Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? AÇIQLAMA
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
“Formula1” yarışları ilə əlaqədar Bakıda bəzi məktəblərin distant təhsilə keçirilməsi tədris prosesinin təşkili ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Yarış günlərində nəqliyyat və hərəkət məhdudiyyətləri nəzərə alınaraq, tətbiq olunan bu qərarın şagirdlərin dərs prosesinə təsiri sual doğurur.
Avtosfer.az xəbər verir ki, belə hallarda tədrisin fasiləsizliyinin təmin edilməsi üçün distant təhsil və digər alternativ həllərin tətbiqi müzakirə olunur. Bəs “Formula1” kimi kütləvi tədbirlər zamanı məktəblərin distant təhsilə keçirilməsi tədris prosesinə nə dərəcədə təsir edə bilər?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, “Formula1” yarışları ilə əlaqədar olaraq bəzi məktəblərdə qısa müddət ərzində onlayn təhsildən istifadə ediləcək:
"Təbii ki, bu, ümumilikdə qısa müddəti əhatə edir. Belə məqamlarda, yəni fors-major, fövqəladə vəziyyət və digər hallarda distant təhsillə bağlı qərarlar qəbul edilir və bizim də bu istiqamətdə artıq müəyyən təcrübəmiz var. Ən azı 2020-ci ildə pandemiya ilə əlaqədar karantin tətbiq edildikdən sonra uzun müddət onlayn təhsildən istifadə etmişik. Ona görə də bu sahədə müəyyən təcrübəmiz formalaşıb. Burada əsas məqsəd təhsil prosesində fasiləsizliyin təmin olunmasıdır. Əgər hansısa fors-major hal ilə əlaqədar şagirdə dərs keçirilmir və ona evdə təhsil alması üçün imkan yaradılmırsa, bu, şagirdin tədris prosesindən kənarda qalması deməkdir. Amma onlayn formada da olsa, dərs keçirilirsə, bu, xüsusi əhəmiyyət daşıyır. Alternativ həllərin tətbiqinə gəldikdə isə, distant təhsildən başqa bu vəziyyət üçün geniş istifadə olunan xüsusi bir mexanizm yoxdur. Distant təhsil bütün dünyada tanınan və tətbiq olunan bir modeldir. Ona görə də biz də belə hallarda həmin modeldən istifadə edirik. Bununla yanaşı, distant təhsilin effektivliyi yalnız dərsin onlayn keçirilməsi ilə məhdudlaşmır. İnternetə çıxış, texniki imkanlar və şagirdlərin dərsə bərabər şəkildə qoşula bilməsi kimi məsələlər də nəzərə alınmalıdır. Əks halda, təhsil prosesinin fasiləsizliyi təmin olunsa da, onun keyfiyyəti ilə bağlı müəyyən suallar yarana bilər".
Fatimə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Sentyabr 2026 07:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















