Icma.az
close
up
RU
BakıQazax yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

BakıQazax yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com-dan verilən məlumata görə, Icma.az xəbər verir BakıQazax yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı.

Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Xəsarət alanlar 43 yaşlı Fərqanə Lətif qızı Bayramova, 34 yaşlı Türkanə Səfi qızı Qurbanova, 36 yaşlı Ramilə Əli qızı Daşdəmirova, 68 yaşlı Arif Lətif oğlu Rüstəmov və 54 yaşlı Qərənfil Lətif qızı Məmmədovadır.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://azxeber.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri