Icma.az
close
up
RU
Biznesin qadın siması artan imkanlar və həllini gözləyən problemlər

Biznesin qadın siması artan imkanlar və həllini gözləyən problemlər

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

19 Noyabr – Dünya Qadın Sahibkarlığı Günüdür. Qadın sahibkarlığı artıq yalnız gender bərabərliyi və sosial fəallıq məsələsi deyil. Bu, iqtisadi inkişafın, məşğulluğun, innovasiyaların və rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasının mühüm istiqamətlərindən biridir.

Bir qadının biznes qurması yalnız onun şəxsi gəlir əldə etməsi demək deyil. Bu, yeni iş yerlərinin açılması, ailənin iqtisadi müstəqilliyinin güclənməsi, yerli istehsalın genişlənməsi, xidmət sektorunun inkişafı və bütövlükdə iqtisadiyyata əlavə dəyər qazandırılmasıdır. Bu baxımdan qadın sahibkarlığının inkişafını sadəcə sosial təşəbbüs kimi deyil, iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilməlidir. Son illər Azərbaycanda qadın sahibkarlığının inkişafında müsbət dinamika müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə ölkədə fərdi sahibkarların 23,7 faizini qadınlar təşkil edib. 2023-cü illə müqayisədə qadın fərdi sahibkarların sayı 28,5 faiz artıb. Başqa sözlə, hazırda ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən çoxdur. Bu rəqəmlər qadınların biznesə marağının və iqtisadi fəallığının artdığını göstərir. Bununla belə, mövcud potensialın tam reallaşdırıldığını söyləmək hələ tezdir.

Beynəlxalq Əmək Təşkilatının 2025-ci il məlumatlarına əsasən, dünyada biznes sahibi və ya işəgötürənlərin yalnız 22,8 faizini qadınlar təşkil edir. Yəni qlobal iqtisadiyyatda qadınların biznes sahəsində təmsilçiliyi hələ də məhduddur. Dünya Bankının məlumatları da göstərir ki, 2024-cü ildə yeni yaradılan məhdud məsuliyyətli cəmiyyətlərin sahibləri arasında qadınların payı təxminən hər dörd sahibkardan biri səviyyəsində olub. Bu statistika bir həqiqəti ortaya qoyur. Qadınların biznesə daxil olması ilə yanaşı, onların biznesini böyütməsi, rəqabətə davamlı etməsi və daha geniş bazarlara çıxarması üçün şərait yaradılmalıdır.

Qadın sahibkarlığının inkişafını məhdudlaşdıran problemlər bir neçə istiqamətdə cəmləşir. Birinci və ən ciddi problemlərdən biri maliyyə resurslarına çıxışdır. Biznesə başlamaq, istehsalı genişləndirmək, yeni avadanlıq almaq və dövriyyəni artırmaq üçün kapital lazımdır. Lakin qadın sahibkarların bir hissəsi kredit təminatı, girov tələbləri, yüksək maliyyələşmə xərcləri və maliyyə tarixçəsinin məhdudluğu səbəbindən bu imkanlardan yetərincə yararlana bilmir. Beynəlxalq Maliyyə Korporasiyasının məlumatına görə, qadınlara məxsus mikro, kiçik və orta müəssisələrin qlobal maliyyələşmə boşluğu təxminən 1,7 trilyon ABŞ dollarıdır. Bu, problemin yalnız ayrı-ayrı ölkələrə deyil, qlobal iqtisadi sistemə xas olduğunu göstərir. İkinci problem biznes bilikləri və idarəetmə bacarıqları ilə bağlıdır.

Sahibkarlıq yalnız məhsul istehsal etmək və ya xidmət göstərməkdən ibarət deyil. Maliyyə planlaşdırması, vergi öhdəlikləri, marketinq, satış, rəqəmsal alətlər, insan resurslarının idarə edilməsi və bazar təhlili biznesin davamlılığı üçün vacibdir. Üçüncü məsələ satış bazarlarına çıxışdır. Xüsusilə regionlarda fəaliyyət göstərən qadın sahibkarlar məhsullarını böyük ticarət şəbəkələrinə, elektron satış platformalarına və ixrac bazarlarına çıxarmaqda çətinlik çəkirlər. Dördüncü problem isə ailə və iş həyatının uzlaşdırılmasıdır. Qadınların üzərinə düşən ailə və qayğı öhdəlikləri onların biznesə ayıra bildiyi vaxtı və inkişaf imkanlarını məhdudlaşdıra bilər. Global Entrepreneurship Monitor-un 2024/2025 hesabatına əsasən, qadınlar ailə və şəxsi səbəblərlə bizneslərini dayandırmağa kişilərlə müqayisədə 47 faiz daha çox meyillidirlər.

Bütün bunlar göstərir ki, qadın sahibkarlığının inkişafı üçün yalnız biznesə başlamaq imkanları deyil, biznesi yaşatmaq və böyütmək mexanizmləri də gücləndirilməlidir. Bunun üçün ilk növbədə, qadın sahibkarlar üçün maliyyə əlçatanlığı artırılmalıdır. Daha çevik kredit mexanizmləri, münasib faizli maliyyələşmə, zəmanət fondları və kiçik bizneslərə uyğun maliyyə məhsulları genişləndirilməlidir. Xüsusilə ilk dəfə biznes quran qadınlar üçün başlanğıc kapitalına çıxış imkanları artırılmalıdır.

Təlim və məsləhət xidmətləri birdəfəlik tədbirlər formasında deyil, davamlı proqramlar şəklində təşkil olunmalıdır. Qadın sahibkara biznes ideyasının hazırlanmasından maliyyə planının qurulmasına, məhsulun bazara çıxarılmasından ixrac imkanlarının araşdırılmasına qədər peşəkar dəstək verilməlidir. Regionlarda qadın sahibkarlığının inkişafına xüsusi diqqət ayrılmalıdır. Kənd təsərrüfatı, emal sənayesi, turizm, ailə biznesi, əl işləri və xidmət sektorunda çalışan qadınların istehsal və satış imkanları genişləndirilməlidir. Yerli məhsulların brendləşdirilməsi və elektron ticarətə inteqrasiyası təşviq olunmalıdır. Qadın sahibkarların dövlət satınalmalarında və iri şirkətlərin təchizat zəncirlərində iştirak imkanları artırılmalıdır.

Biznesin böyüməsi üçün yalnız maliyyə deyil, davamlı sifariş və satış bazarı da vacibdir. Qadınların innovativ və texnoloji sahibkarlığa cəlb olunması stimullaşdırılmalıdır. Startaplar, rəqəmsal xidmətlər, süni intellekt əsaslı həllər və yeni texnologiyalar qadınlar üçün də geniş iqtisadi imkanlar yaradır. Bu istiqamətdə təhsil, mentorluq və investisiya mexanizmləri gücləndirilməlidir. Nəhayət, qadın sahibkarlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi genişləndirilməlidir. Uğurlu biznes nümunələrinin paylaşılması, mentorluq şəbəkələrinin yaradılması və sahibkar qadınların birgə layihələrə cəlb edilməsi biznes mühitinin inkişafına ciddi töhfə verə bilər.
Azərbaycanda bu istiqamətdə institusional dəstək mexanizmləri də mövcuddur. Lakin əsas hədəf dəstək alan sahibkarların sayını artırmaqla yanaşı, onların bazarda uzunmüddətli fəaliyyətini, dövriyyəsini, işçi sayını və ixrac imkanlarını genişləndirmək olmalıdır. Dövlət dəstəyi, maliyyə institutlarının əlçatanlığı, özəl sektorun əməkdaşlığı və sahibkarların peşəkar inkişafı vahid mexanizm kimi işləməlidir.

Əsas məsələ qadınlara biznes qurmaq imkanı verməklə bitmir. Onların biznesini böyütmək üçün bərabər iqtisadi imkanlar yaratmaqdır.
Qadın sahibkarlığına qoyulan investisiya yalnız bir qadının biznesinə qoyulan investisiya deyil. Bu, ailənin rifahına, məşğulluğa, yerli istehsala, innovasiyaya və ölkənin iqtisadi gələcəyinə qoyulan investisiyadır. Qadınların iqtisadiyyatda iştirakı artdıqca, ölkənin istifadə etdiyi iqtisadi potensial da genişlənir. Güclü iqtisadiyyat üçün qadın sahibkarların yalnız sayının deyil, imkanlarının, rəqabət gücünün və iqtisadi qərarlardakı rolunun da artmasına ehtiyac var.

Çinarə Ağayeva
Biznes məsləhətçi

AzPost.az

Post navigation

Previous: Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Noyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri