Icma.az
close
up
RU
Bakıdan iki fərqli gediş: Əvvəl Ankaradan, sonra Peterburqdan səs gəldi

Bakıdan iki fərqli gediş: Əvvəl Ankaradan, sonra Peterburqdan səs gəldi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Ankarada 12-ci üçtərəfli görüşü keçirilib. Bu görüşlə paralel olaraq Sankt-Peterburq şəhərində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlarının toplantısı baş tutub. Hər iki görüş protokol xarakteri daşısa da, kifayət qədər diqqət çəkir.

Sankt-Peterburq görüşündə Xəzər dənizində regional təhlükəsizlik, hərbi-dəniz əməkdaşlığı, birgə təlimlərin təşkili və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Maraqlıdır ki, təhlükəsizlik müzakirə mövzusu olsa da, regiona ən ciddi təhdidin məhz Rusiya və İran tərəfindən edildiyi məlumdur.

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Azərbaycan mövcud təhlükələr fonunda əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirməklə regionda sabitliyin qorunmasına töhfə verir:

“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, heç bir hərbi bloka və qurulmuş oyunlara qoşulmur. Xarici siyasətimiz ayrı-ayrı dövlətlərlə münasibətlərə, beynəlxalq təşkilatlarla əməkdaşlığa əsaslanır. Heç kim bizi hansısa hiyləgər planların tərkib hissəsi kimi təqdim edə bilməz. Zaman-zaman bu istiqamətdə müəyyən iddialar səslənsə də, heç biri təsdiqini tapmayıb.

Azərbaycan heç bir halda regionda təhlükəli vəziyyətin yaranmasına şərait yaratmayacaq, susqun qalmayacaq. Bakı əlaqələrini müxtəlif istiqamətlərdə gücləndirir. Qoşulmama Hərəkatında atdığı addımlar, BMT-yə üzvlük, Türk Dövlətləri Təşkilatının yaradılmasında və inkişafında oynadığı önəmli rol, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr – bütün bunlar ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir.

Azərbaycan daim bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu əməkdaşlıq qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və tərəflərin maraqlarına hörmət prinsipləri üzərində qurulub”.


Xəyal Bəşirov

Politoloq vurğulayıb ki, həm Sankt-Peterburq, həm də Ankarada keçirilən görüşlər Azərbaycanın müxtəlif güc mərkəzləri ilə balanslı siyasət yürütməsinin göstəricisidir:

“Cənubi Qafqazda formalaşmış yeni reallıqlar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun və səmimi tərəfdaşların maraqlarına uyğundur. Bu reallığa qarşı çıxmaq, əslində, bölgədəki sabitliyə və təhlükəsizliyə qarşı çıxmaq deməkdir. Azərbaycan Rusiya, İran, Türkiyə, yaxud istənilən dövlətlə əməkdaşlıq edər. Lakin təxribat xarakterli hər hansı addıma da layiqli cavab verməyi bacarır.

Əməkdaşlıq o demək deyil ki, həmin dövlətlər Azərbaycanın daxili işlərinə müdaxilə edə və ya maraqlarımıza zidd addımlar ata bilər.

Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşləri artıq 12-ci dəfədir keçirilir. Bu görüşlərin əsas məqsədi regionda sülh və sabitliyin təmin edilməsidir. İlk görüşlər zamanı torpaqlarımızın 20 faizi işğal altında idi, ciddi təhdidlər vardı. Bu gün isə həmin problemlər öz həllini tapıb”.

Xəyal Bəşirov həmçinin Xəzəryanı ölkələrin HDQ komandanlarının görüşünün vacibliyini vurğulayıb:

“Azərbaycan üçün Xəzər dənizi həmişə strateji əhəmiyyət kəsb edib. Rəsmi Bakı burada yürütdüyü siyasətə 10 il əvvəl necə yanaşırdısa, indi də eyni xətti davam etdirir. Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması paralel şəkildə Xəzər dənizindəki mümkün təhdidlərin də aradan qaldırılmasına xidmət edir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri