Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Bakının küçələrindən yüksələn səslər: Paradın hər addımında liderliyin uzaqgörən xətti hiss olunurdu

Bakının küçələrindən yüksələn səslər: Paradın hər addımında liderliyin uzaqgörən xətti hiss olunurdu

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb. Yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib. Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları, o cümlədən Anadolu agentliyi, "TRT Avaz", "TRT Haber", "A Haber", "Haber Global", NTV televiziya kanalları, "Milliyet", "Hürriyet", "HaberTürk", "Akşam", "Sabah", "Yeni Şafak", "Türkiye Gazetesi", "Kıbrıs Gazetesi" qəzetləri və digər media qurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb. Hər iki qardaş ölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxucunun diqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika və silahlara cəlb edib. Xəbərlərdə Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıx həmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlarından sitatlar gətirilib. Birləşmiş Ərəb Əmirliklərinin aparıcı media qurumları da, o cümlədən "ARN News Centre", "UAE BARQ", "Emarat Al Youm", "Al Bayan", "Sharjah24" və "20Four" portalları Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıb.

Gürcüstanın nüfuzlu "1tv.ge", "24news.ge", "aktual.ge", "interpress.ge" portalları Azərbaycanda Vətən müharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbi parad və bayramla bağlı xəbərlər yayıblar.

Rusiyanın bir sıra nəşrləri də Hərbi parad barədə məqalələr yayımlayıb. Bu ölkənin "Gazeta.ru" nəşri paradın miqyasına diqqət çəkərək 5 mindən çox hərbçinin iştirak etdiyini və 150-dən artıq hərbi texnikanın nümayiş etdirildiyini, eləcə də Xəzər dənizində hərbi gəmilərin düzüldüyünü qeyd edib. "News.ru" Prezident İlham Əliyevin çıxışındakı simvolik ifadəni ön plana çəkib: "Onlar Bakıda çay içmək istəyirdilər, indi Azərbaycan çayını istintaq təcridxanasında içirlər". İspaniyanın EFE agentliyi də Hərbi parada xüsusi diqqət ayırıb. Agentliyin yayımladığı xəbərdə İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi paradda Türkiyə və Pakistan liderlərinin də iştirakı vurğulanıb. Xəbərdə əsasən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Baş nazirinin fikirləri diqqətə çatdırılıb, liderlərin Azərbaycanın Qələbəsinin regionda sülh, inkişaf və əmin-amanlıq üçün yeni səhifə açması barədə fikirləri qeyd olunub. Bu xəbər İsveçrənin "Swissinfo.ch" nəşri tərəfindən də EFE-yə istinad olunaraq yayımlanıb. Rumıniyanın "Ultima-ora" nəşri Prezident İlham Əliyevin paraddakı çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycana, Azərbaycan xalqına və Ordusuna dəstəyi barədə fikrinə xüsusi yer verilib.

Hərbi parad barədə nüfuzlu "Forbes" jurnalı, Səudiyyə Ərəbistanının ingilisdilli "Arab News" və digər media qurumları da xəbərlər yayımlayıb. "Forbes" jurnalında dərc olunan geniş reportajda Hərbi paradın Azərbaycanın hərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanın xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ən müasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qeyd olunub.

Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın keçdiyi tarixi yolun, qələbədən quruculuğa, döyüşdən diplomatiyaya keçidinin simvoluna çevrilib.

Analitik qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun şucayəti ilə torpaqlarını azad edən Azərbaycan bu dəfə öz suverenliyini qorumağın, müstəqil siyasət yürütməyin və gücünü tərəqqi ilə birləşdirməyin parlaq nümunəsini nümayiş etdirdi: 

"Paradın hər addımında, hər keçidində təkcə ordunun gücü deyil, dövlətin düşünülmüş strategiyası, liderliyin ardıcıl və uzaqgörən xətti hiss olunurdu. Parad Azərbaycanın regional reallıqlarda necə mərkəzi fiqura çevrildiyini bir daha dünyaya göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin açıqlamaları təkcə protokol jesti deyildi. Bu, qardaşlıq və strateji həmrəyliyin canlı təsdiqi, Cənubi Qafqazın gələcəyinin konyukturasını cızan siyasi mesajlar idi. Bu parad həm də daxili inamın təntənəsi idi. Xalq öz lideri ilə bərabər qürurla, öz gücünə arxalanaraq irəlilədiyini nümayiş etdirdi. Hərbi texnikanın parıltısı, intizamlı Ordunun qətiyyətli baxışı, şəhərin başı üzərində dalğalanan üçrəngli bayraq, bütün bunlar tək bir həqiqəti təsdiq edirdi - Azərbaycan qalib dövlətdir, qalib xalqdır və bu qələbə artıq sabitliyin, inkişafın və gələcəyin zəmanətinə çevrilib".

Ekspert vurğulayıb ki, parad sadəcə keçmişin xatirəsi deyildi, gələcəyə ünvanlanan mesaj idi: 

"Planlı, məqsədyönlü və sistemli siyasətin nəticəsində Azərbaycan təkcə gücünü göstərmir, həm də regionun gələcəyini formalaşdırır. Bakının küçələrindən yüksələn o səslər, o addımlar bir daha sübut etdi: Zəfər birdəfəlik deyil, davam edən prosesdir. Azərbaycan isə bu prosesin aparıcı qüvvəsidir. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri