Icma.az
close
up
RU
Bakının “yeraltı dünyası” İndiyədək metropolitenə kimlər rəhbərlik edib?

Bakının “yeraltı dünyası” İndiyədək metropolitenə kimlər rəhbərlik edib?

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Bu həftə Prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, onun yerinə Vüsal Aslanov təyin edilib.

Metro ölkə paytaxtında ən böyük infrastruktura malik olan mühüm ictimai nəqliyyat vasitəsidir. 1967-ci il noyabrın 6-da istifadəyə verilmiş Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var. Gün ərzində metro ilə 650 minədək, aylıq 17-18 milyon, il ərzində isə 200 milyondan artıq sərnişin daşınır. Başa çatmaqda olan 2024-cü ilin birini yarısında bi rəqəm 113.2 milyon nəfər olub. Metropoliten sərnişin daşınmasından ilin birinci yarısında 44.05 milyon manat gəlirlə keçən ilin eyni dövründə qeydə alınan 40.43 mln. manatı 9 faiz üstələyib.

Metroda 4500-ə qədər işçi çalışır, ilin birinci yarısında orta aylıq əmək haqqı 1300 manata yaxın olub.

Bakı metrosu türkdilli ölkələri arasında qurulan ilk metropolitendir. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin 1941–1945-ci illərin müharibəsi bu niyyətin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12.1 km-lik xəttinin inşası başlanır. 1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metrosunun istismara verilməsini xeyli gecikdirir.

1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.

1967-ci il noyabrın 6-da Bakı şəhərində metrosunun 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir.

Bəs, Bakı Metropoliteninin neçə rəisi olub və onlar kimlərdir?

Musavat.com internet resurslarından əldə etdiyi məlumatları təqdim edir.

Gəncəli ilk rəis

Metroplitenin ilk rəisi olan Lütfəli Nuriyev 1916-cı ildə Gəncədə anadan olub. Tiflis Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib.Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb.

1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı Metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.

Lütfəli Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib.
Kəngərlidən Bakıya...

Sonrakı rəis Fikrət Kəngərli 4 oktyabr 1929-cu ildə Naxçıvanda anadan olub. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləyib. Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı.
Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə vəfat edib.

Bakılı ilk rəis

Sayca üçüncü rəis İqor Xankişiyev 1939-cu il martın 17-də Bakıda anadan olub. 1968-ci ildə Azərbaycan Poliitexnik İnstitutunu teplovozlar və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib. Bakı metropolitenində 1976-cı ildən baş mühəndis kimi fəaliyyətə başlayıb. 1979-cu ilin iyununda o, Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 6 yanvar 2021-ci ildə Bakı şəhərində vəfat edib.

Cəbhə hakimiyyəti dvründə metroya rəhbərliyə başlayan Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirib. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlayıb.

Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.

Birinci Şıxlı “stansiyası” və...

Daha bir meropolten rəisi Cəfər Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə təhsil alıb. Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi vəzifəsinə yüksəlib. 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib, 1997-ci il iyulun 27-nə qədər bu vəzifəni icra edib.
15 dekabr 2023-cü il tarixində dünyasını dəyişib.

Məlum və məşhur Tağı Əhmədov...

Tağı Məhəmməd oğlu Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvanın Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləmişdir.

1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb. 18 oktyabr 2024-cü ildə 75 yaşında vəfat edib.

Son 10 ilin rəisi

Zaur Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olub. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirib. Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır. cü ildə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib, bu ilin 20 dekabrında vəzifəsindən azad edilib.


Vüsal Aslanovun zamanı

Vüsal Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.

2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri