Çin avtomobillərinin daha bir problemi üzə çıxdı
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyada bu il qış bir qədər yumşaq və gec başlayıb.
Avtosfer.az xəbər verir ki, əksər regionlarda qar və buz dekabrda müşahidə olunub. Elə ilk buzlaşma və şaxtalar Çin istehsalı olan avtomobillərdə qəribə nasazlığı üzə çıxarıb.
Məlum olub ki, çox soyuq havada avtomobilin arxa şüşəsi qızdırılıan zaman çatlayır, bəzən də ümumiyyətlə dağılır. Avtomobil sahibləri müxtəlif versiyalar səsləndirsələr də, ekspertlər başqa cür düşünürlər.
Onların fikrincə, şüşənin içindəki közərmə sapları zəifdir və bir qədər yüklənmə olan kimi qırılır. Bu da ciddi qızmaya və şüşənin dağılmasına səbəb olur.
Dilerlər şüşənin qırılmasının zəmanətə aid olmadığını bildirirlər. Avtomobil sahibi təmir xərcini özü çəkməli olur.
Azərbaycanda qış Rusiyadakı kimi sərt olmadığı üçün belə bir problemin ortaya çıxmaq ehtimalı azdır.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















