Icma.az
close
up
RU
Bakıda 3 otaqlı mənzilin təmiri üçün nə qədər pul lazımdır? Araşdırma

Bakıda 3 otaqlı mənzilin təmiri üçün nə qədər pul lazımdır? Araşdırma

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Açıqlanan rəsmi məlumatlar göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında inşaat materiallarının qiymətində 3%, təmir-tikinti sahəsində göstərilən xidmətlərin qiymətində isə 5%-dən çox bahalaşma olub.
Yeniavaz.com
xəbər verir ki, paytaxtda inşa edilən hündürmərtəbəli yaşayış binlarının bir çoxunda mənzillər təmirsiz satışa çıxarıldığı üçün material və xidmətlərdəki bahalaşma mənzillərin yekun qiymətinə də təsirsiz ötüşmür.
Mövcud vəziyyəti nəzərə alaraq Yeniavaz.com saytı Bakı şəhərində təxminən 90 kvadratmetrlik 3 otaqlı mənzilin tam təmiri üçün nə qədər vəsait lazım olduğunu araşdırıb.
Qeyd edək ki, mənzillərin təmirinə döşəmə şapı dediyimiz səviyyələndirmə mərhələsindən başlanılır.
90 m² sahəsi olan mənzilin döşəmə səviyyəsini düzəltmək üçün təxminən 4-5 sm qalınlığında sement-qum qarışığı əlavə olunur. Bu işin hər kvadratmetri üçün təxminən 5 manat xidmət haqqı ödənilir. Eyni zamanda şap üçün lazım olan sement-qum qarışığının material dəyəri də 450 manat edir. Beləliklə, bu mərhələ ümumilikdə 900 manata başa gəlir.
Elektrik xəttlərinin çəkilməsi
Mənzillərdə elektrik sisteminin qurulması 2 üsul ilə hesablanır. Bu zaman həm kvadratmetrlə, həm də görülən işin həcmi ilə (elektrik xətlərinin uzunluğu, elektrik yuvalarının sayı və s.) hesablama aparmaq mümkündür. Lakin qeyd edək ki, hər iki üsul ilə aparılan hesablamada yekun qiymət əksər hallarda bir-birinə yaxın olur. Bu səbəbdən də araşdırmada elektrik xətlərinin çəkilməsi ilə bağlı xərcləri kvadratmetrlə təqdim edirik. 90 m² mənzilə elektrik xətlərinin çəkilməsi üçün xidmət haqqı 1 530 manat edir. Kabel, avtomat, rozetka və digər materiallar isə 1 350 manat təşkil edir ki, yekunda elektrik işlərinin ümumi dəyəri 2 880 manat olur.
Santexnika xətləri
90 m² üzrə isti-soyuq su və kanalizasiya xətlərinin çəkilməsi üçün ustalara 1 530 manat xidmət haqqı verilir. Boru və bağlantı materiallarına isə 810 manat tələb olunur. Beləliklə, bu hissənin ümumi qiyməti 2 340 manat təşkil edir.
Santexnika avadanlıqlarının (unitaz, rakvina, duş sistemi və s.) quraşdırılması isə ayrıca 1 320 manata başa gəlir. Bunun 120 manatı usta işi, 1 200 manatı isə avadanlıq materiallarıdır.
Döşəmə örtükləri
Otaqlara və dəhlizə ümumilikdə 70 m² laminat vurulur. Usta xidmətinə 210 manat, laminat materialına 840 manat xərc çıxır. Ümumi dəyər 1 050 manat olur.
Hamam, tualet və mətbəx hissələrinə 22 m² kafel döşənir. Xidmət haqqı 308 manat, material isə 330 manat təşkil edir. Bu mərhələ 638 manat edir.
Divar işləri
150 m² divar sahəsinə şpaklyovka və astar çəkilir. Usta xidməti 450 manat, material 600 manat olmaqla bu mərhələ 1 050 manat tutur.
Divarların boyanması üçün ustaya 450 manat ödənilir. 50 m² oboy vurulması isə ümumilikdə 650 manata başa gəlir ki, bunun 150 manatı işçilik, 500 manatı isə oboy materialıdır.
Hamam, tualet və mətbəxin divarlarına 35 m² kafel vurulur. Xidmət haqqı 490 manat, material 525 manat olmaqla bu hissə də 1 015 manat edir.
Tavan işləri
Otaqlar və dəhliz üzrə 70 m² ərazidə alçıpan tavan çəkilir. Usta xidməti 490 manat, material isə 840 manat təşkil edir. Bu mərhələnin ümumi dəyəri 1 330 manat olur.
Qapılar və pəncərələr
Mənzildə 5 ədəd iç qapı quraşdırılır. Usta xidmətinə 125 manat, materiala isə 850 manat tələb olunur. Ümumi qiymət 975 manat edir.
Giriş qapısının quraşdırılması isə 680 manat təşkil edir. Bunun 80 manatı usta, 600 manatı isə qapının özüdür.
Pəncərələr üçün 11 m² PVC material quraşdırılır. İşçilik 110 manat, material isə 1 760 manat olmaqla bu hissənin dəyəri 1 870 manat olur.
İstilik sistemi
Kombi və radiatorlardan ibarət istilik sistemi quraşdırılması üçün ustaya 250 manat ödənilir.
Avadanlığın material dəyəri isə 2 260 manatdır. Bu mərhələnin ümumi qiyməti 2 510 manat edir.

Apardığımız hesablama göstərir ki, 90 kvadratmetrlik 3 otaqlı mənzilin təmiri üçün xidmət (usta) haqqı olaraq 6 743 manat, materiallar üçün isə 12 915 manat vəsait lazımdır. Nəticədə tam təmirə görə 19 658 manat xərclənməlidir.
Məlumat üçün bildirək ki, mənzillərin təmiri istifadə olunan materialların qiymətindən birbaşa asılı olduğu üçün təmir qiymətləri də həmin materialların qiymətinə görə dəyişir. Bu yazıda göstərilən qiymət Bakı şəhərində orta səviyyəli təmir standardları əsasında hesablanıb.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:699
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri