Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakını tələbə sıxlığından necə xilas etmək olar?

Bakını tələbə sıxlığından necə xilas etmək olar?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-2025-ci tədris ilində Azərbaycanda iki yeni universitet – Xankəndidə Qarabağ Universiteti, Bakıda isə Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. 

Naxçıvan Universiteti isə fəaliyyətini dayandırdı, tələbələr başqa universitetlərə köçürüldülər. Dövlət Statistika Komitəsinin 2023/2024 tədris ilindəki göstəricilərinə əsasən, ölkədə fəaliyyət göstərən 51 ali təhsil müəssisəsindən 40-ı dövlət ali təhsil müəssisəsi, 11-i isə qeyri-dövlət ali təhsil müəssisəsi olub. 

Bundan başqa, statistik göstərcilərə görə, 2017-2020-ci illərdə 7 filial fəaliyyət göstərib. Son 4 il ərzində isə bir neçə yeni filial fəaliyyətə başlayıb. Həmçinin bu universitetlərdən sadəcə 8-i (Qarabağ Universitetindən başqa) bölgələrdə yerləşir. 

Bu gün ölkədəki ali təhsil ocaqlarının sayı ilə bağlı mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycanda hazırda 51 ali məktəb var və universitetlər arasında rəqabətin təşviq edilməsi çox vacibdir: 

“Azərbaycan kimi ölkə üçün 51 universitet azdır, yoxsa çoxdur? 

Mənə görə, bu çoxdur. Rəqabətdən danışarkən ilk növbədə mövcud universitetlər arasında ədalətli rəqabət mühiti formalaşdırmaq lazımdır. Hesab edirəm ki, özəl universitetlərin sayının artırılması zəruridir. Bu, eyni zamanda dövlətin təhsilə ayırdığı vəsaitlərin daha səmərəli istifadə edilməsinə şərait yarada bilər. 

Rəqabətə dair növbəti məsələ Azərbaycanda xarici universitetlərin sayının artırılmasıdır. Yerli universitetlər ölkə daxilində bu təzyiqi hiss etməlidirlər. Məsələn, Özbəkistanda artıq 30-a yaxın xarici universitetin filialı açılıb. 2030-cu ilə qədər bu rəqəmin 50-yə çatdırılması planlaşdırılır”. 

 Qeyd edək ki, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti Bakıda yerləşir. Onsuz da əhalinin sayının, tıxacların çox olduğu paytaxtda tədris ili müddətində həm də ictimai nəqliyyatdan istifadəçilərin sayı getdikcə artır. 

Mütəxəssislər bu istiqamətdə vəziyyəti yaxşılaşdırma üçün müxtəlif təkliflərlə çıxış edirlər. 

Bakıya tələbə axınının qarşısını almaq üçün bölgələrdə daha çox universitet filiallarının açılması mümkündürümü? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, tələbələr Bakıya gəldikdən sonra tıxaclar daha da çoxalıb: 

“Onsuz da Bakı tıxac olan şəhərdir və urbanizasiya problemi var. Son statistikalara əsasən, hətta Azərbaycanda tamamilə boşalan kəndlər var. Son vaxtlar məktəblərin birləşdirilməsi də ortaya çıxıb. Məktəblərin birləşdirilməsi ona görə baş verir ki, həmin kənddə yaşayış azdır. 

Məsələn, kimya müəlliminin məktəbdə cəmi 4 saat dərsi olur. Nəticədə bu, məktəblərin birləşməsinə gətirib çıxarır. Bu gün insanların əksəriyyəti Bakıya toplaşıb. Bu da paytaxtın yükünü ağırlaşdırır. Eyni zamanda, plan yerlərinə baxanda, Bakıdakı universitetlərdə daha çox plan yeri ayrılır, nəinki yerlərdəki ali təhsil ocaqlarında”.

Ekspertin sözlərinə görə, universitetlərin regionlara köçürülməsi çətin məsələdir:

“Burada müəllim kontingenti var. Hər hansı bir universiteti köçürsək, burada yaşayan müəllim oraya gedəcəkmi? 

Bu, təhsilinin keyfiyyətinə də təsir edə bilər. Ancaq bölgələrdə filialları, region universitetlərin sayını artırmaq olar. Çünki bu formada Bakıda sıxlığın qarşısını almaq mümkündür. Məsələn, Bakı Dövlət Universitetinin Qazax filialı var. Niyə də BDU-nun Şamaxı filialı olmasın? Ümumiyyətlə, universitetlərin olmadığı rayonların sayı çoxdur. Məsələn, UNEC-in Zaqatala filialı var və oradakı təhsilin keyfiyyəti Bakıdakı UNEC-in keyfiyyəti ilə fərq yaratmır. Yaxud bölgələrdə özəl universitetlərin filiallarını yaratmaq olar. 

Buradakı lan yerlərini həmin universitetlərə vermək olar. Bu, həm paytaxtda sıxlığın qarşısını alar, həm də maddi xərclərə dəstək olar. Məsələn, abituriyentin öz rayonunda universitet varsa, onu seçmək ehtimalı var. Yaxud Bakıdakı universitetdə bal daha yüksək olduğu halda istər-istəməz o, öz balı ilə  öz rayonunda, eləcə də yaxın rayonda oxuya bilər. Məsələn, ADPU-da “Təhsildə sosial psixoloji xidmət” ixtisası var. Bakıda ödənişsiz bu ixtisasın balı 444 olaraq formalaşıb. 

Ancaq regionlara baxanda görürük ki, burada bal 500-dən yuxarıdır. Yəni regionlarda ADPU-nun ödənişsiz qəbul balı daha yuxarıdır. Bu da ondan irəli gəlir ki, region tələbəyə yaxın olduğu üçün daha əlverişlidir. Bu baxımdan, reginonlarda qəbul yerlərinin sayını artırmaq önəmlidir. 

Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universitetində həm plan yerini artırmaq, həm də  universitetlərin sayını çoxaltmaqla paytaxtda müəyyən qədər sıxlığın qarşısını almaq olar. Bununla bağlı Elm və Təhsil Nazirliyi müəyyən proqramla çıxış etməli, Nazirlər Kabineti onu təsdiqləməli, sonra bu proses həyata keçirilməlidir. Ümumilikdə düşünürəm ki, bu, həm tələbənin maddi xərcinin azalması, həm də Bakının yükünün azalması baxımından müsbət effek verə bilər”. 

Ekspertin xatırladıb ki, xarici ölkələrdə müxtəlif bölgələrdə universitetlər fəaliyyət göstərir: 

“Fikrimcə, planlaşmada müəyyən problemlər olub. Vaxtilə Bakı daha perspektivli götürülüb və buna görə də çox yüklənib. Məsələn, Abşeronda evlər o qədər səliqəsiz tikilib ki, burada yol infrastrukturu da hədsiz dərəcədə pisdir. Məsələ ondadır ki, bizdə sanki ancaq planda bu ərazilər düşünülüb. Ancaq Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan kimi ölkələrə baxdıqda burada universitetlər ancaq paytaxtda cəmləşmir, regionlara paylanılır. Bu, bizdə də olmalıdır. 

Ancaq regonlarda universitetlərdə plan yerləri azdır. Regionlara üstünlük verilsə, yeni filiallar açılsa, düşünürəm ki, Bakının yükü azalar. Söhbət tələbə kontingentinin axınından gedir. Məsələn, Qarabağ Universiteti nə qədər Bakının yükünü azaltmağa nail oldu. Təbliğatdan da çox şey asılıdır. Biz bunu Lənkəran Dövlət Universiteti haqqında deyə bilmirik. 

Çünki təbliğat çox zəifdir, keçid balları nisbətən aşağıdır. Ancaq Qarabağ Universitetinin balı bəzən Bakıdakı universitetlərdən qat-qat yuxarıdır. Region universitetləri təbliğatda çox geri qalıb. Mövcud infrastrukturu, vəziyyətini ictimaiyyətdə çatdırmaqda çətinlik çəkirlər. 

Bu məsələlər də öz həllini tapsa, plan yerləri müəyyən qədər artırılsa, filiallar yaradılsa, yaxud regionlardakı universitetetlərin də filialı, məsələn, Mingəçevir Dövlət Universitetinin Göyçay filialı yaradılması yaxşı olar. Mütləq deyil ki, Bakıdakı universitetin filialı olsun. Yəni bu formada yaradılsa, Bakının tələbə kontingenti baxımından yükünü xeyli azaltmaq olar”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Tələbə sıxlıq Rizvan Fikrətoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see251

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see243

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see233

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see233

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see225

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see218

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see213

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see212

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see210

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see209

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see208

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see202

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see192

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see191

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see186

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see181

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see178

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri