Icma.az
close
up
RU
Yeni siyasi mərhələnin başlanğıcı: Türkiyə mühüm regional gücə çevirilir

Yeni siyasi mərhələnin başlanğıcı: Türkiyə mühüm regional gücə çevirilir

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyə siyasi səhnəsində diqqətçəkən yeni inkişaf yaşanır.

Prezident Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla İmralı adasında görüş keçirən DEM Partiyasının nümayəndə heyətini qəbul edəcəyini açıqlayıb. Qərar Türkiyə ictimaiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Ərdoğanın sözlərinə görə, görüşün məqsədi ölkədə terrorla mübarizə istiqamətində atılacaq yeni addımları qiymətləndirmək və "terrordan tamamilə azad bir Türkiyə" yolunda milli birlik və həmrəyliyi gücləndirməkdir. Sabah baş tutacağı gözlənilən görüşdə, bölgədə sülh və sabitliyin təmin olunması, demokratik proseslərin dərinləşdirilməsi, eyni zamanda terrorla mübarizənin siyasi dialoqla uzlaşdırılması məsələlərinin gündəmdə olacağı bildirilir. Rəsmi dairələr bu görüşün yeni bir siyasi mərhələnin başlanğıcı ola biləcəyini istisna etmir, ekspertlər isə hadisəni həm daxili siyasətdə, həm də regionda mümkün dəyişikliklərin əlaməti kimi qiymətləndirirlər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, son dövrlərdə Türkiyənin artan beynəlxalq nüfuzu, şübhəsiz ki, daxildə terror təhdidlərinin aradan qaldırılması istiqamətində atılan qətiyyətli addımlarla sıx bağlıdır. Artıq Türkiyə daxili qarşıdurmalarla enerji və zaman itirmir, bütün diqqətini və gücünü xarici siyasətdəki mövqeyini gücləndirməyə yönəldə bilir. Bu mənzərədə PKK məsələsinin həlli, xüsusilə də DEM Partiyası vasitəsilə aparılan danışıqlar və Abdullah Öcalanla baş tutan son görüşlər mühüm yer tutur:

"Öcalanın bu danışıqlarda barış çağırışı etməsi və PKK-nı silahı buraxmağa çağırması, ümumilikdə ölkədə milli barış və anlaşma mühitinin yaranmasına təkan verib. Dövlət və millətin birliyinin möhkəmlənməsi, cəmiyyətin müxtəlif təbəqələri arasında etimad körpülərinin qurulması Türkiyənin daxili sabitliyini daha da artırır. Bu isə, öz növbəsində, ölkənin xarici siyasətdə daha sərbəst, effektiv və strateji addımlar atmasına şərait yaradır".

Əli Mustafa: Ölkə daxilində sabitliyin təmin olunması Türkiyəyə xarici siyasətdə iddalı mövqe verir

Politoloq qeyd edib ki, Türkiyənin son illərdə həyata keçirdiyi milli inteqrasiya siyasəti təkcə təhlükəsizlik məsələlərində deyil, sosial, siyasi və mədəni sahələrdə də mühüm nəticələr verməkdədir. Xüsusilə də cəmiyyətin müxtəlif etnik və dini təbəqələri arasında dialoqun təşviq edilməsi, fərqli fikirlərə qarşı tolerant münasibətin formalaşdırılması bu etimad mühitini daha da möhkəmləndirir. Bu fonda dövlətin bölgədə həyata keçirdiyi sosial-iqtisadi layihələr, infrastruktur proqramları və təhsil təşəbbüsləri bölgələrarası inkişaf fərqini azaltmaqla yanaşı, mərkəzlə əyalətlər arasında bağların güclənməsinə də səbəb olub. Hökumət tərəfindən həyata keçirilən inklüziv siyasət və milli həmrəyliyə yönəlmiş proqramlar kürd və türk vətəndaşları arasında ortaq vətəndaşlıq şüurunu daha da gücləndirir:

"Bütün bu proseslər bir daha sübut edir ki, terrorla mübarizə təkcə hərbi və təhlükəsizlik tədbirləri ilə deyil, eyni zamanda siyasi iradə, sosial barış və cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə mümkündür. Ölkə daxilində sabitliyin təmin olunması isə Türkiyəyə xarici siyasətdə daha iddialı, prinsipial və təşəbbüskar olmağa imkan verir. Bu gün Türkiyə öz sərhədlərini aşan bir siyasət yürüdərək, regionda və daha geniş miqyasda söz sahibi olan bir güc kimi çıxış edir. Bu güc isə yalnız iqtisadi və hərbi amillərlə deyil, həm də daxildə qurulan birlik, barış və sabitliklə birbaşa bağlıdır".

Politoloq vurğulayıb ki, Türkiyə daxili problemlərin yükündən azad olaraq bütün gücünü beynəlxalq mövqeyinin möhkəmlənməsinə həsr edə bilir. Bu da onu Yaxın Şərqdə və daha geniş coğrafiyada mühüm regional gücə çevirir. Türkiyə tədricən öz ətrafındakı ölkələri ətrafında toplayaraq, yeni formalaşan qlobal nizamda müstəqil və nüfuzlu bir qütb kimi önə çıxmağa başlayır.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Aprel 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri