Icma.az
close
up
RU
Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır

Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər paytaxtda fəaliyyət göstərən bəzi restoranlarda müştərilərin narazlığına səbəb olan yeni hal müşahidə olunur. 

Belə ki, əvvəllər müştərilərə ödənişsiz təqdim olunan yaş salfetkaların artıq pulla verilməsi halları var.

“Cebheinfo.az” xəbər verir ki, restoranlarda çörək, çay və əlavə sifarişlər üçün ayrıca ödəniş tələb olunması artıq geniş yayılmış vəziyyətdir. 

Lakin indi masada istifadə üçün verilən birdəfəlik yaş salfetkanın da hər ədədinə görə pul alınması müştərilərdə haqlı suallar yaradır. Belə hallardan biri dünən paytaxtın "Fəvvarələr bağı” razisində yerləşən “Saurma 1” restoranında müşahidə olunub. 

Yeməkdən sonra birdəfəlik nəm salfetka istəyən müştəriyə onun ödənişli olduğu bildirilib və hər salfetka üçün ayrıca məbləğ tələb olunub. Oxşar vəziyyətin Bakıda fəaliyyət göstərən digər restoranlarda da müşahidə edildiyi bildirilir. 

Əvvəllər müştəri restoranda yaş salfetka istədikdə bunun üçün ayrıca ödəniş tələb olunmurdu, bəzi restoranlar isə həm də reklam xatirinə masaya birdəfəlik yas salfetkalar qoyurdu.  İndi isə bəzi restoranlarda bir ədəd salfetka belə pullu xidmətə çevrilib. Müştəri salfetka istəyir, qarşılığında isə ona bunun ödənişli olduğu bildirilir. 

Açığı, burada düşündürücü məqam salfetkanın qiyməti deyil, xidmətləri heç də ucuz olmayan restoranların belə belə xırda bir şeyə görə ayrıca ödəniş tələb edilməsidir. Bir ədəd birdəfəlik yaş salfetkanın qiyməti nə qədər ola bilər ki, restoran onu da müştərinin hesabına yazmağı vacib hesab ediir? 

Müştəri onsuz da restoranda yeməyə, içkiyə və xidmətə görə pul ödəyir. İndi isə masada istifadə etdiyi salfetkanın da hesabını ayrıca ödəməli olur. Bu yanaşma isə restoranlarda gələcəkdə daha hansı adi ehtiyacların ayrıca ödənişə çevrilə biləcəyi ilə bağlı təsəvvür yaradır. 

Ən diqqətçəkən məqam isə odur ki, artıq bəzi restoranlarda sanki ən xırda şeydən belə pul qazanmaq yanaşması formalaşıb. Əvvəllər adi və ödənişsiz hesab olunan salfetka kimi sadə bir vasitə də indi ayrıca ödənişə cəlb edilir. 

Bu da müştəridə belə bir fikir yaradır ki, restoranlar əlavə gəlir əldə etmək üçün mümkün olan hər bir xırda imkandan istifadə etməyə başlayıblar. Halbuki xidmət sektorunda müştəri məmnuniyyəti yalnız yeməyin keyfiyyəti ilə ölçülmür. 

Müştərinin restoranda özünü necə hiss etməsi və ona hansı münasibətin göstərilməsi də mühüm əhəmiyyət daşıyır. Bir neçə qəpiklik salfetkanın pulunu almaq müştəri üçün böyük maddi ziyan, restoran üçün isə böyük gəlir gətirməyə bilər. 

Amma bu cür xırda ödənişlər müştəridə haqlı narazılıq yarada, restoran haqqında mənfi fikir formalaşdıra bilər.

Əgər bu yanaşma davam etsə, sabah restoranda istifadə etdiyimiz hər adi şeyə görə ayrıca pul tələb olunması da təəccüblü olmayacaq. Bu gün yaş salfetka, sabah isə başqa bir xırda vasitəyə görə pul tələb olunacaq. 

Gülər Həsənli 
“Cebheinfo.az

Açar sözlər: “Saurma 1” salfetka

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri