Icma.az
close
up
RU
Bakının xəbərdarlığı təsdiqini tapdı

Bakının xəbərdarlığı təsdiqini tapdı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

ABŞ Federal Prokurorluğu “xarici təsir” agentlərinə qarşı müharibə elan edir

Amerika Birləşmiş Ştatlarının daxili təhlükəsizlik doktrinasına yenidən baxılmasını tələb edən və Cənubi Qafqazdakı geosiyasi proseslərə birbaşa təsir imkanına malik olan sensasion hadisələr zənciri Vaşinqtonla Kaliforniya arasında gərginliyi son həddə çatdırıb. 

Donald Tramp komandasının dövlət idarəçiliyində kök salmış korrupsiya elementlərinə, kölgə iqtisadiyyatına və vergi ödəyicilərinin vəsaitlərini talayan etnik cinayətkar qruplaşmalara qarşı başlatdığı barışmaz mübarizə beynəlxalq qalmaqala çevrilməkdədir. Medicaid Xidmətləri Mərkəzlərinin (CMS) rəhbərliyi və Federal Prokurorluğun açıqladığı faktlar Azərbaycanın illərdir vurğuladığı reallığı bir daha təsdiqlədi: erməni diasporu və lobbisinin fəaliyyəti kriminal şəbəkələr, çirkli pulların yuyulması, sistemli fırıldaqçılıq və mütəşəkkil cinayətkarlıqla sıx bağlıdır. İndi həqiqət artıq ABŞ-ın rəsmi qurumlarının dili ilə səsləndirilir. 

Kaliforniya ştatında sosial müavinətlərlə bağlı başlanan genişmiqyaslı araşdırma, sadəcə, yerli kriminal hadisə kimi qiymətləndirilə bilməz. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ federal səhiyyə sistemindən milyardlarla dolların mənimsənilməsi yüksək səviyyədə təşkilatlanmış, iyerarxik struktura malik və xaricdən idarə olunan şəbəkələr tərəfindən həyata keçirilib. Federal təhqiqatçıların üzə çıxardığı faktlar dəhşət doğurur: dövlət xəzinəsindən oğurlanan vəsaitlər nəinki cinayətkar qrupların lüks həyatını təmin edir, həm də ABŞ-ın xarici siyasətinə qanunsuz müdaxilə etmək, xüsusilə Azərbaycana qarşı qərəzli kampaniyaları maliyyələşdirmək üçün istifadə olunur. 

Tədqiqatın ilkin mərhələsi 2020-ci ildə nüfuzlu “Los Angeles Times” qəzetinin apardığı jurnalist araşdırmasına istinad edir. Həmin dövrdə Kaliforniya ştatının baş prokuroru Rob Bonta tərəfindən də təsdiqlənən sənədlərə əsasən, ştatda “xəyalət” hospis xidmətləri, yəni evdə qulluq və ölümqabağı tibbi xidmət adı altında fəaliyyət göstərən nəhəng saxtakarlıq imperiyası yaradılıb. Sözügedən şəbəkə vasitəsilə dövlət büdcəsindən milyardlarla dollar silinib, lakin real xidmətlər heç vaxt göstərilməyib. İndi isə Tramp administrasiyası həmin sənədləri yenidən masanın üzərinə qoyaraq cinayətin miqyasının təsəvvür ediləndən qat-qat böyük olduğunu və bunun arxasında konkret etnik mafiya strukturlarının dayandığını bəyan edir.

Medicaid Xidmətləri mərkəzlərinin administratoru, dünyaca məşhur həkim və ictimai xadim Mehmet Özün jurnalistlərə verdiyi açıqlama vəziyyətin absurdluğunu əyani şəkildə nümayiş etdirib. Doktor M.Öz ritorik sualla müraciət edərək bildirib: “Ölkə üzrə evdə tibbi xidmətlə bağlı hesabların 18 faizi Los-Anceles dairəsinin payına düşür. Belə mənzərə necə mümkün ola bilər?”. CMS rəhbərinin təqdim etdiyi rəsmi statistikaya görə, təkcə Los-Anceles dairəsində hospis və evdə tibbi xidmətlərə təxminən 3,5 milyard dollar vəsait xərclənir. Əhalinin demoqrafik göstəriciləri, xəstəliklərin yayılma dinamikası və tibbi zərurətlə daban-dabana zidd olan həmin rəqəmlər sistemin daxildən yeyildiyini sübut edir. Mütəxəssislər qeyd edirlər ki, ABŞ-ın digər ştatları ilə müqayisədə Los-Ancelesdəki anomal göstərici məhz mütəşəkkil etnik qruplaşmaların, konkret olaraq erməni kriminal şəbəkələrinin həyata keçirdiyi saxta sənədləşmə əməliyyatlarının nəticəsidir.

