Icma.az
close
up
RU
Bakının “yaşıl ürəyi” yeni inkişaf mərhələsində Mərkəzi Nəbatət Bağından REPORTAJ

Bakının “yaşıl ürəyi” yeni inkişaf mərhələsində Mərkəzi Nəbatət Bağından REPORTAJ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 16 sentyabr, AZƏRTAC, Nailə Həsənova, Aytən Hüseynli

Yay fəslinin bitməsinə və payızın başlamasına sayılı günlər qalmış təbiətin gözəlliyini seyr etmək, həmçinin yaradılmış şəraitlə və görülən işlərlə tanış olmaq üçün Bakının mərkəzindən çox da uzaq olmayan məsafədə - Badamdar şossesi 40 ünvanında yerləşən Mərkəzi Nəbatət Bağına getdik. AZƏRTAC-ın əməkdaşları olaraq, burada bitkilərə xüsusi diqqət göstərildiyinin, eyni zamanda, ziyarətçilərin istirahəti üçün hər cür şəraitin yaradıldığının şahidi olduq.

İqlimə uyğunlaşdırılan bitkilər və onlara qulluq

Paytaxtın “yaşıl ürəyi” adlandırılan bu bağa gedən yolun kənarlarında əkilmiş ağaclar göz oxşayır. Bağın giriş hissəsində isə ziyarət saatları göstərilib: 09:00-17:00. Giriş üçün biletin qiyməti 2 manatdır. Kassadan alınan bütün biletlər QR kodla yoxlanılır. Bilet alıb, içəri daxil olduqda sıra ilə əkilmiş şam və sərv ağacları diqqəti cəlb edir. Bağa girişin sağ tərəfində maşınların parklanması üçün müasir tələblərə cavab verən avtodayanacaq gözə dəyir.

Bağın mərkəzinə doğru hərəkət edirik. Qarşımızda açılan yol böyük fəvvarələrə aparır. Fəvvarələrin sağında və solunda isə başqa ölkələrdən gətirilmiş nadir ağac, yaxud ekzotik kol və gülləri çoxaltmaq, yaxud onları qışdan çıxarmaq üçün şüşədən düzəldilmiş qapalı yerlər - oranjeriyalar yerləşir. Fəvvarələrin sağındakı oranjeriyanın qapısının üstündə bitkilərin adaptasiya prosesi ilə əlaqədar girişin qadağan olduğu yazılıb. Şüşədən görünən nadir və fərqli bitkilərə “ana qayğısı” göstərən bağban xanımlar gözə dəyirlər. Həmçinin suyun içərisindəki nilüfərlər, sarmaşıqlar, Cənubi Afrikadan, Yamaykadan, Çindən gətirilmiş fikuslar, dəmir ağacları, palmalar və digər bitkilər göz oxşayır.

Bələdçimiz, Mərkəzi Nəbatət Bağının Oduncaqlı bitkilər laboratoriyasının müdiri Asif Mehralıyev deyir ki, bağda yeni yaradılan oranjeriyada 108 bitki növü var: “Bu bitkilər öz vətənlərində çöl şəraitində yetişir. Bunlar Asiya və Afrikanın müxtəlif bölgələrindən gətirilib. O yerlərin iqlimi, torpağı fərqlidir. Ona görə də yerli şəraitə uyğunlaşmaq üçün bitkilər bu oranjeriyada adaptasiya prosesi keçir. Hesab edirəm ki, 1 ildən sonra oranjeriyaları ziyarətçilər üçün aça biləcəyik”.

Fəvvarələrin solunda, yeni yaradılmış oranjeriya ilə üzbəüzdə isə restavrasiya olunmuş oranjeriya yerləşir. Buraya daxil oluruq. Məlum olur ki, yenidən qurulan oranjeriyada da bitkilərin adaptasiya prosesi gedir. Həmsöhbətimiz Asif Mehralıyev bildirir ki, burada da dünyanın müxtəlif yerlərindən gəririlmiş ağac, köl, dekorativ və dərman bitkiləri əkilib-becərilir: “Ümumilikdə hər iki oranjeriyada 200-ə qədər bitkiyə qulluq göstərilir. Burada səhralıq, subtropik və digər bitkilər yetişdirilir. Adaptasiya prosesini keçmiş dərman, eləcə də digər endemik bitkilər sonradan bağın ərazisində açıq ərazidə əkilir. Bağın inkişafında yeni növlərin, kolleksiyaların əhəmiyyətli rolu var. Təsəvvür edin ki, Azərbaycan florasında 4 min 500-dən çox bitki növü var. Mərkəzi Nəbatət Bağında isə 2 min 500-ə qədər bitki olub. Sərt, quru subtropik iqlimə malik Abşeron yarımadasında, eyni zamanda, kiçik bir ərazidə bu qədər bitkinin yetişdirilməsi çətindir”.

“İstehkam” ağacları və rəmzi heykəl

Söhbət zamanı, həmçinin məlum olur ki, bağdakı Eldar şamları və sərv ağacları, əslində, zərif çiçək və güllərin “istehkamı”dır. Vaxtilə oranjeriya bu ağaclarla əhatə edilməsəydi, dəniz səviyyəsindən 135 metr yüksəklikdə yerləşən küləklər şəhərində bu qədər gözəl bağ salmaq mümkün olmazdı. Bu ağaclar zamanında bağın ortasında əkilən və adaptasiya prosesini keçən bitkiləri qoruyub.

Bağın ərazisində maraqlı bir heykəl də var. İnsan əlinin içərisindəki qlobusun ortasında ağac əkilib. Bu rəmzi olaraq dünyanın xilasının təbiəti qorumaqdan keçdiyini, təbiətə qayğının insanların özlərinə qayğı olduğunu göstərir. Heykələ doğru gedən yolun hər iki tərəfində isə müxtəlif bitkilər əkilib.

Bağın bu hissəsində 100-ə yaxın dərman əhəmiyyətli bitkinin - nərgiz, süsən, tülpan, iris, qarğa soğanı kimi çiçəklərin rəng palitrası göz oxşayır. Eləcə də, burada 20-yə qədər bitki növü var ki, Azərbaycanda yalnız bu bağda əkilib. Bunlardan biri də kalanxoya beharensisdir. “Fil qulağı" kimi tanınan bu bitkinin vətəni Madaqaskardır.

Vətəni Meksika olan karton xurma ağacı palmakimilər dəstəsinə aiddir və həmişəyaşıldır. Dekorativ bitkilər sinfinə aid olan bu bitki dibçəkdə əkilir. Xüsusi istilik rejimində yetişdirilən bu bitki suvarılmasına diqqət tələb edir. Birbaşa günəş şüalarının təsirindən yarpaqları sarala bilir.

Bağda geofitlər - soğanaqlı (zanbaqkimilər), kökümsovlu (bir çox taxıllar, cil) və köküyumru (kartof, batat) bitkilər də əkilib-becərilir. Bu sahədə bitkilərə qayğı göstərən bağbanlara rast gəlirik.

İstirahət üçün uyğun məkan və planlar

Mərkəzi Nəbatət Bağında kiçik amfiteatr da var, burada insanların oturması və gəzməsi üçün yerlər də nəzərdə tutulub. Ərazidə bataqlıq və su bitkilərinin əkildiyi kiçik gölməçələr də mövcuddur. Burada ziyarətçilər üçün restoran da fəaliyyət göstərir. Bağda Bakının əsrarəngiz panoramasının açıldığı baxış meydançası isə xüsusilə diqqəti cəlb edir. Ziyarətçilərin buradan paytaxtın mənzərəsini seyr etmək imkanları var. Buradan yeni inşa olunan dördmərtəbəli inzibati binaya doğru yol gedir. Bir az qarşıda isə təmir olunmuş aypara formalı ikimərtəbəli qədim bina görünür.

Mərkəzi Nəbatət Bağının böyüklərlə yanaşı, uşaqların da sevimli məkanına çevrilməsinin şahidi olduq. Buradakı uşaq meydançasında azyaşlılar üçün yelləncəklər, sürüşkənlər və digər avadanlıqlar quraşdırılıb. Uşaq meydançasının yanında isə labirint yerləşir.

Beləliklə, bir daha şahidi olduq ki, Mərkəzi Nəbatət Bağı xoş istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək istəyən ziyarətçilərin üz tutduqları fərqli məkanlardan biridir. Burada şəhərin səs-küyündən uzaq, yaşıllıqlar içində istirahət etmək üçün bütün imkanlar mövcuddur.

Yeri gəlmişkən, özünəməxsusluğu ilə seçilən Mərkəzi Nəbatət Bağının ərazisində 1600-dən çox bitki növü var. Onlardan 125-i nəsli kəsilməkdə olan nadir bitkilərdir. Bunlara bataqlıq sərvi, sekvoya, qara meyvəli dovşan alması, cüt lələkvari yalançı sabun ağacı və başqaları aiddir. Bununla yanaşı, qeyd edək ki, Mərkəzi Nəbatat Bağının gələcək inkişafı ilə bağlı xüsusi proqram hazırlanır. Proqramda bağın inkişafına dair bütün məsələlər öz əksini tapacaq. Bu isə bağın bitki müxtəlifliyi baxımından zənginliyinin artacağını və ziyarətçilərin istirahəti üçün daha geniş imkanların yaranacağını deməyə əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri