Icma.az
close
up
RU
Bakıdan İrəvana göndəriləcək o şəxslə bağlı yeni məqamlar Ən mühüm detallar açıqlandı

Bakıdan İrəvana göndəriləcək o şəxslə bağlı yeni məqamlar Ən mühüm detallar açıqlandı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar fonunda Ermənistanla münasibətlərin normallaşdırılması prosesi getdikcə daha aktual xarakter alır. İllərlə davam edən düşmənçilikdən sonra diplomatik əlaqələrin bərpası, sülh gündəliyinin irəliləməsi və bu çərçivədə səfirliklərin qarşılıqlı açılması ehtimalı artıq real müzakirə mövzusuna çevrilib.

Son günlər mediada sabiq xarici işlər naziri Elmar Məmmədyarov və keçmiş təhsil naziri Misir Mərdanovun adlarının Ermənistan səfirliyinə mümkün namizədlər kimi hallanması bu mövzunun nə qədər diqqət mərkəzində olduğunu göstərir.

İrəvanda Azərbaycan səfirliyi açılarsa, orada ölkəmizi təmsil edəcək şəxs kim ola bilər? Səfirin seçilməsində hansı meyarlar əsas götürüləcək? Məsələn, erməni dilini bilmək bu vəzifə üçün üstünlük hesab edilə bilərmi?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlunun fikrincə, Ermənistana səfir göndərilməsi üçün ilk növbədə iki ölkə arasında diplomatik əlaqələr bərpa olunmalıdır:

“Vaşinqtonda paraflanmış, 17 maddədən ibarət sazişdə bu məsələ əksini tapıb. Lakin hesab edirəm ki, prosesin reallaşması üçün müəyyən vaxt tələb olunacaq. Ən nikbin proqnozlara əsasən, paraflanmış sənədin imzalanması təxminən bir il çəkə bilər. Bu müddət ərzində Ermənistan Konstitusiyasında dəyişikliklər edilməli, ardınca kommunikasiyaların açılması və sülh sazişinin imzalanması mərhələsi baş tutmalıdır. Mənə elə gəlir ki, sazişin paraflanmasından imzalanmasına qədər olan dövr də azı bir il vaxt aparacaq. Bu səbəbdən, indidən səfir göndərilməsi ilə bağlı müzakirələrin aparılması, şübhəsiz ki, tezdir”.

Hikmət Babaoğlu

Deputat deyib ki, əgər proses gözləniləndən daha sürətli baş verər və Azərbaycanla Ermənistan arasında sülh sazişi tez imzalanarsa, o zaman səfir təyinatı gündəmə gələ bilər:

“Bu halda, səfirin kim olacağı barədə qərarı, şübhəsiz ki, Azərbaycan Prezidenti verəcək. Çünki hər hansı bir ölkəyə səfir təyin etmək Prezidentin səlahiyyətinə aiddir. Göndəriləcək səfirin yüksək peşəkar keyfiyyətlərə malik olması əsas meyardır. Onun erməni dilini bilməsi, bu ölkədə yaşamış olması və ya Qərbi azərbaycanlı olması əlavə göstərici kimi nəzərə alına bilər. Lakin düşünürəm ki, Qərbi azərbaycanlı olması həlledici amil olmamalıdır. Çünki burada söhbət dövlətlərarası münasibətlərdən gedir və ilk növbədə diplomatik bacarıqlar ön planda olmalıdır”.

Müsahibimizin sözlərinə görə, şübhəsiz ki, təyin olunacaq səfirin qarşı tərəfin dilini bilməsi üstünlükdür:

“Bununla belə, diplomatlar arasında əsas ünsiyyət dili kimi ingilis dili qəbul olunur. Nəticə etibarilə, bu sahədə hansı keyfiyyətlərin üstün tutulacağına dair yekun qərarı da Azərbaycan Prezidenti müəyyənləşdirəcək”.

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru Ermənişünas alim İsmayıl Tanrıverdi deyib ki, Prezident kimi münasib biləcəksə, səfir də o şəxs olmalıdır.

İsmayıl Tanrıverdi 

Onun fikrincə, səfir kimi mühüm vəzifəni yerinə yetirəcək şəxs yüksək keyfiyyətlərə malik olmalıdır:

“O, mütləq həmin ölkənin dilini bilməli, sağlam düşüncəli olmalı və ideoloji baxımdan güclü şəxsiyyət kimi seçilməlidir. Düzü, Elmar Məmmədyarovu bu vəzifəyə heç vaxt uyğun namizəd kimi görməmişəm. Misir Mərdanovun isə namizədliyi mümkün ola bilər. Onun nazir kimi uzunmüddətli təcrübəsi var və dövlət idarəçiliyində kifayət qədər bilik və bacarığa malikdir. Amma hesab edirəm ki, səfir hansı ölkəyə təyin olunursa, həmin ölkəyə hörmət əlaməti olaraq o ölkənin dilini bilməlidir. Bununla yanaşı, səfir həmin ölkənin tarixi, mədəniyyəti və ictimai-siyasi mühiti haqqında dərin biliklərə malik olmalıdır. Misir Mərdanovun bu sahədə, xüsusilə erməni dilini bilməklə bağlı hansı səviyyədə olduğu barədə məlumatım yoxdur”.

İ.Tanrıverdi səfir məsələsində onun da adının hallandığını bildirib:

“Lakin yaşım və səhhətimlə bağlı səbəblərdən bu vəzifəni qəbul etməyi məqsədəuyğun saymıram. Artıq 70 yaşım olub, sağlamlıqla bağlı müəyyən problemlərim var. Ola bilsin, tələbələrim və ya yeni nəsildən olan peşəkar kadrlar bu məsuliyyəti daha yaxşı yerinə yetirə bilər. Səfirlik elə bir sahədir ki, orada çalışan hər kəs təyin olunduğu ölkənin dilini bilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Avqust 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri