Icma.az
close
up
RU
Bakıdan Kremli təşvişə salan gediş: Məşhur taktika işə düşdü Zəngəzurda...

Bakıdan Kremli təşvişə salan gediş: Məşhur taktika işə düşdü Zəngəzurda...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər Azərbaycan və Rusiyanın yüksək səviyyəli rəsmiləri arasında təmasların intensivləşməsi diqqət çəkir. Artıq XİN başçıları və bir sıra hökumət rəsmilərinin telefon danışığı, o cümlədən, görüşü baş tutub.

Analitiklərin fikrincə, hazırda Moskva ritorikasını yumşaldaraq Bakı ilə qarşılıqlı hörmət prinsiplərinə əsaslanan üsluba yönəlir.

Beləliklə, iki ölkə arasındakı gərginlik aradan qalxır? Rusiya Azərbaycanla münasibətlərin normallaşması üçün hansı addımlar atacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Azərbaycan–Rusiya münasibətlərində son günlər müşahidə olunan nisbi yumşalma, əslində həm Moskvanın regional maraqları, həm də Bakının yeni geosiyasi mövqeyi ilə bağlıdır:

“Ukrayna müharibəsinin uzanması Rusiyanın diqqətini və resurslarını xeyli yükləyib. Bu şəraitdə Kreml üçün Cənubi Qafqazda paralel gərginliklər yaratmaq əlverişli deyil.

Moskva artıq açıq təzyiq ritorikasından çox, “qarşılıqlı hörmət və tərəfdaşlıq” tonunu vurğulamağa üstünlük verir. Bu, həm Azərbaycanla dialoqu qorumaq, həm də bölgədə təsirini saxlamaq zərurətindən irəli gəlir.

Hazırkı prosesiə “geri çəkilmə” demək düzgün olmaz. Rusiya Cənubi Qafqazı strateji maraq zonası hesab edir və təsirini tam itirmək niyyətində deyil”.

Siyasi şərhçi bildirib ki, mövcud situasiyada “taktiki oyun” versiyası daha real görünür:

Həmçinin oxuyun:

Moskva isterika içində: “Bakı ilə Ankara birləşir, dəhliz açılır, Rusiya isə…”

“Kreml müvəqqəti olaraq ritorikasını yumşaldaraq Azərbaycanla balansı qorumağa çalışır. Çünki sərt addımlar Bakını daha da Ankaraya və Qərbə yaxınlaşdıra bilər.

Yəni bu, mübarizədən imtina yox, mövcud şəraitdə manevr etmə taktikası kimi dəyərləndirilir.

Azərbaycan, ilk növbədə:

Qarabağ məsələsinin tam bağlanmasını və separatçı gündəmin bitməsini, sülh müqaviləsinin imzalanması prosesində Rusiyanın destruktiv mövqe tutmamasını, regional kommunikasiya layihələrində (Zəngəzur dəhlizi, nəqliyyat xətləri) Azərbaycanın suverenliyinə hörmət edilməsini tələb edir.

Kreml yaxın zamanlarda bu tələblərə tam cavab verəcəkmi? Çox güman ki, yalnız qismən və mərhələli şəkildə”.


Anar İsayev

A.İsayevin sözlərinə görə, Moskva Qarabağ məsələsində faktiki olaraq geri çəkilib, Ermənistanla prosesinə də açıq əngəl yaratmır, amma kənardan təsir imkanlarını qorumağa çalışır:

Nəticə etibarilə, Rusiya hazırda Azərbaycanla münasibətləri sabit saxlamağa diqqət edir. Moskva bölgədə oyunçu olaraq qalmaq istəyir, lakin artıq reallıqları qəbul etmək məcburiyyətindədir. Yaxın dövrdə Azərbaycanın tələblərinin bir qisminin yerinə yetirilməsi mümkündür, amma bu, tam və güzəştsiz şəkildə yalnız Rusiyanın regional gücünün daha da zəifləməsi fonunda baş verə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri