Bakının bu qəsəbəsində uşaqlar və yaşlılar təhlükədədir
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinlərin gündəlik hərəkətini çətinləşdirib.
Bu barədə Bakı sakini Fatma Novruzova BAKU.WS-in "qaynar xətti"nə müraciət edərək şikayətini bildirib.
Onun sözlərinə görə, qəsəbədə yolların vəziyyəti olduqca acınacaqlıdır. Sakinlər küçələrdə hərəkət etməkdə, xüsusilə də yolu keçməkdə ciddi çətinliklərlə üzləşirlər.
Şikayətçi qeyd edib ki, mövcud vəziyyət hər kəs üçün narahatlıq yaratsa da, uşaqlar və yaşlı insanlar üçün daha böyük təhlükə mənbəyidir. Yolun yararsız vəziyyətdə olması onların təhlükəsiz hərəkətinə mane olur.
Fatma Novruzova aidiyyəti qurumlardan problemin həllinə diqqət ayrılmasını, Zabrat qəsəbəsində yolların təmir olunmasını və sakinlərin rahat, təhlükəsiz gediş-gəlişinin təmin edilməsini xahiş edib.
Baxış sayı:128
Bu xəbər 13 Noyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















