Icma.az
close
up
RU
Ermənistana nə sata bilərik? Münasibətlərdə yeni mərhələ

Ermənistana nə sata bilərik? Münasibətlərdə yeni mərhələ

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Erməni iqtisadçı Qagik Makaryan Ermənistandan Azərbaycana hansı malların idxal oluna biləcəyi ilə bağlı müsahibə verib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycana tikinti materialları, şərab, meyvə araqları, müəyyən növ konservləşdirilmiş məhsullar, mürəbbələr, müəyyən növ dərman, elektrik və elektron avadanlıqlar, şokalad və siqaretlər sata bilər.

 Maraqlıdır ki, bəs ölkəmiz Ermənistana hansı məhsulları ixrac edə bilər?

Mövzu ilə bağlı deputat Tahir Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yaxın zamanda Azərbaycan öz ərazisindən Ermənistana müəyyən yüklərin daşınmasına icazə verib. Bundan başqa, sərhədlərin müəyyən olunması və digər beynəlxalq münasibətlərin qurulması istiqamətində davam etdirilir:

"Azərbaycan-Ermənistan münasibətləri getdikcə normallaşır və sülh müqaviləsinin imzalanması üçün imkan yaradır. Bu, ölkəmizdən öncə Ermənistanın xeyrinədir. Çünki Ermənistanda iqtisadi-siyasi böhran, qarşıdurmalar hökm sürməkdədir”.

Müsahibimizə görə, bundan başqa, Ermənistanda həbslər gündən-günə çoxalır. Deputat hesab edir ki, belə bir vəziyyətdə Ermənistanın qonşu dövlətlərlə əməkdaşlığı onun gələcəyi üçün çox vacibdir. Sülh müqaviləsi imzalanarsa və Ermənistanın iddiaları aradan qaldırılarsa, idxal-ixrac məsələlərinin gündəmə gəlməsi təbii hal olacaq.

Onun fikrincə, Ermənistandan Azərbaycana tikinti materialları, şərab, dərman, elektron avandanlıq və s. mallar idxal olunarsa, ölkəmiz də öz məhsullarını Ermənistana ixrac etməyə maraqlı ola bilər. Çünki ölkələr arasında ticarət və nəqliyyat əlaqələri nə qədər inkişaf edərsə, bu, dövlətlərin xeyrindədir. Nəticədə əhalinin rifahının yüksəldilməsi və münasibətlərin yaxşılaşdırılmasıdır.

Tahir Rzayev: Ermənistanın qonşu dövlətlərlə əməkdaşlığı onun gələcəyi üçün çox vacibdir

T.Rzayev qeyd edib ki, ölkə başçısı İlham Əliyev hər zaman münasibətlərin yaxşılaşdırılmasına önəm verib:

“Qalib ölkə olmağımıza baxmayaraq, dövlətimizin başçısı sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarı olub və Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlərin görülməsinə dair tapşırıqlar verib. Əlbəttə ki, bu, vacib və iqtisadi cəhətdən əhəmiyyətlidir”.

“Ölkəmizin yeraltı və yerüstü sərvətlərimiz zəngindir, kənd təsərrüfatı məhsulları boldur. Sülh müqaviləsi imzalanarsa, bu məhsulların Ermənistana ixracı gündəmə gələ bilər", - deyə Tahir Rzayev əlavə edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri