Icma.az
close
up
RU
Bakıdan Moskva ilə bağlı son həmlə: 13 il əvvəl Qəbələdə nə baş verdi?

Bakıdan Moskva ilə bağlı son həmlə: 13 il əvvəl Qəbələdə nə baş verdi?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə baş tutan görüşü sonrası iki ölkə arasında gərginliyin səngidiyi müşahidə edilir. Xüsusilə Kreml rəhbərinin gərginliyə səbəb olan məsələlərə aydınlıq gətirməsi, Bakını razı salacaq mövqe sərgiləməsi buna təsir edən başlıca səbəb kimi əsaslandırılır.

Analitiklərin fikrincə, Azərbaycan son illərdə atdığı doğru strateji addımlarla Rusiyanın regiondakı hərbi varlığına son qoydu. 2012-ci ilin dekabrında Qəbələdə stasionar tipli radiolokasiya stansiyasının bağlanması ilə başlanan proses, 2024-cü ilin aprelində Rusiya sülhməramlılarının Qarabağdan çıxması ilə tamamlandı.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Azərbaycan 2012-ci ildən 2024-cü ilə qədər Rusiya ilə münasibətlərində xüsusi və özünəməxsus siyasət yürüdüb:

“Ümumiyyətlə, rəsmi Bakı bütün qonşu və qonşu olmayan ölkələrlə münasibətlərini beynəlxalq hüquq prinsipləri əsasında qurmağa çalışır. 2012-ci ildə Qəbələdə yerləşən və Rusiyaya məxsus olan radiolokasiya stansiyasının (RLS) Azərbaycandan çıxarılması da məhz bu hüquqi yanaşmanın nəticəsi idi. Belə ki, Azərbaycan Konstitusiyasına əsasən, ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası yerləşə bilməz. Bu hüquqi norma nəzərə alınaraq, Qəbələ RLS-in fəaliyyəti dayandırıldı və obyekt ölkəmizdən çıxarıldı. Sözügedən RLS həm də ekoloji baxımdan problemli bir obyekt idi.

Bakı və Moskva həmin dövrdə bu məsələ ilə bağlı kifayət qədər konstruktiv və hüquqa əsaslanan bir razılaşmaya gəldilər. Nəticədə, RLS-in çıxarılması sakit və qarşılıqlı anlaşma şəraitində baş verdi”.


Yusif Bağırzadə 

Politoloq qeyd edib ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan daim müstəqil xarici siyasət yürüdüb:

“Bu siyasət çərçivəsində Rusiya ilə münasibətlər də qarşılıqlı hörmət və hüquqa əsaslanan formada tənzimlənib.

Qarabağda yerləşən Rusiya sülhməramlılarının ölkə ərazisindən çıxarılması da hüquqi və məntiqli bir proses idi. Belə ki, həmin kontingentin Azərbaycanda qalmasına dair hər hansı bir rəsmi, Milli Məclis tərəfindən təsdiqlənmiş qərar mövcud deyildi. Bu məsələ yalnız ikitərəfli razılaşma əsasında tənzimlənirdi. Qeyd olunan razılaşmaya görə, əgər tərəflərdən biri müddətin uzadılmasını istəməzsə, sülhməramlı kontingent ərazini tərk etməli idi. Nəticə etibari ilə də belə oldu”.

Turan Rzayev
Globalifno.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri