Icma.az
close
up
RU
Bakının yaratdığı reallıq: Paşinyanı Ərdoğanın ayağına aparan səbəb

Bakının yaratdığı reallıq: Paşinyanı Ərdoğanın ayağına aparan səbəb

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail-İran müharibəsi təkcə yaxın Şərqdə deyil, ümumiyyətlə düyada yeni geosiyasi reallıqlar yaradıb. Bu müharibənin Cənubi Qafqazla sərhəddə baş verməsi, istər-istəməz region ölkələrinə müxtəlif dərəcədə öz təsirlərini göstərəcək. Ona görə də hər bir ölkə yaranmış vəziyyətə uyğun addımlar atmaqla daha az zərərlə çıxmağa çalışır. Amma elə ölkələr də var ki, yürütdükləri yanlış siyasət nəticəsində yaranmış vəziyyətdə daha da çıxılmaz dalana sürüklənməkdədirlər. 

Ermənistan İsrail-İran müharibəsinin ilk günündən ən çox  mənfi təsirlərə məruz qalan ölkələrdəndir. Yürütdüyü işğalçılıq siyasəti nəticəsində həmsərhəd 4 ölkədən ikisi ilə düşmən münasibətindədir. Burada ən mühüm məqam da ondan ibarətdir ki, Ermənistanın ən böyük quru sərhədi də məhz düşmənçilik etdiyi Azərbaycan və Türkiyə ilədir. Ermənistanın Azərbaycan və Türkiyə ilə quru sərhədi haradasa iki min (2000) km təşkil edir. İranla 45 km, Gürcüstanla isə bir neçə yüz km-dir. Ermənistanın İran və Gürcüstanla  quru sərhədi isə coğrafi relyef baxımdan əlverişsizdir. Qeyri-sabit hava şəritində ilin istənilən vaxtı yollar davamlı olaraq bağlanır. Bu da quru yolla yükdəşımalarda problemlər yaradır. Bura hər hansı münaqişəni əlavə etsək, o zaman Ermənistan üçün daha dəhşətli mənzərə yaranır. Bu özünü İsrail-İran müharibəsinin ilk günüdən büruzə verdi. Ermənistana daşınan yüklər müharibə nəticəsində alternativlər olmadığından İranda ilişib qaldı. Müharibənin uzanması isə Ermənistanı daha ciddi böhranlara və çıxılmaz situasiyalara sürükləyir.

Ermənistan hakimiyyəti çox ciddi şəkildə narahatdır. Bunu hətta Ermənistanın mövcud hakimiyyətinə müxalifətdə olanlar belə etiraf edir. 

Sabiq prezident və baş nazir Serj Sərkisyan İsrail-İran müharibəsinin Ermənistan təsirlərini şərh edərkən deyib ki, müharibə nə qədər uzun davam etsə, Ermənistan üçün nəticələri bir o qədər gözlənilməz olacaq. 

Parlamentdəki müxalif “Ermənistan” fraksiyasının deputatı Tiqran Abramyan deyib ki, müharibənin birbaşa və dolayı nəticələrinə hazır olmayanlar üçün yeni partlayış vəd edir. 

Onun sözlərinə görə, mövcud təhdidlərin öz ölkələrinin təhlükəsizliyinə, eləcə də iqtisadi vəziyyətinə təsirini düzgün qiymətləndirməmiş, müəyyən riskləri idarə edə bilməyən ölkələr uğursuzluğa məhkumdur.

“Əgər Ermənistan hökuməti bu ciddi hadisələrin nəticələrindən qaçaraq biganə qala biləcəyinə və ya mövzudan yayına biləcəyinə inanırsa, o, dərindən yanılır”, - Abramyan qeyd edib.

Deputat hesab edir ki, regionda böhranın kəskinləşməsi fonunda Cənubi Qafqazda onsuz da qeyri-sabit olan hərbi-siyasi tarazlıq pozulub:

"Bu, avtomatik olaraq Türkiyə və Azərbaycanın bölgəmizdəki mövqelərini gücləndirir, onların əllərini müəyyən mənada açır. Fakt budur ki, dünyanın diqqəti Yaxın Şərqə yönəlib. Nəticədə onların öz strateji maraqlarının həyata keçirilməsi üçün kiçik bir zaman kəsiyi var".

Beynəlxalq ekspert Suren Sarkisyan isə hesab edir ki, Tramp İrana qarşı müəyyən aksiyalara qoşularasa və ya İsrailə görünməmiş hərbi yardım göstərəcəyini bəyan edərsə, o zaman Ermənistanın vəziyyəti daha da mürəkkəbləşəcək: 

“Rusiya və İranın mövqelərinin zəifləməsi, nəticədə Cənubi Qafqaz regionunda təsirlərinin azalması, xüsusən də ABŞ-ın passiv mövqeyi fonunda regionda onsuz da kövrək olan qüvvələr balansını pozur. Nəticədə Türkiyə Cənubi Qafqazda daha nüfuzlu və güclü bir aktora çevrilir, öz regional maraqlarını, o cümlədən Azərbaycan vasitəsilə təbliğ etməyə qadirdir. Bu, təkcə Azərbaycanla Türkiyəni deyil, bütün türk dünyasını birləşdirən “Zəngəzur dəhlizi”nə də aiddir”.

Prezident İlham Əliyev istər 44 günlük Vətən müharibəsindən, istərsə də, 2023-cü ildəki antiterror əməliyyatından sonra dəfələrlə bəyan edib ki, Ermənistan bölgədə və dünyadakı prosesləri düzgün dəyərləndirib ona uyğun nəticələr çıxarmalıdır. Lakin bu müddət ərzində Ermənistan Azərbaycanın yaratdığı reallıqları və Prezident İlham Əliyevin bəyanatlarının nə qədər doğru olduğunu anlasalar da, buna uyğun ciddi adekvat addım atmayıblar. Əgər İrəvan İranın və digər havadarlarının diktəsi ilə  Bakının şərtləri daxilində sülh müqaviləsini imzalamaqdan yayınmasaydı, bu gün yaxın ətrafımızda baş verən fors-major situasiyalar zamanı belə çıxılmaz vəziyyətlə üzləşməzdi.

Fors-major situasiya indi İrəvana ciddi addımlar atmağı diktə edir. Ermənistan baş naziri Nikol Paşinyanın iyunun 20-də Türkiyə səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşünü də məhz yaranmış vəziyyət vadar edir.

Ərdoğan-Paşinyan görüşündə təbii ki, digər məsələlərlə yanaşı, regional məsələlər, xüsusən də İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması və Ankara-İrəvan arasında ikitərəfli əlaqələrin qurulması, quru sərhədlərinin, həmçinin Zəngəzur dəhlizinin açılması kimi məsələlər əsas müzakirə predmeti olacaq.

Ankaranın İrəvanla Bakı arasındakı sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizi ilə  bağlı mövqeyi aydındır. Türkiyə ilə Ermənistan arasında quru yolu o zaman açıla, yaxud normal ikitərəfli münasibətlər qurula bilər ki, İrəvan Bakının şərtləri daxilində bölgədə dayanıqlı sülhə xidmət edən sülh müqaviləsinə imza atsın. Yaxud da buna hansısa formada zəmanət versin.

Təbii ki, Paşinyanın Ankaraya səfəri və hansı addımların atılması, mümkün əməkdaşlıq perspektivləri Bakı ilə, xüsusən də Prezident İlham Əliyevlə iyunun 19-da Türkiyəyə səfəri zamanı müzakirə ediləcək.  Ankaranın İrəvanla münasibətlərinin hansı formada tənzimlənməsi ancaq Bakı ilə razılaşdırılmış şəkildə mümkün ola bilər. 

İrəvan Bakının yaratdığı reallıqları nəzərə alıb ona uyğun addım atmayacağı təqdirdə, proqnozlaşdırılması mümkün olmayan vəziyyətlə üzləşəcək. 

Mürtəza
Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 İyun 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri