Icma.az
close
up
RU
Bakının hədəfi: TDT ni siyasi iqtisadi güc mərkəzinə çevirmək Şərh

Bakının hədəfi: TDT ni siyasi iqtisadi güc mərkəzinə çevirmək Şərh

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Türk Dövlətləri Təşkilatının (TDT) yeni dünya nizamında yeni siyasi-iqtisadi güc kimi formalaşaraq meydana çıxması üçün həm siyasi, həm də iqtisadi baxımdan bütün imkanlara, resurslara və potensiala malikdir. Oktyabrın 7-də TDT-nin Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusu çərçivəsində keçiriləcək XII Zirvə görüşündə bu istiqamətdə ciddi müzakirələr gedəcək və addımlar atılacaq. Əminliklə qeyd etmək olar ki, Qəbələdə keçiriləcək TDT-nin Zirvə görüşü türk dünyasının yeni siyasi-iqtisadi güc kimi formalaşması baxımından mühüm əhəmiyyət kəsb edəcək”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, türk dünyasının qlobal güc kimi formalaşması Azərbaycanın yürütdüyü xarici siyasətin prioritetini təşkil edir:
“Bu təşkilatın əsası 16 il öncə, 2009-cu il oktyabrın 3-də qədim Azərbaycan torpağı Naxçıvanda qoyulub. Ötən 16 il ərzində Azərbaycanın da çox ciddi səyi nəticəsində TDT-nin sıraları genişlənərək dünya miqyasında güclənib və böyük nüfuz qazanmış quruma çevrilib. Azərbaycan türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Azərbaycan TDT-yə üzv ölkələr arasında sıx inteqrasiya olunmuş əməkdaşlığın və siyasi-iqtisadi güc kimi formalaşaraq qlobal miqyasda tanınması məqsədilə türk dövlətləri ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq münasibətləri quraraq inkişaf etdirməkdədir. Bundan əlavə, Orta Dəhlizin imkanlarını genişləndirməklə buna daha ciddi zəminlər yaratmaqdadır. Çünki müasir dünyada enerji, nəqliyyat və logistika dəhlizləri dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində xüsusi rola malikdir.

Bir sözlə, bu gün Azərbaycan türk dövlətləri arasında strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir.

Geniş coğrafiyaya malik türk dünyasının həm zəngin enerji və digər iqtisadi resurslara, potensiala malik olması, həm böyük bazar rolu oynaması, həm də Orta Dəhliz xəttində yerləşməsi baxımından iqtisadi güc rolunda çıxış etməyə imkan verir. TDT-ni iqtisadi güc kimi şərtləndirən mühüm amillərdən biri də təşkilata üzv ölkələrin milli iqtisadiyyatlarının sürətli inkişafının qeydə alınmasıdır.

Onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu, 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcədə üstələyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir.

Bu isə o deməkdir ki, türk dünyasının yeni qlobal gücə çevrilməsi üçün geniş imkanlar açılır və artıq TDT beynəlxalq münasibətlər sistemində bir güc mərkəzi kimi qəbul edilməkdədir. Qəbələdə keçiriləcək zirvə görüşü də bu istiqamətdə mühüm addım olacaq.

Dünyada müşahidə edilən müxtəlif formalı kataklizmlərə baxmayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, qlobal sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verməkdədir. Nəticədə Azərbaycan regional “orta güc” dövləti rolunda çıxış etməklə, TDT-nin də qlobal güc rolunda çıxış etməsinə öz töhfəsini verəcək”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see341

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see245

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see241

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see215

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see206

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see200

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see165

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see155

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see155

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see140

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see138

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see131

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri