Bakının mərkəzində motosiklet piyadaları belə vurdu VİDEO KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda piyada keçidlərinin üzərində törədilmiş bəzi yol-nəqliyyat hadisələrinin görüntülərini yayıb.
KONKRET.az quruma istinadən xəbər verir ki, hadisələrdən biri ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qeydə alınıb. Qaydalara əməl edib piyada keçidindən keçən iki şəxs motosiklet sürücüsü tərəfindən vurulub.
Digər bir analoji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb. Ölüm və xəsarətlə nəticələnən bu tip qəzaların ilkin təhlili deməyə əsas verir ki, səbəblər eynidir. Ancaq təəssüflər olsun ki, bu səbəblərdən nəticə çıxarmadıqda piyadalar hələ də təhlükə ilə üz-üzə qalmaqda davam edirlər.
NİİM nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək piyada keçidlərini bildirən nişanlara diqqət yetirmələrinin, keçidlərə yaxınlaşarkən sürətin azaldılmasının, axşam və gecə saatlarında piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.
Baxış sayı:106
Bu xəbər 20 May 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















