Icma.az
close
up
RU
Bakının növbəti diplomatik qələbəsi Ermənipərəstləri geri çəkilməyə məcbur edən anlaşma

Bakının növbəti diplomatik qələbəsi Ermənipərəstləri geri çəkilməyə məcbur edən anlaşma

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib. Minsk prosesinin bağlanması haqqında qərar təşkilata üzv 57 ölkə tərəfindən yekdilliklə qəbul olunub. Qərara əsasən, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız sayılır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Anti-Azərbaycan qüvvələrin kabusu

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa edib. Qarabağ münaqişəsi birdəfəlik olaraq həllini tapıb. Hələ Vətən müharibəsinin nəticəsinə uyğun olaraq, yaranan yeni reallıqlar şəraitində keçmiş Minsk qrupunun fəaliyyətinin artıq heç bir əhəmiyyət daşımadığı aydın idi. Rəsmi Bakı bu illər ərzində ardıcıl şəkildə Minsk qrupunun ləğvi məsələsini gündəmə gətirsə də, həmsədr ölkələr, ən başlıcası isə Ermənistan bu qərarın qəbul edilməsinə süni maneələr yaradır, müxtəlif bəhanələr irəli sürürdülər. Çünki münaqişənin həlli güclü və bütöv Azərbaycan reallığının tam müstəqil siyasi kursla birləşməsi anlamına gəlirdi ki, bu da Cənubi Qafqazda özlərinin məkrli planlarını həyata keçirmək istəyən beynəlxalq dairələrin ən böyük kabusu demək idi.

Ermənipərəstləri geri çəkilməyə məcbur edən anlaşma

Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasət, diplomatik gedişlər yeni reallığın doğurduğu nəticənin - Minsk qrupunun ləğvi zərurətinin məntiqi sonluqla yekunlaşmasında mühüm rol oynadı. Hələ üç il əvvəl Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan etməsi Dağlıq Qarabağ probleminin birdəfəlik həll edildiyinin ilkin mesajı idi. Bununla belə, başda Fransa və ABŞ-nin keçmiş rəhbərliyi olmaqla, erməni lobbisinin təsiri altında İrəvanın Minsk qrupunun buraxılması tələbinə qarşı çıxmasına zəmin yaradırdı. Rəsmi Bakının hərbi-siyasi qələbəsinin yaratdığı reallıqlar, həmçinin beynəlxalq aləmdə baş verən ciddi dəyişikliklər, xüsusilə də Donald Trampın ABŞ prezidenti seçilməsi bu məsələdə həlledici rol oynadı. Məhz Ağ Ev rəhbərinin birbaşa təşəbbüsü ilə Vaşinqtonda imzalanan tarixi razılaşmalar İrəvan da daxil olmaqla, Minsk qrupunun ləğvinə qarşı çıxanları fakt qarşısında qoydu. Təsadüfi deyil ki, Vaşinqtonda sülh mətninin paraflanmasından, Azərbaycan və Ermənistanın ATƏT-ə birgə müraciətindən sonra Cənubi Qafqazda uzun illər özünün destruktiv fəaliyyəti ilə seçilən Fransa dərhal bu təşəbbüsü dəstəkləyən bəyanatla çıxış etdi. Bir qədər gözləməklə Rusiya da analoji yanaşmanı ortaya qoydu.

Bakı ardıcıl mövqeyini davam etdirəcək

Beləliklə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da vurğulandığı kimi, sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsinin, bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisidir. Bu qərar həm də avqustun 8-də Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Azərbaycan bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək.

Revanşistlərə ağır zərbə

Azərbaycanın əldə etdiyi bu möhtəşəm diplomatik qələbə Dağlıq Qarabağ kartının Bakıya qarşı təzyiq kimi istifadəsini birdəfəlik neytrallaşdırdı. Bu, həm də İrəvandakı revanşist qüvvələrin əllərində bayraq etdikləri Madrid, Kazan, Ki-Uest və s. "prinsipləri"nin əks olunduğu sənədlərin də heç bir hüquqi gücünün qalmadığının təsbiti deməkdir.

Beynəlxalq reaksiya

Qəbul edilən qərarla bağlı beynəlxalq reaksiyalar da rəsmi Bakının mövqeyinə tam dəstəyin ifadə olunmasının göstəricisi kimi qiymətləndirilə bilər. Məsələn, ATƏT PA-nın prezidenti Pere Joan Pons Minsk Prosesinin bağlanması ilə bağlı ATƏT Nazirlər Şurasının qərarını alqışlayıb. "Dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülh yolunu möhkəmləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik", - deyə ATƏT PA-nın prezidenti vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin də Minsk qrupunun ləğvi qərarına reaksiyası təqdirəlayiqdir. "Ermənistan və Azərbaycanı sülhə və münasibətlərin normallaşmasına yönəlmiş tarixi sazişlər və onların həyata keçirilməsinə dərhal başlamaq qərarı münasibətilə bir daha təbrik etmək istəyirəm. Mən onların birgə müraciətinə dərhal cavab verdim və prosesdə gözəl əməkdaşlığa görə tərəflərə səmimi qəlbdən təşəkkürümü bildirirəm", - E.Valtonen bəyan edib.

Rusiya tərəfi də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır. "Biz bu addımı haqlı hesab edirik, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb", - deyə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib.

Göründüyü kimi, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına hüquqi don geyindirərək onu legitimləşdirməyə çalışan Minsk qrupu artıq mövcud deyil. Qarşıda isə bizi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin yaratdığı daha bir perspektiv reallıq gözləyir - sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması. Bunun üçün İrəvanın yerinə yetirməli olduğu tələblər də bəllidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Sentyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri