Bakıdan Kürdəmirə dəmir yolu ilə səfərin müddəti bir saat azalıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bakıdan Kürdəmirə dəmir yolu ilə səfərin müddəti bir saat azalıb.
“APA-Economics” xəbər verir ki, bunu Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbir zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, əgər COVID-19 pandemiyasından öncə qeyd olunan məsafə 3 saat 11 dəqiqəyə qət olunurdusa, hazırda bu müddət 2 saat 11 dəqiqəyə enib.
Azər Fərəcov onu da əlavə edib ki, ölkə üzrə dəmir yolu stansiyaları tədricən bərpa olunur və sərnişinlərin istifadəsinə verilir.
Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Bilet satışı 17 aprel tarixindən başlayır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 Aprel 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















