Icma.az
close
up
RU
Bakının qərarı Moskvanı təşvişə saldı: İrəvan da razıdır Putinə ikitərəfli zərbə

Bakının qərarı Moskvanı təşvişə saldı: İrəvan da razıdır Putinə ikitərəfli zərbə

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlərdə Rusiya PUA-larının Polşa üzərində vurulması, NATO və Avropa İttifaqı ilə gərginliyin artması fonunda Prezident Vladimir Putinin Cənubi Qafqazı əldən verməmək üçün əlavə tədbirlər görə biləcəyinə dair fikirlər səsləndirilir.  

Əsas da rəsmi Bakı ilə bir neçə aydır davam edən gərginlik nəzərə alındıqda, Azərbaycanın ABŞ və Qərblə münasibətlərini dərinləşdirməsinə sərt reaksiya veriləcəyi bildirilir.

Moskvanın bundan sonra Cənubi Qafqaza yanaşması hansı şəkildə olacaq? Bakı ilə bağlı necə bir xətt izlənəcək?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, Rusiya-Azərbaycan münasibətlərində mövcud gərginliyin aradan qaldırılması məqsədilə Kreml tərəfindən irəli sürülən yanaşma gözlənilən nəticəni vermədi:

“Həştərxanda keçirilən hökumətlərarası komissiyanın iclasından sonra müəyyən təmaslar oldu. Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında danışıqlar aparıldı. Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik etdi. Bu təmaslardan sonra gözlənilirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində dövlət başçıları səviyyəsində ikitərəfli müzakirələr aparılacaq. Lakin bu, baş vermədi. Sammitdən sonra Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk ikitərəfli münasibətləri dəyərləndirərkən iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı. Overçuk üçüncü ölkələrin regionda iştirakının onsuz da kövrək olan vəziyyəti daha da gərginləşdirə və tarazlığı poza biləcəyini dedi”.

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı Vaşinqton-Bakı-İrəvan danışıqları Moskvada narahatlıq doğurub:

“Bu danışıqlar Rusiya üçün Cənubi Qafqaz siyasətində yeni və ciddi çağırış kimi qiymətləndirilir. Moskva hesab edir ki, regionun əsas moderatoru yalnız o olmalıdır. SSRİ dağıldıqdan sonra Rusiya bu rolu əsasən Qarabağ vasitəsilə qoruyurdu. Lakin Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Ermənistan isə xarici siyasət kursunu əsaslı şəkildə dəyişib. Bunun fonunda Moskvanın moderator rolu arxa plana keçib”.

Z.İbrahimlinin fikrincə, Rusiya 10 noyabr 2020-ci il bəyanatından sonra əldə etdiyi üstünlüklərdən konstruktiv şəkildə istifadə etmədi:

“Əksinə, yenidən nifaq yaratmaq, münaqişə potensialını qorumaq yolu ilə bölgədəki rolunu möhkəmləndirməyə çalışdı. Kreml yeni reallıqlarla barışmaq istəmədi. Bu gün də Azərbaycana münasibətində açıq və ya dolayı yollarla bəyan edir ki, ikitərəfli əlaqələr qeyd-şərtsiz şəkildə bərpa oluna bilər. Bu isə sanki Azərbaycanın mülki təyyarəsinin heç vurulmaması, etnik zəmində cinayətlərin baş verməməsi, Rusiyada ölkəmizə qarşı təbliğat aparılmaması kimi təəssürat yaradır. Elə bil, heç beynəlxalq platformalarda Azərbaycanın əleyhinə çıxış edilməyib və bütün bunlara baxmayaraq, Rusiya yenidən regionda moderator kimi qəbul edilməlidir. Nəticə olaraq belə bir yanaşma əsasında münasibətlərin normallaşdırılması real görünmür”.


Zaur İbrahimli

Zaur İbrahimli əlavə edir ki, Rusiya ikitərəfli münasibətlərdə bərabərhüquqluluq prinsipini pozur:

“Azərbaycan bu yanaşmanı qəbul edə bilməz. Rəsmi Bakı öz mövqeyini açıq şəkildə bəyan edib. Bu o deməkdir ki, Azərbaycan öz maraqlarını sonadək qoruyacaq. Əgər Moskva münasibətlərin normallaşmasında həqiqətən maraqlıdırsa, yanaşmasını dəyişdirməlidir. Yalnız iqtisadi əməkdaşlıqla əvvəlki münasibət səviyyəsini bərpa etmək mümkün deyil”.

Politoloq bildirib ki, Ermənistanda vəziyyət daha mürəkkəbdir, baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin qərbyönümlü kurs izləməsi 2018-ci ildən bəri Moskva üçün ciddi çağırış olaraq qalır:

“Rusiya bu istiqamətdə nəzərəçarpacaq uğur əldə edə bilmir. Baxmayaraq ki, Ermənistana iqtisadi təsir imkanları kifayət qədər genişdir, Kreml bu təsir rıçaqlarını işə salmaqda ehtiyatla davranır. Səbəb isə erməni cəmiyyətində əks reaksiya doğurmaq ehtimalıdır. Bununla yanaşı, Moskvanın siyasi müstəvidə aktivləşdiyi də aydın görünür. 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri bu baxımdan önəmlidir. Rusiya bu seçkiləri həlledici dönüş nöqtəsi hesab edir və hazırda kilsə, müxalifət və rusyönümlü qüvvələrdən ibarət ittifaq formalaşdırmağa çalışır”.

Politoloqun sözlərinə görə, Ermənistanın birinci prezidenti ilə Rusiyanın İrəvandakı səfirinin görüşü də bu istiqamətdə atılan ciddi addımların göstəricisidir:

“Görüşün qısa məzmunu yayıldıqdan sonra məlum oldu ki, Moskva Ermənistan daxilində status-kvonu dəyişmək üçün müxalifətə dəstək verir və bu istiqamətdə bütün vasitələrdən istifadə etməyə hazırdır.

Paralel olaraq, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasını yenidən komplektləşdirməsi də diqqət çəkir. Paşinyan hökumətinin Azərbaycan və ABŞ-la əlaqələri gücləndirməsi isə Ermənistan daxilində əks reaksiya doğurmur. Bu, onun “Ermənistana sülh gətirəcəyəm” vədinin müəyyən qədər reallaşdığını göstərir. Azərbaycanla münasibətlərin normallaşması Türkiyə ilə əlaqələrin də qurulmasına zəmin yaradıb ki, bu da Paşinyanın siyasi mövqeyini gücləndirir. O, qarşıdan gələn seçkilərə bu tezislərlə gedəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri