bilər. Günəşli havada yola çıxıb, yağış, qar və ya dumanla qarşılaşmaq mümkündür. Qayalıq və dik ərazilərdə hər addımımızın nəticəsi bədbəxt hadisələrlə nəticələnə bilər. Bu nəticələrdən qaçmaq üçün isə təhlükəsizlik qaydalarının tələbi önəmli tutulmalıdır. Təhlükəsizlik yalnız avadanlıqla təmin edilmir. Bu, əsasən diqqət, təcrübə və qaydalara riayət etməklə formalaşır. Əgər bütün bu tədbirlər yerinə yetirilərsə, biz belə faciələrin qarşısını əhəmiyyətli dərəcədə ala bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri