Icma.az
close
up
RU
Bakını qoruyan şirlər və öküz Qoşa qala qapıları

Bakını qoruyan şirlər və öküz Qoşa qala qapıları

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Qoşa qala qapıları Bakı qalasının şimal divarında yerləşən girişdir. Bura həm də Şamaxı qapıları deyilir. Səbəbi isə girişin Şamaxıdan gələn qədim karvan yolunun üzərində yerləşməsi olub. Qoşa qala qapıları xaricdən Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir, daxildən isə İçərişəhərin Böyük Qala və Kiçik Qala küçələrinə açılır.

Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilib.

Tarixi mənbələrə əsasən, Bakı şəhəri qədim dövrlərdə üçqatlı qala divarları ilə əhatə olunub. Onlar müxtəlif zamanlarda şəhərin ərazisinin genişləndirilməsi işləri ilə əlaqədar inşa edilib. Dövrümüzə bu üç divardan yalnız tarixinə görə ən qədim olanı gəlib çatıb. Haqqında söhbət etdiyimiz Qoşa qala qapıları da Bakı qalasının məhz ən qədim divarında yerləşir.

Bu divarların XII əsrə aid olduğu bildirilir: “İstənilən halda, heç şübhəsiz ki, XI əsrdə Səlcuq sultanlarının hakimiyyəti dövründə Bakı dəniz sahilinin kifayət qədər əhəmiyyətli şəhərinə çevrilmişdi; şəhərdə bir neçə məscid var idi, XII əsrdə isə nəhəng Qız qalası inşa edilmişdi; bununla eyni zamanda həm də şəhərin ən qədim qala divarları inşa edilmişdi”. Bunu İçərişəhərin qədim abidələrinin tədqiqatçısı V.M.Sısoyev öz qeydlərində yazırdı.

“…o, ikiqat qala divarları ilə əhatə olunub, onlar bir-birindən 15 addımlıq məsafədə yerləşirlər, onlardan daxildə yerləşəni əhəmiyyətli dərəcədə hündürdür; divarlarda çoxlu sayda yarımdairəvi qüllələr vardır; divarların ən üst tərəfindən dişcik şəklində çıxıntılar vardır. Dənizə baxan divarlar kərpicdən, digər divarlar isə əhəng daşı və gil məhlulundan tikilmişdir. Şimal divarındakı qoşa qapılar dəmir listlərlə qapadılır. Malların rahat daşınması üçün dəniz tərəfdən qalanın üç qapısı var”, – deyə Şah Süleyman Səfəvinin (1667–1695) hakimiyyəti dövründə 1683-cü ildə beş gün Bakıda qalan səyyah Engelbert Kempfer Bakı qalasını təsvir edərkən qeyd edib.

İki qapının yan-yana gəlməsininin tarixi isə 1796-cı ildə Bakı xanı Hüseynqulu xanın şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil verməsi ilə əlaqəlidir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilib və 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısının Şamaxı qapısının yanına köçürülməsi qərara alınıb. Və beləliklə, bu layihə üzrə başlanan köçürülmə işi 1886-cı ildə tamamlanıb.

Darvazalarda qorunub saxlanılan ən mühüm amil sənaye yüksəlişindən və neft bumundan xeyli əvvəl mövcud olmuş orta əsrlərdəki Bakının simvolu olan əsrarəngiz barelyefdir.

Barelyef iki kiçik disklə əhatə olunmuş öküzün nəhəng başını qoruyan iki şir təsvir edən ustalıqla yonulmuş daş kompozisiyadır. İkinci qapı – Zülfüqar qapısı Şamaxı qapısının yanına yerləşdiriləndə həmin simvolun eynisi qapı üzərində yerləşdirilib. Bəs bu öküz kəlləsi və şirlərdən ibarət olan simvolun anlamı nədir?

Kempferin fikrincə, öküz kəlləsi quru torpaq və güclü külək səbəbindən əkinçiliklə məşğul ola bilməyən, əhalisi ənənəvi olaraq maldarlıqla məşğul olan köhnə istehkamlı şəhərin özünü simvolizə edir. Bir çox alimlərin iddia etdiyi kimi, öküz və inək qədim abşeronluların ən qədim totemi olub. Bu təsvirlərə qayaüstü rəsmlərdə, yaşayış məskənlərində, sonralar isə sikkələrdə rast gəlmək mümkündür. Bu aspektdən yanaşsaq, öküz kəlləsi sanki  çoxəsrlik ənənəyə bir növ hörmət əlamətidir.

Bu simvolun mənşəyi qədim dövrlərə, hətta bütpərəstlik dövrünə qədər gedib çatır. İnək insanların atası sayılırdı və müqəddəs heyvan idi. Sehrdə öküz (və ya inək) kəlləsinin təsvirindən istifadə müəyyən məqsədlərə çatmaq üçün çox güclü və təsirli vasitə hesab olunurdu. Ancaq bu təsvirlər ən çox qorunmaq üçün əvəzsiz idi. Onlar darvazaları, hasarları, evləri və sərhəd nişanlarını məhz öküz  kəlləsinin təsvirləri ilə bəzəyirdilər.

Şirlərə gəlincə, bu obraza bir çox xalqların tarixində və mədəniyyətində rast gəlinir. Roma yazıçısı və filosofu Amvrosi Feodosi Makrobiyə görə, şirlər Yer kürəsini, Tanrıların Anasını simvolizə edir. İki şir isə ikiqat güclü hökmdarı, həmçinin qapıların və xəzinələrin qoruyucusu və ya Həyat Ağacını ifadə edir. Bundan başqa, bir çox tarixçilərin fikrincə, Yaxın Şərqin heraldik ənənələrinə, fars mədəniyyətinə hörmətdir.

Bu cür fərziyyələrə əsaslanaraq, bəzi tarixçilər öküzün hər iki tərəfində dayanan şirləri Bakını tutmuş səfəvilər və ortada olan öküz kəlləsini isə orada hələ də zərdüştlüyə etiqad edənlərin varlığının simvolu kimi qiymətləndirir.

Kempfer həm də düşünürdü ki, şirlər öküzün başının yanındakı disklərlə birlikdə səma işığını simvolizə edə bilər. Qədim şəhər heraldikasında öküz təsvirləri tez-tez gecə və gündüzün simvolu olan Günəş və Ay təsvirləri ilə müşayiət olunurdu. Ola bilsin ki, eyni məna yükünü qoşalaşmış qala qapılarının üstündəki öküzün yanında həkk olunmuş kiçik disklər daşıyır. Ümumiləşdirsək, Kempferə görə, qalanın əsas girişindəki darvazadakı mürəkkəb gerbi belə açmaq olar: Şirlər (yəni qala divarları)  gündüz (Günəş) və gecə (Ay) Öküzü (yəni şəhəri) qoruyurlar./bakuplus.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Yanvar 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri