Icma.az
close
up
RU
Bakının yeni iqtisadi və siyasi nizamda rolu təsdiqlənir və təqdir olunur

Bakının yeni iqtisadi və siyasi nizamda rolu təsdiqlənir və təqdir olunur

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ səfərinin mesajları -  Qafqazdan dünyaya açılan körpü

Son 5 ildə qlobal mühitdə mühüm dəyişikliklər müşahidə olunmaqdadır. Yeni münasibətlər sisteminin aparıcı elementləri kimi əməkdaşlıq və ortaq dəyərlərin bölüşülməsi ön plana çıxır. Bu isə çoxtərəfli platformalarda sıx əlaqələrin formalaşması üçün yaradılan zəmini daha da möhkəmləndirir - nəticədə yeni nizamın əsas siyasi-iqtisadi, ticari sütunları kimi məhz yeni tranfsformasiyalar çıxış edir. Ən əsası bu amil, yəni beynəlxalq iqtisadi-siyasi əlaqələrin əməkdaşlıq üzərindən tənzimlənməsi hətta kəskin kataklizmlərin və toqquşmaların qarşısının alınmasında əsaslı rol oynayır.

Etiraf olunmalıdır ki, son 15 ildə Azərbaycan qlobal məkanda həm aparıcı regional lider, həm də qlobal logistik öncül kimi şöhrət qazanıb. Diqqət yetirsək, Bakının aparıcı rolu nəinki yerləşdiyi coğrafiyada, daha böyük geostrateji iqtisadi-siyasi platformalarda vurğulanır, təqdir edilir. Azərbaycanın qlobal proseslərdə rolunun artması, yeni perspektiv əməkdaşlıqların meydana çıxması isə bir daha onu göstərir ki, rəsmi Bakı aparıdığı siyasi-iqtisadi strategiyada uzaqgörənlik, operativlik, çevik dəyərləndirmə kimi mühüm ştrixləri ön plana çıxarır - bu, müasir çağırışlara, müasir standartlara söykənərək yürüdülən dövlət siyasətinin növbəti təsdiqi kimi ortaya çıxır.

ABŞ səfəri: Azərbaycanın beynəlxalq mövqeyinin nümayişi və ifadəsi...

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfəri bu tezisləri bir daha təsdiqlədi - son illərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı uğurların məntiqi nəticəsi kimi xarakterizə olundu. Bu səfər diplomatik təmaslarla, qlobal dünyanın müəyyənləşdirdiyi mövzuların müzakirəsi ilə yanaşı, həm də Azərbaycanın region və dünya siyasətində artan rolunun bariz göstəricisi kimi tarixə düşdü. Səfərin ən mühüm xüsusiyyətlərindən biri keçirilən bütün görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması idi -  bu, Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin və iqtisadi əhəmiyyətinin hansı səviyyədə olduğunu göstərən faktlardan biridir.

Paralel olaraq görüşlərin geniş spektri də diqqət çəkirdi: ABŞ-ın ən böyük investisiya şirkətlərinin rəhbərləri, Avropa dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbərləri və tanınmış siyasət adamları Prezident İlham Əliyev ilə görüşmək üçün təşəbbüs göstərmişdilər. Bu o deməkdir ki, Azərbaycan artıq təkcə regional deyil, qlobal miqyasda da söz sahibi kimi qəbul olunur. Səfərin həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik aspektlərində nəticələri Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdi.

Görüşlərin mahiyyəti: Bakının etibarlı tərəfdaş imici, sülhpərvər mövqeyi...

Bu görüşlər yalnız adi diplomatik protokol yox, Azərbaycanın regiondakı nüfuzu və yeri, irəli sürdüyü sülh təşəbbüsləri, iqtisadi əhəmiyyəti və qlobal tərəfdaşlıq potensialının beynəlxalq səviyyədə təsdiqidir. Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı keçirilən görüşlərin sayı və formatı Azərbaycanın beynəlxalq siyasətdəki yerini müəəyənləşdirən indikatordur - bu görüşlərin keçirilmə sinxronizasiyasına diqqət yetirsək, orada dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, böyük korporasiyaların menecerləri, siyasi və iqtisadi dairələrin tanınmış nümayəndələri yer alırdı. Bu, Azərbaycanın beynəlxalq siyasətdə necə etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərən ən mühüm amillərdəndir.

Ən mühüm detallardan biri keçirilən görüşlərin doğurduğu mahiyyətdən irəli gəlir: bu görüşlər Azərbaycanın son illərdə beynəlxalq arenada apardığı siyasətin, iqtisadi təşəbbüslərinin və sülh gündəliyinin, regionlararası əməkdaşlığın inkişafına töhfəsinin təsdiqi və nəticəsi idi. Bu, həm də sübut etdi ki, Azərbaycanın regional münaqişələrin həllində təşəbbüskarlığı, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və beynəlxalq əməkdaşlığa açıq siyasəti böyük maraq doğurur. Fərqli qitələrin, kontingentlərin və siyasi-iqtisadi tərəflərin nümayəndələri ilə keçirilən görüşlər Azərbaycanın həm də bütövlükdə Avrasiya, Şərq - Qərb kontentləri arasında körpü rolunda çıxış edən, müxtəlif istiqamətlərdə əməkdaşlıq təklif edən dövlət kimi tanınması və təsdiqi idi. Bu isə Azərbaycanın beynəlxalq siyasətdə etibarlı tərəfdaş imicini möhkəmləndirir.

ABŞ-Azərbaycan münasibətləri: əsas meyar qarşılıqlı hörmət və etimad prinsipləridir

Prezident İlham Əliyevin ABŞ səfəri olduqca vacib və qlobal əhəmiyyət daşıyan siyasi mesajlarla müşayiət olundu. Keçirilən görüşlərlərdə, yüksəksəviyyəli debatlarda, sessiyalarda Azərbaycanın qlobal təhlükəsizliyə töhfələri xüsusi vurğulandı - aparıcı ölkə liderləri hamılıqla Azərbaycan Prezidentinin təşəbbüsü ilə meydana çıxan sülh gündəliyinin, Zəngəzur dəhlizinin (TRİPP) üstünlüklərini vurğuladılar. Bu fakt isə özlüyündə Azərbaycanın regional və qlobal siyasətdəki nüfuzunu təsdiqləyən məna kəsb edir.

Xüsusilə Vaşinqton sazişinin iki ölkə arasında münasibətlərin normallaşmasına təsiri beynəlxalq dairələr tərəfindən yüksək qiymətləndirildi. Görüşlərdə bu müqavilənin regionun gələcəyi üçün əhəmiyyəti dəfələrlə vurğulandı. Bu, Azərbaycan diplomatiyasının uğuru olmaqla yanaşı, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir. Dünyanın aparıcı güclərindən sayılan ABŞ-ın Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə xitabən “Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız” kimi yüksək fikir bildirməsi dövlət başçımızın yüksək liderlik potensialının ali tribunadan etirafı, bəyanı idi. İki lider arasında səmimi münasibətlər göstərdi ki, Bakı-Vaşinqton əməkdaşlğı qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.

Liderlərarası görüşlər: Azərbaycanın qlobal tərəfdaşlığa töhfəsi...

Səfər zamanı Prezident İlham Əliyevin Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, həmçinin Avropa Şurasının baş katibi ilə görüşləri xüsusi əhəmiyyət daşıyırdı. Bu görüşlərdə diqqət mərkəzində əsasən sülh prosesi, regional əməkdaşlıq və enerji təhlükəsizliyi məsələləri dayanırdı.

Finlandiya və Yunanıstan liderləri Azərbaycanın Ermənistanla əldə etdiyi sülh sazişini “tarixi nailiyyət” kimi qiymətləndirdilər. Bu, Azərbaycanın təşəbbüskarlığının və qətiyyətinin beynəlxalq aləmdə necə dəyərləndirildiyini göstərdi. Portuqaliya və Bolqarıstan isə Azərbaycanın qaz ixracını Avropa üçün alternativ enerji mənbəyi kimi qəbul etdiklərini vurğuladılar. Keniya ilə görüşdə isə Azərbaycanın Afrika ilə iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün imkanlar müzakirə olundu. Bu görüşlərin hər biri Azərbaycanın müxtəlif regionlarda tərəfdaşlıq dairəsini genişləndirdiyini göstərdi.

Səfərin ən mühüm istiqamətlərindən biri isə aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər oldu. Bu görüşlərdə Azərbaycanın enerji layihələri, yaşıl enerji potensialı, nəqliyyat və logistika imkanları geniş müzakirə edildi. ABŞ şirkətlərinin nümayəndələri Azərbaycanın həm iqtisadi sabitliyini, həm də sərmayə üçün əlverişli şəraitini yüksək qiymətləndirdilər. Azərbaycan artıq təkcə neft və qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerji layihələrinin təşəbbüskarı kimi qəbul olunur. Xüsusilə külək və günəş enerjisi layihələri ABŞ investorlarının diqqətini cəlb edir. Bununla yanaşı, Azərbaycanın tranzit və logistika imkanları, Orta Dəhliz layihəsində oynadığı rol da biznes dairələrinin əsas maraq nöqtələrindən biri idi. Bu fakt isə ölkəmizin qlobal enerji təhlükəsizliyindəki rolunu müəyyənləşdirən element kimi ön plana çıxır.

Sülh və təhlükəsizlik: Vaşinqton razılaşmaları təqdir olunur...

Diqqətçəkən əsas məqamlardan biri də səfər çərçivəsində keçirilən bütün görüşlərdə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması, razılaşmaların əldə olunmasının yüksək qiymətləndirilməsi oldu. Qlobal mühitdə bu sənəd regionda sabitlik və əməkdaşlığın təmin olunması baxımından mühüm tarixi addım kimi dəyərləndirilir. Təsadüfi deyil ki, Avropa ölkələrinin liderləri, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın sülh təşəbbüsünü “tarixi nailiyyət” adlandıraraq Prezident İlham Əliyevin siyasi iradəsini, qətiyyətini və Azərbaycanın regional lider kimi fəaliyyətini təqdir etdilər. Bu, Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfənin qəbul edildiyini göstərən ən mühüm faktorlardan biridir.

Beləliklə, bu səfər, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutan görüşlər Azərbaycanın beynəlxalq siyasətdə qazandığı uğurların növbəti təsdiqi oldu. Bu səfər bir daha göstərdi ki, Azərbaycan həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından qlobal miqyasda mühüm rol oynayır. Azərbaycan artıq dünya siyasətində etibarlı tərəfdaş, sabitlik və inkişaf modeli kimi qəbul olunur. ABŞ səfəri də bu mövqenin daha da möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri