Icma.az
close
up
RU
Bakıya yeni missiya verilir: 5 ölkədən mühüm qərar Əsədin və rusların taleyi...

Bakıya yeni missiya verilir: 5 ölkədən mühüm qərar Əsədin və rusların taleyi...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Azərbaycanda Suriya kəşfiyyatının yüksək rütbəli nümayəndəsi ilə görüş keçirdiyi haqda yayılan məlumatları təsdiqləyib. Məlumata görə, görüş Bakıda Əfqanıstanla bağlı keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub.

Son zamanlar Azərbaycan, bir-biri ilə ziddiyyətli münasibətlərə malik ölkələrin nümayəndələrinin görüşdüyü mühüm diplomatik platformaya çevrilib. ABŞ və Rusiya generallarının, Türkiyə və İsrail rəsmilərinin də Bakıda müxtəlif formatlı müzakirələri keçirilib.

Sergey Narışkinin suriyalı həmkarı ilə görüşü də bu kontekstdə sıradan bir hadisə deyil, Azərbaycanın regional diplomatik çəkisinin artdığını göstərir. Bu dinamika ölkəmizin sülh və anlaşma məkanı, neytral diplomatik mərkəzə çevrildiyini təsdiqləyir. Hətta bəzi ehtimallara görə, gələcəkdə İsrail və İran nümayəndələrinin də Bakıda bir masa arxasında əyləşməsi mümkündür.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, Rusiya və Suriya nümayəndələrinin Bakıda görüşü bir neçə mühüm aspektdən baxdıqda, xüsusilə əhəmiyyətlidir:

“İlk növbədə qeyd etmək lazımdır ki, Bakının təhlükəsizlik səviyyəsi çox yüksəkdir. Məhz bu səbəbdən son dövrlərdə əhəmiyyətli görüşlərin məkanı kimi seçilir. Bu, həm diplomatik inamın, həm də Azərbaycanın artan regional nüfuzunun göstəricisidir.

İkincisi, bu görüş sadəcə protokol xatirinə deyil, ciddi məsələlərin müzakirə edildiyi strateji bir təmas idi. Moskva-Dəməşq münasibətlərində yeni mərhələnin başlandığı dövrdə, Suriyada yerləşən Rusiya hərbi bazalarının gələcəyi, Dəməşqin Moskvaya keçmiş prezident Bəşər Əsədi təhvil vermək tələbini gündəmə gətirməsi kimi məsələlər müzakirə edilib. Yəni, Əsədin taleyi və Rusiyanın Suriyada mövcudluğu kimi fundamental geosiyasi mövzular artıq Bakıda müzakirə olunur”.


Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, belə görüşlərin davamlı xarakter alacağı istisna deyil.

“Bu isə Azərbaycanın həm etibarlı tərəfdaş ölkə, həm də təhlükəsizlik və sabitlik məsələlərində regionun aparıcı dövləti statusunu daha da möhkəmləndirir. Burada, şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının, xüsusilə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rolunu da qeyd etməliyik.

Yaxın günlərdə İran Prezidenti Məsud Pezeşkianın, ardınca isə İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfərləri gözlənilir. Azərbaycan bu iki ölkə arasında vasitəçi rolu oynaya, hətta onların görüşünə ev sahibliyi edə bilər. Nəzərə almaq lazımdır ki, Bakı daha əvvəl də Türkiyə və İsrail arasında vasitəçilik missiyasını uğurla yerinə yetirib. Bu da ölkəmizə olan diplomatik etimadı artırır.

Hazırda İran ilə Qərb ölkələri arasında diplomatik danışıqlar aparılır. Paralel olaraq, Tehran-Təl-Əviv xəttində də gizli diplomatik kanalların işə düşməsi mümkündür. Bakı belə görüşlərin əsas mərkəzlərindən biri kimi öz mövqeyini daha da gücləndirəcək. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından olduqca əlverişli göstəricidir.”

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri