Icma.az
close
up
RU
Bakının Rusiya ilə bağlı addımı sual doğurdu “Heç kim bunu təsəvvür etmirdi”

Bakının Rusiya ilə bağlı addımı sual doğurdu “Heç kim bunu təsəvvür etmirdi”

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin Rusiya mediasına verdiyi son müsahibə geniş müzakirə edilir. Azərbaycan xarici siyasətini balans üzərində qursa da, Qərbə bağlı qüvvələr Bakının Rusiyaya yaxınlaşdığını iddia edirlər. Daxili auditoriyada əsas tezisi isə bundan ibarətdir ki, Azərbaycana daha çox Vaşinqton, Brüssel, Parisdən təhlükə gəlir, nəinki Moskvadan.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ölkənin xarici siyasəti ilə bağlı əldə edilən uğurlar göz önündədir:

“Nəinki Azərbaycan tarixi qələbə qazanıb, ümumiyyətlə, ərazimizdə separatizmin kökü kəsilib. Artıq Qafqazda şərtləri Azərbaycan diktə edir və bu, bölgədə geosiyasi maraqları olan qüvvələri narahat edir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Azərbaycan dünyada geosiyasi böhranı öz lehinə çevirərək, əsas problemini həll edən və nümunə yaradan yeganə dövlətdir:

“Halbuki bir sıra dövlətlər geosiyasi böhranın gətirdiyi təhdidləri nəzərə almadan və öz imkanlarını dəyərləndirmədən qlobal oyunlarda alət kimi istifadə olundular və nəticədə acınacaqlı duruma düşdülər. Təkcə Ukrayna misalı kifayət edir.

Azərbaycan isə Rusiyanın təzyiqini neytrallaşdırdı və qardaş Türkiyə ilə “Şuşa Bəyannaməsini” imzalamaqla həm də gələcəkdə hər hansı təhdidlərin formalaşmasının qarşısını aldı. Həm Rusiya, həm də Türkiyə ilə münasibətləri bu səviyyəyə qaldırmaq sadə məsələ deyil. 5 il öncə bunu təsəvvür etmək mümkün idimi?”

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan Qərblə münasibətlərin korlanmasında maraqlı deyil:

“Əksinə Qərb vəziyyəti gərginləşdirməyə çalışır. Xüsusilə həm Vətən müharibəsində, həm də ondan sonrakı dövrdə Fransa işğalçıya açıq dəstək verdi və Azərbaycanı təhdid etdi. Əlbəttə, Azərbaycanın yanaşması da adekvat olmalı idi. Çünki geri çəkildikcə təzyiqlər daha da güclənir. Ona görə də Fransanın ləyaqətsiz siyasəti cavabsız qalmamalıdır və belə də oldu. Digər tərəfdən Amerika Birləşmiş Ştatlarının mövcud hökumətinin yürütdüyü siyasət Azərbaycanın maraqları ilə uzlaşmırdı və Ermənistana verilən hərbi-siyasi dəstək buna sübutdur”.

Ə.Zülfüqaroğlu vurğulayıb ki, Azərbaycan situativ davranmır, geosiyasi prosesləri doğru dəyərləndirir və uzaq perspektivə hədəflənən effektiv addımlar atır:

“Gələn ildən Birləşmiş Ştatlarda yeni hökumət fəaliyyətə başlayacaq. Bu hökumətin fərqli yanaşmaları var və bu, bölgəyə də təsir edəcək. O zaman durum tamamilə dəyişəcək. Xüsusilə Makron hökuməti ilə bağlı problemlər dərinləşəcək. Bu isə fərqli mənzərə formalaşdıracaq, o cümlədən müxtəlif Qərb dövlətləri Azərbaycanla münasibətləri normallaşdırmağa çalışacaqlar. O zaman isə Qərbmeyilli qruplar yeni “arqumentlər” axtaracaqlar.

Bu duruma düşməmək üçün korporativ maraqlar deyil, dövlətin mənafeləri bütün siyasi kəsimlər üçün prioritet olmalıdır”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri