Icma.az
close
up
RU
Bakını tıxaclara son qoyacaq HƏLL YOLLARI 15 20 dəqiqəyə...

Bakını tıxaclara son qoyacaq HƏLL YOLLARI 15 20 dəqiqəyə...

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Bakı Abşeron yarımadasında yerləşir və yerləşmə mövqeyinə görə dairəvi yol olmasa da, amma şəhərin yarımdairəvi sürətli yolu olmalıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə tikilən yollar şəhər üçün vacib idi. Onlardan bəziləri tikilib istifadəyə verildi:

"Bu, Lökbatan-Biləcəri dairələri, Zığ dairəsindən beton yol dediyimiz hava limanı, Koroğlu-Hava limanı-Mərdəkan və sonradan Bilgəh və Pirşağı ilə davam etdi. Amma bu yolları əlaqələndirən Biləcəri, Binəqədi və Ramanı istiqamətində tamamlayıcı yol tikilmədi. Sonradan Ziya Bunyadov prospekti boyu bir neçə tunel tipli yol ötürücü tikilsə də, amma funksionallıq olmadı və həmin prospekt daha da yüklənmiş oldu.

Yeni Baş planda bir neçə yarımdairəvi yollar nəzərdə tutulub. Bunlar şəhər üçün vacibdir, amma düşünürəm ki, tək yol tikintisi yox, həmçinin digər əlavə tamamlayıcı layihələr də olmalıdır və uzlaşdırılmalıdır. Çünki bu vahid bir nəqliyyat karkasıdır və burada həm hərəkətliliyi, mobilliyi, həm də həm logistikanı təmin etmək lazımdır.

Şəhərin daxilinə mümkün qədər fərdi nəqliyyatla səfərlərdən çəkindirən alətlərlər olmalıdır. Ona görə bu sürətli yollar şəhər ətrafında yarımdairə formasında təşkil edildiyi müddətdə, həmçinin bunlarla yanaşı layihəyə əlavə elementlər də daxil edilməlidir. Şəhərin giriş nöqtələrində müəyyən "Park et, səfərini ictimai nəqliyyatla davam et" kimi həllər də bu layihənin tərkib hissəsinə daxil edilməlidir".

Ekspert əlavə edib ki, İctimai nəqliyyatın relsli növləri ilə xüsusən şəhərətrafı dəmiryolu ilə uzlaşdırılması vacibdir:

"Çünki dövlət proqramında Bakıda xətlərinin bərpası, yeni qatarların alınması, dəyişən cərəyana keçid kimi layihələr nəzərdə tutulub. Bunların uzlaşdırılması lazımdır ki, insanlar bir növlə hərəkət edirsə, müəyyən yerlərdə avtomobillərini park etsin və ictimai nəqliyyatın relsli növləri ilə şəhərə daxil olsun. Bu təşkil olunduğu təqdirdə birbaşa insanların prioritetinə təsir edəcək. Yəni insanlar artıq bu yollarla müəyyən məsafəni qət etdikdən sonra dəmir yolu və metrodan istifadə edəcəklər.

Bu gün çoxluq avtomobillə səfərini təşkil edirsə, bunun üçün obyektiv səbəblər. Çünki bu illər ərzində avtomobil yollarına daha çox diqqət ayrılıb. Amma qeyd olunan tamamlayıcı elementlər kənarda qalıb və bu mənada düşünürəm ki, layihələrin uzlaşdırılması çox vacibdir. Paralel olaraq, əgər mərhələ ilə icra olunacaqsa, o mərhələlərin içində yenə tamamlayıcı layihələr nəzərdə tutulmalıdır.

Bakı, Xırdalan, Sumqayıt istiqamətində yetərincə böyük trafik var. Düşünürəm ki, bu layihələrlə yanaşı Baş planda qeyd olunub ki, şəhərə daxil olmadan sürətli tranziti təmin edən avtomobil və dəmir yolları layihələrinə diqqət ayırmaq lazımdır.

Çünki biz axınları ayırmalıyıq, müəyyən axınlar indiki halda məcburi Bakıya daxil olur. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən üzü Qaradağ istiqamətində "R-6. H.Z.Tağıyev-Sahil" 40 kilometrlik yolun iki zolaqdan dörd zolağa təkmilləşdirilməsinə ehtiyac var".

R.Ağamirzəyev qeyd edib ki, dəmir yolunda da oxşar bir layihə var:

"Güzdək-Qaradağ yolu 2019-cu ildə başlamışdı. yarımçıq qaldı. İndiki halda Biləcəri istiqamətində sərnişin və yük trafiklərinin qarışmasına səbəb olur. Düşünürəm bu layihədə dövlət proqramına salınıb və şəhərin hərəkətliliyinə təsir edir. Əgər biz bu layihələri icra etsək, sərnişin və yük trafiklərini ayırsaq, onda daha intensiv hərəkət olar. Yəni Abşeronda 15-20 dəqiqəlik intervalla sərnişin qatarları 06:00-dam axşam 00:00-a kimi hərəkət edərsə, insanların bir çoxunun prioriteti sabit, dayanıqlı, havaya bağlı olmayan dəmir yoluna yönələcək. Çünki sabit qrafiklə işləyəcək və pik saatlarda daha sıx işləyəcək. Amma 15-20 dəqiqədən bir Xırdalan və Sumqayıta getmək imkanı olarsa, burada insanlar birbaşa bu növə daha çox maraq göstərəcəklər".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri