Real Fransa millisinin üzvü ilə müqaviləni uzatdı
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Real" yarımmüdafiəçisi Orelien Tçuameni ilə müqavilənin müddətin uzadıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Fransalı futbolçunun Madrid klubu ilə yeni müqaviləsi 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.
Tçuameni 2022-ci ildə "Real"a qoşulub. O, 205 oyunda meydana çıxıb və səkkiz titul qazanıb. Çempionlar Liqası, iki dəfə FİFA Klublararası Dünya Çempionatı, iki dəfə UEFA Superkuboku, La Liqa çempionluğu, İspaniya Kral Kuboku (Copa del Rey) və İspaniya Superkuboku.
Qeyd edə ki, 26 yaşlı yarımmüdafiəçi Fransa millisinin heyətində 50 oyun keçirib. Tçuameni 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.
Bu mövzuda digər xəbərlər:Belçika millisinin üzvü Milan la müqaviləni uzatdı Rəsmi
16 Dekabr 2025 10:30
“İmişli” milli üzvü ilə müqaviləni uzatdı
20 May 2026 19:54
PL klubu milli üzvü ilə müqaviləni uzatdı
23 Yanvar 2026 15:15
Fransa millisinin üzvü zədələndi
30 Oktyabr 2025 15:29
“İnter” Fransa millisinin üzvü ilə maraqlanır
15 Avqust 2025 12:14
Baxış sayı:101
Bu xəbər 19 Noyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















