Bakıya gələn Borussiya azarkeşləri: Sabah uduzacaq!
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
"Sabah" klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq. Komandamız Bakı Olimpiya Stadionunda Almaniyanın "Borussiya" klubunu qəbul edəcək. Oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Saat 20.45-də başlayacaq “Sabah” - “Borussiya” matçı İctimai Televiziyada yayımlanacaq.
Oyuna baxmaq üçün Almaniyadan xeyli “Borussiya" azarkeşi Bakıya gəlib.
Modern.az oyuna baxmağa gələn "Borussiya" azerkeşlərinin ehtimallarını öyrənib.
Vincent adlı gənc azakeş "Sabah"ın 4 cavabsız qolla məğlub olacağını düşünür. Onun dostu Paulun ehtimalına görə isə oyun 4:1 hesabı ilə "Borrusiya"nın xeyrinə bitəcək. Younis və Anas adlı digər alman azerkeşlər "Sabah"ın 3 cavabsız qolla məğlub olacağı proqnozunu verdilər.
Alman azarkeşlər Bakıya oyundan bir gün əvvəl gəldiklərini, səfərlərinin üç gün davam edəcəyini söylədilər. Onlar bir sıra tarixi yerləri gördüklərini və bəyəndiklərini bildirdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 20 Oktyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















