Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır Nə baş verir?
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın 26-28-də və aprelin 4-6-da Bakıya yağan leysanların ardınca dünəndən daha bir aramsız yağış başlayıb. Baharın gəlişindən bəri az qala bir həftəlik tsikllə təkrarlanan yağıntıların səbəbi nədir? Bu, regionda baş verən hərbi fəaliyyətlərlə bağlı ola bilərmi?
Mövzu ilə bağlı Axar.az-a açıqlamasında ekoloq Rövşən Abbasov geosiyasi hadisələrin yağıntılara heç bir təsiri olmadığını bildirib.
“Hazırda sinoptik şəraitə təsir edəcək qədər irimiqyaslı müharibə yoxdur. Bu iddia ilə yalnız kütləvi qırğın silahlarının istifadəsi halında razılaşmaq olardı”, - o bildirib.
Ekoloqun sözlərinə görə, belə ekstremal yağıntılar 50-60 il fasiləylə təkrarlana bilir:
“İqlim – bir ərazi üçün mövcud olan 30 illik temperatur və yağıntı rejimidir. 30 il ərzində çox şey dəyişir. Bir il çox yağıntı olur, o biri il quraqlıq olur. 2-3 il bundan əvvəl heç yağıntı yox idi, quraqlıq idi.
Bu, əlbəttə ki, iqlimin çoxillik gedişində dəyişmələrin olmasının təzahürüdür. Yağıntıların paylanmasında ekstremallıq artıb. Uzun müddət ərzində düşməli olan yağıntı 1-2 günün içində düşür və təəssüf ki, fəsadsız ötüşmür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 14 Aprel 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















