Bakının bu ərazisində qaz olmayacaq
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Milli.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, "Azəristiliktəchizat" ASC-nin sifarişinə əsasən Sahil qəsəbəsində yerləşən 5 ədəd qazanxananı təbii qazla təmin edən qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəbəkəyə qoşulması, qaz xətti üzərində sayğacın və tənzimləyicinin quraşdırılması məqsədilə noyabrın 14-də saat 10:00-dan 13:00-dək qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Milli.Az

Bakının bu ərazisində qaz OLMAYACAQ
26 Noyabr 2024 22:28
Bakının bu ərazisində qaz olmayacaq
18 Noyabr 2024 16:15

