Bakının 4 rayonunda saat 10 da işıq kəsiləcək XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 21-də Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Təbriz Xəlilbəyli, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Abbas Mirzə Şərifzadə, Məmməd Şərif Həmidov, İsrafil Məmmədov, İslam Səfərli, Əlövsət Quliyev, Əli Aslanov və Bəşir Səfəroğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Nizami rayonunda saat 10:00-dan 14:00-dək Yavər Səfərov küçəsinin bir hissəsində (“Kral” ət və ət məhsulları zavodunun yaxınlığı) aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Səbail rayonunun Bayıl qəsəbəsində saat 10:00-dan 12:00-dək Gülbala Əliyev və Bünyad Sərdarov küçələrində elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılacaq.
Suraxanı rayonunun Zığ qəsəbəsində Rövşən Göyüşov küçəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə tətbiq ediləcək.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 İyul 2026 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















