Icma.az
close
up
RU
“Bir il öncə Bakının USAİD ilə bağlı verdiyi qərarın nə qədər ədalətli və yerində olduğu öz təsdiqini tapdı”

“Bir il öncə Bakının USAİD ilə bağlı verdiyi qərarın nə qədər ədalətli və yerində olduğu öz təsdiqini tapdı”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Ötən ilin fevralında Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlığa xitam verəndə bir çoxları rəsmi Bakını qınadı və bu addımı beynəlxlalq təşkilatın fəaliyyətinə ciddi maneə kimi qiymətləndirdilər. Üzərindən heç bir il keçmədi ki, ABŞ-nin yeni administrasiyası USAİD-i “cinayətkar şəbəkə” adlandırdı. ABŞ-nin dövlət israfçılığı və korrupsiya ilə mübarizə aparan DOGE qrupuna rəhbərlik edən İlon Maska görə, USAİD “qurdlu alma yox, sadəcə qurd topasıdır”. O, hətta təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. İttihamlardan biri də qurumun Əfqanıstanda narkotik məhsulların istehsalını maliyyələşdirməsi ilə bağlıdır. ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib. Ağ Ev artıq təşkilatı maliyyələşdirməkdən imtina edib. Bir il öncə Bakının USAİD ilə bağlı verdiyi qərarın nə qədər ədalətli və yerində olduğu öz təsdiqini tapdı. Mənə maraqlıdır, görəsən, USAİD-lə əməkdaşlığa xitam verdiyi üçün Azərbaycanı ittiham edənlər indi heç utanırlarmı? Onlar ölkəmizdən üzr istəyəcəklərmi?”

Bunu saytımıza açıqlamasında Milli Məclisin üzvü Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, 1961-ci ildə ABŞ-ın sabiq prezidenti Co Kennedinin sərəncamı ilə yaradılan USAİD-in əsas hədəfi kimi inkişaf etməkdə olan ölkələrə maddi və mənəvi dəstək vermək idi: “Amma araşdırmalar və müşahidələr göstərir ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə daim qeyri-ənənəvi, radikal qüvvələri dəstəkləyib, siyasi qarşıdurmalara rəvac verib, milli-mənəvi dəyərlərə hörmət göstərməyib. Rəsmi Vaşinqton tərəfindən idarə olunan qurumun rəhbəri ABŞ prezidenti tərəfindən təyin edilir. Bundan başqa ABŞ-da Federal büdcənin 1 faizi hər il USAİD-ə  ötürülür”.

Deputat qeyd etdi ki, USAİD-in Azərbaycandakı maraqları ölkəmizin milli maraqlarına cavab verməyib: “Onlar sadəcə ABŞ-nin Azərbaycan siyasətini icrası ilə məşğul idilər. Onlar öz maraqlarını, siyasətlərini Azərbaycana diktə yolu ilə qəbul etdirmək istəyirdilər. Azərbaycanın heç bir marağını nəzərə almaq niyyətində deyildilər. Ona görə də dövlətimiz USAİD-lə sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi. ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatdan isə belə aydın olur ki, USAID-in fəaliyyəti heç ABŞ-ın əsas maraqlarına cavab verməyib. USAID-in fəaliyyətində ciddi korrupsiya faktları, şübhəli və təhlükəli istiqamətlərə pulların ayrılması halları üzə çıxıb.  Təşkilat korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. 100-dən çox ölkədə fəaliyyət göstərən təşkilat 50 milyard dollarlıq büdcə ilə şübhəli fəaliyyətlə məşğul olub. USAİD, xüsusilə postsovet məkanında müstəqil xarici siyasət yürüdən dövlətlərə təzyiqlər göstərmək üçün inqilablara, çevrilişlərə sponsorluq edib. Məsələn, ötən il Gürcüstanda hakimiyyət dəyişikliyinə nail ola bilməyən USAİD seçkidən sonra aksiyaları maliyyələşdirməkdə ittiham olunur. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki,  USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, seçkilərə kobud müdaxilə etməklə məşğul olub.  USAID tərəfindən maliyyələşdirilən ISFED adlı QHT proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Lakin sonradan "Gürcü Arzusu" Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib. Amma USAİD Gürcüstan xalqından üzr istəməyib”.

USAİD-in Azərbaycandakı 34 illik fəaliyyətinə nəzər salan deputat  əlavə etdi ki, təşkilat daim dövlətimizə, milli maraqlarımıza qarşı siyasət aparan, dəyərlərimizi ələ salan qüvvələrə dəstək verib: “USAİD-dən maliyyələşən QHT-lər, siyasətçilər, media qurumları təkcə hakimiyyətə qarşı deyil, dövlətimizə, xalqımıza, suverenliyimizə qarşı fəaliyyət göstəriblər. 44 günlük Vətən müharibəsində “novarçılar” fəallaşdılar, müharibədən sonra Qarabağda yaşayan etnik ermənilərin müdafiəsinə qalxdılar, onların könüllü şəkildə Ermənistana köçməsini “etnik təmizləmə” kimi qələmə verdilər. Biz COP29 sammiti ərəfəsində də usaidçilərin “fəaliyyətlərini” gördük. Onlar sammit ərəfəsində davamlı və məqsədli şəkildə insan hüquqları, həbsdə olan erməni separatçıların məsələlərini qaldırdılar. USAİD-in bu günə qədər Azərbaycana xərclədiyi 450 milyon dolların çox hissəsi radiakizmin maliyyələşməsinə sərf olunub. Biz təşkilatdan bu pulları hansı istiqamətlərə, kimlərə xərclədiyinin hesabatını tələb etməliyik. 1991-ci ildən USAlD Gürcüstana 1,8 milyard, Ermənistana isə 3,3 milyard dollar sərmayə yatırıblar. Onların İrəvana dəstəyi bu gün də davam edir. Maraqlıdır ki, USAİD yalnız Ermənistanda hakimiyyəti dəstəkləmək, onun şıltaqlıqlarına göz yummaqla məşğuldur. USAİD rəhbəri, Qarabağda özünü "dövlət naziri" elan etmiş və hazırda Bakıda məhkəməsi keçirilən erməni milyarder Ruben Vardanyanın yaxın dostu Samantha Pauer heç vaxt Türkiyə və Azərbaycana qarşı qərəzli mövqeyini gizlətməyib.  Onun müəllifi olduğu  "A Problem from Hell" adlı kitabın birinci fəslində Osmanlı dövründə ermənilərin "soyqırım" qurbanı olduğunu iddia edilir. Amma 1992-ci ildə Xocalıda baş vermiş qətliam barədə bir cümlə belə yazmayıb. USAİD heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, qaçqınların problemlərinin həllinə dəstək olmayıb, qərbi azərbaycanlıların qayıdış hüquqlarına dair hər hansı tədbir keçirməyib. Düşünürən ki, USAİD-ə ən doğru qiyməti Azərbaycan Prezidenti cənab İlham Əliyev verib. O, Rusiya mətbuatına müsahibəsində açıq bildirdi ki, ABŞ-nin USAID adlı qurumu Azərbaycana yardım etmək istəyir, amma lazım olan məsələlərdə deyil. Yuxarıda qeyd etdiyim kimi, artıq ABŞ-nin yeni hökuməti USAID-in faəliyyətinin təkcə xarici ölkələr üçün deyil, həm də ABŞ-yə təhlükə yaradığının fərqindədir.

Görünən odur ki, ABŞ rəhbərliyi USAID-i bağlamaq deyil, onun rəhbərliyini dəyişmək variantına üstünlük verdi. ABŞ-nin dövlət katibi Marko Rubionun USAID-in direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilməsi, təşkilatın siyasətində də müəyyən dəyişikliklərin olacağını düşünməyə imkan verir. Ümid edirik ki, USAİD təhlükəli siyasətinə yenidən baxacaq və ölkələrin milli maraqlarına, dəyərlərinə hörmətlə yanaşacaq”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri