Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bakının mərkəzində sakinlər etiraz edir: “Evini satmayanlarla qəddarcasına davranırlar; su, qaz, işıq, internet vermirlər”

Bakının mərkəzində sakinlər etiraz edir: “Evini satmayanlarla qəddarcasına davranırlar; su, qaz, işıq, internet vermirlər”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının mərkəzindəki “Bayırşəhər məhəlləsi” adlanan ərazidə - “Təzə Pir” məscidinin ətrafında söküntülər davam edir. Söküntü prosesi sakinlərin narazılığı ilə müşayiət olunur.

Sakinlərin bir qismi bu ərazidəki söküntünü “Bakının tarixinin silinməsi” kimi dəyərləndirir. Onlar bildirir ki, oradakı binaların bir çoxu tarixi-memarlıq abidələridir. Bu səbəbdən ümumiyyətlə, evlərini tərk etmək istəmirlər.

Sakinlərin bir hissəsi isə onlara təklif olunan kompensasiyanın azlığına etiraz edir. Onlara evlərinin hər kvadrat metrinə görə 2700 manatdan kompensasiya təklif olunur. Bildirirlər ki, ömür boyu Bakının mərkəzində yaşadıqları halda, təklif olunan məbləğə nəinki mərkəzdə, hətta nisbətən yaxın ərazilərdə də ev almaq mümkün deyil. Qeyri-yaşayış sahələrinin (obyektlərin) sahiblərinə isə kvadrat metrə görə 3000 manat pul təklif edilir.

Ərazidəki söküntü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sərəncamı əsasında həyata keçirilir. Sərəncama əsasən, Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov, Nizami və Mirzağa Əliyev küçələri arasında qalan ərazi sökülməlidir. 6 aydır ki, sərəncamın icrası başlayıb.

Sakinləri narazı salan məqamlardan biri də alınmış evlərin söküntüsü zamanı ətrafdakı mənzillərin su, qaz xətlərinin sıradan çıxarılması, evindən çıxmaq istəməyən vətəndaşların dözülməz şəraitdə yaşamağa məcbur edilməsidir.

Bizimyol.info xəbər verir ki, dekabrın 1-də Vidadı küçəsi 52 ünvanında söküntü işləri aparılarkən sakinlərlə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də söküntünü icra edən şəxslər arasında problem yaşanıb. Sakinlər həyətdə söküntü aparılmasına etiraz edib, qaz xəttinin sıradan çıxdığını bildiriblər: “Biz yaşaya-yaşaya həyəti sökürlər, insanların mülkiyyətində olan şkafları sındırırlar. Bütün bu proseslərə də Zülfəli adlı şəxs (Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov) rəhbərlik edir. Dövlətin qayda-qanunu sənədlə olur. Heç bir sənəd göstərmədən söküb-dağıdırlar”.

Memar Abdul Hüseynov bildirib ki, təkcə ora deyil, “Bayırşəhər”dəki başqa ünvanlarda da həyətlərdə bütün sakinlərlə razılaşma olmadığı halda, söküntü aparılır. Məsələn, iki gün əvvəl Vidadi küçəsi 40 ünvanında sakinlərin hamısı ilə alqı-satqı edilmədiyi halda, 2019-cu ildə Bakı Abadlıq xidməti tərəfindən əsaslı təmir olunmuş ina dağıdılıb.

“Bayırşəhər” sakinlərindən Zahidə Əzizova deyir ki, partladılan borulardan bir aya yaxındır ki, içməli su axır. Bu israfçılığın qarşısı alınmır: “Evini satmayanlarla qəddarcasına davranırlar, su, qaz, işıq, internet üzünə həsrət qoyurlar. Hətta “Azərsu” cəsarət edib, suyun axıdılmasınin qarşısını almaq istəmir. Bir aya yaxındır ki, içməli su axır”.

Qeyd edək ki, 31 narazı sakin Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldırıb. Onlar “Bayırşəhər”in sökülməsi barədə sərəncamın ləğvini tələb edirlər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, söküntü ərazisindəki tarixi abidələr qorunacaq.

“Təzə Pir” ətrafında sökülən tikililərin yerində isə park salınacaq. O da Mərkəzi Parka birləşdiriləcək.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri