Icma.az
close
up
RU
Bakının dostunu qalxana çevirilir: 3 ölkəyə meydan oxundu, raketlər işə düşdü

Bakının dostunu qalxana çevirilir: 3 ölkəyə meydan oxundu, raketlər işə düşdü

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Çin Hindistanı Cənubi Asiyada və daha geniş miqyasda – Hind-Sakit okean regionunda əsas rəqibi kimi görür. Bu kontekstdə Pekin, Pakistanın hərbi imkanlarını J-10C döyüş təyyarələri, PL-15 hava raketləri və digər qabaqcıl texnologiyalar vasitəsilə gücləndirməklə, Hindistanı qərb cəbhəsinə daha çox resurs ayırmağa məcbur edir. Nəticədə, Dehlinin Ladax ilə Arunaçal Pradeşdəki mübahisəli Çin-Hindistan sərhədinə cəlb edə biləcəyi aktivləri azalır”.

Bunu Globalinfo.az-a politoloq Rüstəm Tağızadə Hindistan və Pakistan arasında yaşanan hərbi qarşıdurmanı şərh edərkən deyib.

Onun sözlərinə görə Çin istehsalı olan silahların Pakistan tərəfindən döyüş şəraitində istifadəsi Pekinə əvəzsiz taktiki və texnoloji məlumatlar qazandırır:

“Hindistanın ABŞ tərəfindən təmin edilən platformalarına, məsələn, “Rafale” qırıcıları və “BrahMos” raketlərinə qarşı bu silahların real performansı müşahidə edilir. Pakistanın əməliyyatları nəticəsində Çin, J‑10C təyyarələrinin Hindistan təyyarələrinə qarşı effektivliyini izləməklə Xalq Azadlıq Ordusunun taktika və texnologiyalarını, o cümlədən, elektron mübarizə sistemləri və raket idarəetmə alqoritmlərini təkmilləşdirməyə nail olur.

Pakistan Pekin tərəfindən həyata keçirilən “Bir Kəmər, bir yol” təşəbbüsünün (BRI) əsas sütunlarından biri sayılan 62 milyard dollarlıq Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) layihəsinə ev sahibliyi edir. Bu layihənin təhlükəsizliyi, xüsusən də Bəlucistan əyalətindəki sabitlikdən asılıdır. Çin, Pakistan ordusunu gücləndirməklə, Hindistanın CPEC infrastrukturu üzərində potensial hərbi təzyiqlərini balanslaşdırmağa və regionda sabitlik yaratmağa çalışır”.

Politoloq bildirib ki, strateji baxımdan Qvadar limanı da xüsusi önəm daşıyır:

“Onun hörmüz boğazına yaxınlığı Çinə Hind okeanında strateji mövqe qazandırır. Pekinə məxsus silahlarla gücləndirilmiş Pakistan donanması, bu dəniz zolaqlarını Hindistanın potensial təzyiqlərindən qorumağa xidmət edir və Çinə Ərəbistan dənizi və ondan kənarda daha təsirli mövcudluq imkanı verir. Bu isə ölkənin enerji təhlükəsizliyi və dəniz ticarət yollarının qorunması baxımından həyati əhəmiyyəttə malikdir.

Digər mühüm aspekt isə Pekinin silah ixracatında rəqabət gücünü artırmaq niyyətidir. Çin, öz silahlarının real döyüş şəraitində effektivliyini nümayiş etdirməklə ABŞ, Fransa və Rusiya kimi ənənəvi müdafiə ixracatçılarına meydan oxumağa çalışır. Pakistanın uğurlu hərbi əməliyyatları Çinin müdafiə sənayesinin marketinq potensialını gücləndirir və bu, Yaxın Şərq, Afrika və Cənub-Şərqi Asiya kimi regionlarda Çin silahlarının bazarını genişləndirə bilər”.

Ekspert deyib ki, Çin ABŞ-la rəqabəti kontekstində bu ölkənin Hindistanla tərəfdaşlığını çətinləşdirmək üçün Pakistanla əlaqələrindən istifadə edir:

“ABŞ-ın Hindistanla artan hərbi əməkdaşlığı, məsələn, Hind-Sakit okean çərçivəsindəki təşəbbüsləri Pekini balanslaşdırmaq məqsədi daşıyır. Lakin Çin tərəfindən Pakistanın silahlandırılması Cənubi Asiyada böhran risklərini artırır və Ağ Evin diqqətini Sakit okean teatrından yayındıra biləcək yeni regional gərginliklər yaradır.


Rüstəm Tağızadə

Çin üçün daha bir önəmli məqam isə daxili təhlükəsizliklə bağlıdır. Pekin Sincanda uyğur separatizmi ilə mübarizə aparır. Lakin bu silahlı qrupların bəzən Pakistanla əlaqəli şəbəkələrə sığındığına dair məlumatlar var. İslamabadla hərbi əməkdaşlıq Pekinə bu şəbəkələrə təsir və kəşfiyyat məlumatları əldə etmək imkanları yaradır. Beləliklə, Çin, qərb regionlarında potensial təhlükələri cilovlamağa çalışır.

Bu hərbi əməkdaşlıq, eyni zamanda, Çinin Pakistan üzərində əsas təhlükəsizlik qarantı rolunu möhkəmləndirir. Nəticədə İslamabadın daxili siyasi sabitliyini və Pekinə strateji bağlılığını artırır. Beləliklə, Pakistanın ABŞ-la yaxınlaşmaq və ya Hindistanla münasibətləri normallaşdırmaq ehtimalı azalır”.

R.Tağızadə əlavə edib ki, Pakistanın hərbi imkanlarının artırılması Hindistanın ənənəvi üstünlüyünü daraldır və regionda nüvə həddinin aşağı düşməsi ilə nəticələnə bilər:

“Bu, İslamabada daha cəsarətli addımlar atmaq üçün stimul verir, çünki Çin tərəfindən dolayısı ilə dəstəklənəcəyinə inanır. Lakin bu, yanlış hesablama və təsadüfi nüvə mübadiləsi risklərini artırır.

Çinin bu prosesdəki ikili rolu – bir tərəfdən vasitəçi kimi çıxış etməsi, digər tərəfdən isə silah təchizatçısı kimi davranması regionda diplomatik mürəkkəbliyi artırır. Çin Pakistanı silahlandırmaqla bir çox üst-üstə düşən strateji məqsədlərə —Hindistana qarşı balans yaratmaq, BRI layihələrini qorumaq, döyüş məlumatları əldə etmək və İslamabadla tərəfdaşlığı dərinləşdirməyə nail olmağa çalışır. Lakin bu yanaşma, Cənubi Asiyanın sabitliyini təhdid edir və Pekinin daha geniş strateji hədəflərinin regionda nüvə qarşıdurması riskləri ilə toqquşmasına yol aça bilər.

Pekin üçün daha dayanıqlı strategiya isə hərbi dəstəyi balanslaşdırılmış diplomatik səylərlə müşayiət etməkdir. Bu, həm uzunmüddətli iqtisadi, həm də təhlükəsizlik maraqları baxımından daha faydalı ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 May 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see184

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see137

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see127

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see126

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see124

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see123

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see120

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri