Bakının mərkəzində heyvanlara zülm verilir Bir birinin üstündə saxlanılan Xəzər tısbağaları
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının "Tarqovı" adlanan küçəsində fəaliyyət göstərən "zoo mağaza"lardan birində heyvanların çox baxımsız şəraitdə saxlanılır.
Vətəndaş BAKU.WS-ə şikayətində bildirir ki, mağaza qeyri-rəsmi şəkildə heyvan alveri ilə məşğuldur.
Şikayətçi qeyd edir ki, videoda görünən heyvanların heç birinin yeməyi, suyu və ən təməl ehtiyacları normal şəkildə ödənilmir, onlar isə xüsusi şərait olmadan kiçik qəfəslərdə və akvariumlarda əziyyət çəkirlər. Vətəndaş həmçinin bildirir ki, artıq ikinci dəfə həmin ərazidən keçərkən heyvanların saxlanma şəraiti və oradakı xoşagəlməz qoxu diqqətini çəkib.
Ən narahatedici məqam isə odur ki, nadir hesab edilən Xəzər tısbağaları burada kiçik qablarda saxlanılır və satılır.
Məsələni diqqətdə saxlayacağıq.
Şahanə Xankişiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 04 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