Mövcud administrasiyanın korrupsiyaya qarşı mübarizəsi sözlərlə məhdudlaşmır. Vaşinqton Kaliforniya, Nyu-York, Kolorado, İllinoys və Minnesotada uşaq baxımı proqramları üçün ayrılmış 10 milyard dollarlıq federal maliyyəni “genişmiqyaslı fırıldaqçılıq və vəsaitlərin məqsəddən kənar istifadəsi” səbəbindən dondurub. Bu addım mərkəzi hökumətin yerli idarəetməyə etimadının itdiyini göstərir. 

* * *

Prosesin Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən məqamı cinayətkar şəbəkənin etnik mənsubiyyətinin açıq, birmənalı və rəsmi şəkildə bəyan edilməsi olub. Ağ Ev adətən “siyasi tolerantlıq” və “multikulturalizm” adı altında cinayətkar qrupların etnik mənşəyini gizlətməyə çalışsa da, Tramp administrasiyasının nümayəndələri bu dəfə tabunu pozaraq hədəfi dəqiq göstəriblər. Doktor Mehmet Öz tibbi xidmət adı altında amerikalıların vergilərini mənimsəyən qüvvələri konkret adlarla sadalayıb: “Qeyd olunan qanunsuz fəaliyyətlərin böyük hissəsində ruslar, erməni dəstələri, mafiya strukturları iştirak edir”. Sözügedən bəyanat geosiyasi əhəmiyyətə malik ittiham aktıdır. Bu, onilliklər ərzində Qlendeyl, Burbank, Şimali Hollivud və “Kiçik Ermənistan” kimi tanınan bölgələrdə kök salmış, ABŞ maliyyə sisteminə parazit kimi yapışmış erməni mütəşəkkil cinayətkarlığının dövlət səviyyəsində ifşasıdır. M.Öz xüsusi olaraq vurğulayıb ki, “Prezident amerikalıların xarici təsirə məruz qalmasına yol verməyəcək”. Buradakı “xarici təsir” ifadəsi analitik təhlil tələb edir. İfadə sözügedən qruplaşmaların xaricdən idarə olunan, əldə etdikləri vəsaitləri xarici maraqlar, yəni Ermənistan dövlətinin və diasporunun maraqları üçün istifadə edən struktur olduğuna işarədir.

Təhlilçilər və beynəlxalq münasibətlər üzrə ekspertlər üçün sirr deyil ki, ABŞ-da fəaliyyət göstərən erməni lobbisi (Amerika Erməni Milli Komitəsi - ANCA, Amerika Erməni Assambleyası və s.) dünyanın ən bahalı, ən aqressiv və ən genişmiqyaslı lobbiçilik kampaniyalarından birini həyata keçirir. Konqresmenlərin satın alınması, senatorların seçki fondlarına ianələrin köçürülməsi, anti-Azərbaycan qətnamələrinin layihələndirilməsi, media kampaniyalarının maliyyələşdirilməsi yüz milyonlarla dollar vəsait tələb edir. Uzun illər sual olunurdu: iqtisadiyyatı çökən, təbii sərvətləri olmayan Ermənistan və ya rəsmi fəaliyyəti kiçik biznesdən ibarət olan diaspor nümayəndələri qeyd olunan nəhəng vəsaiti haradan, hansı mənbədən əldə edirlər? Mehmet Özun və federal prokurorluğun ifşa etdiyi 3,5 milyard dollarlıq fırıldaqçılıq sxemi sualın cavabını dəqiqliyi ilə verir. Məlum olur ki, ABŞ Konqresində Azərbaycana qarşı sanksiyaları tələb edən, “insan haqları”ndan dəm vuran erməni lobbisinin əsas maliyyə mənbəyi, əslində, elə Amerika xalqının cibindən, xəstə, əlil və yaşlı insanlar üçün ayrılan sosial fondlardan oğurlanan pullardır.

Sözügedən “hospis mafiyası” sxeminin işləmə mexanizmi son dərəcə mürəkkəb və eyni zamanda, primitiv saxtakarlığa əsaslanır. Saxta tibbi şirkətlər yaradılır, heç bir xəstəliyi olmayan və ya hospisə ehtiyacı olmayan şəxslər üçün “ölümcül” diaqnozlar sənədləşdirilir, dövlətdən külli miqdarda sığorta vəsaiti alınır və həmin pullar müxtəlif yollarla nağdlaşdırılaraq yuyulur. Yuyulan “qara pullar” isə daha sonra “ianə”, “xeyriyyəçilik” və ya “siyasi dəstək” adı altında konqresmenlərin hesablarına, lobbi təşkilatlarının büdcəsinə və Azərbaycana qarşı informasiya müharibəsinə yönəldilir. Kaliforniya ştatının erməni lobbisinin mərkəzi olması və fırıldaqçılığın məhz həmin regionda tüğyan etməsi təsadüf sayıla bilməz. 

Tramp administrasiyasının sərt addımı dolayısı ilə Cənubi Qafqazda ədalətin bərqərar olmasına, beynəlxalq hüququn aliliyinə və Azərbaycanın maraqlarına xidmət edir. ABŞ hüquq-mühafizə orqanlarının erməni cinayətkar şəbəkələrinin maliyyə damarlarını kəsməsi lobbinin maliyyə imkanlarını kəskin şəkildə məhdudlaşdıracaq. “Oğurluq pullar” kəsildikdə Konqresdəki bəzi “dostların” erməni məsələsinə marağının azalacağı, pulla alınan dəstəyin yox olacağı şübhəsizdir. Azərbaycan uzun illər beynəlxalq tərəfdaşlarına, xarici dövlətlərin xüsusi xidmət orqanlarına erməni diasporunun radikal qanadının terrorçuluq, mütəşəkkil cinayətkarlıq və qanunsuz silah ticarəti ilə əlaqəsi barədə dəfələrlə xəbərdarlıq edirdi. Los-Ancelesdəki son araşdırmalar Prezident İlham Əliyevin prinsipial mövqeyinin əsaslı, uzaqgörən və reallığı əks etdirdiyini təsdiqlədi. 

Donald Tramp administrasiyasının təşəbbüsü ilə başlayan antikorrupsiya tufanı bütün erməni lobbi şəbəkəsini də silkələyir. Ortaya çıxan 3,5 milyard dollarlıq fakt aysberqin, sadəcə, görünən tərəfidir. Dərinlikdə yatan cinayətlər – insan qaçaqmalçılığı, narkotik ticarəti və digər qanunsuz əməllər də tezliklə üzə çıxacaq. Azərbaycan cəmiyyəti prosesləri diqqətlə izləyir və ABŞ hökumətinin cinayətkarlıqla mübarizə əzmini təqdir edir. Dünya mediasının manşetlərini bəzəyən bu qalmaqal bir daha sübut edir ki, yalan ayaq tutar, amma yeriməz. Erməni diasporunun "məzlum" imici darmadağın oldu, geriyə qalan isə yalnız rəqəmlər, istintaq protokolları və dəmir barmaqlıqlar arxasındakı həyat olacaq. Tarixin ironiyası ondan ibarətdir ki, onları məhv edən Azərbaycan tankı yox, Amerikanın ədalət mühakiməsi və prokurorun imzası oldu. Prosesin gedişatı labüddür və geri dönüşü yoxdur. Amerika təmizlənir və təmizlənmə prosesində Azərbaycanın düşmənləri ən böyük zərbəni alırlar. Bu, strateji qələbənin yeni formasıdır.

Yusif ŞƏRİFZADƏ
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri